Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə234/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   236

 

692 


 

Şeirdən götürülən sitat 

Verilən şərhlər. Nəyə görə bu sitat 

yazılıb? 

1. 

2. 


3. 

4. 


1. 

2. 


3. 

4. 


 

Şagirdlər  şeri  oxuyub  iki  hissəli  gündəlikdə  qeydlər  edirlər. 

Sonra  müzakirəni  bütün  siniflə  aparmaq  lazımdır.  Cütlərdən  biri 

qaldırılır,  yazdıqlarını  söyləyirlər,  digərləri  isə  öz  fikirlərini  əlavə 

edirlər.  Müzakirə  qurtardıqdan  sonra  müəllim  şagirdlərdən  xahiş 

edir  ki,  10  dəqiqə  ərzində  “Vətən”  mövzusuna  aid  düşüncələrini 

yazsınlar. (Bu metod 10 dəqiqəlik ESSE adlanır.) 

Bu dərs zamanı müəllim proqramda verilmiş  şeri sadəcə  ola-

raq  əzbər  söyləmir,  şagirdlərdən  də  həmin  anda  şeri  evdə  əzbərlə-

məyi tələb etmir. Şagirdlərdə əsər üzərində apardıqları iş vasitəsi ilə 

maraq yaradır və sonra əzbərləməyi tapşırır. 

 

Karusel strategiyası 

 

Qruplara ayrılandan sonra müəllim hər qrupa sual yazılmış bir 



kağız və vatman verir. Qrupların sayı 4-sə 4 müxtəlif sual qoyulur. 

Hər qrupun üzvləri sualı oxuyur və ona cavab yazırlar. Sonra müəl-

limin  köməkliyi  ilə  kağızları  saat  əqrəbi  istiqamətində  bir-birinə 

ötürürlər. İkinci dairə ilə gələn suala da cavab yazılır, yenə də qrup-

lar kağızı dəyişdirirlər və beləliklə “karusel” kimi 1-ci qrupdakı ka-

ğız bütün digər qruplardan keçərək, axırda özünə qayıdır (eləcə də 

digər qrupların kağızları da digər qruplardan keçərək, axırda özünə 

qayıdır).  Deməli  hər  qrup  hər  bir  suala  öz  cavabını  verir.  Müəllim 

bu kağızları yazı lövhəsinə yapışdırır və sualların cavabları üzərində 

işləyirlər. 

 

 



 

693 


 

15.7. Dərsdə şagirdlərin qiymətləndirilməsi 

 

Məktəblərimizdə mövcud olan ənənəvi qiymətləndirmə üsulu 



ilə fəal təlim metodlarının tətbiq edildiyi dərslərdə şagirdlərin bilik 

və  bacarıqlarının  qiymətləndirilməsi  arasında  ciddi  fərq  vardır.  Bu 

cür dərslərdə yeni qiymətləndirmə sistemini nəzərə almaq lazımdır. 

Qiymətləndirmə  tapşırıqların  yerinə  yetirilməsinə  əsaslanmalıdır. 

Qiymətləndirmənin  əsası  tapşırığın  yerinə  yetirilməsinin  keyfiyyəti 

ilə  müəyyən  edilir.  Qiymətləndirmənin  obyektləri  isə  şagirdlərin 

yerinə  yetirdiyi  ev  tapşırığı,  qrupların  işində  və  diskussiyalarda 

iştirak,  suallar  formalaşdırmaq  və  tədqiqat  aparmaq  bacarığı  ola 

bilər.  Ev  tapşırığı  müsahibə,  sosioloji  sorğu  aparılmasından,  esse 

(kiçik inşa) yazılmasından, anket hazırlanmasından və i.a. ibarət ola 

bilər. Şagirdlər öz biliklərini və əqli vərdişlərini şifahi, yazılı, vizu-

al,  rollu,  ya  da  digər  formada  təqdimatlar  yolu  ilə  nümayiş  etdirə 

bilərlər.  Yaxşı  təşkil  edilmiş  təqdimetmə  şagirdlərin  biliklərinin  və 

əqli vərdişlərinin yüksək səviyyədə olması deməkdir. 

Dərslərdə nə qiymətləndirilir? 

1.

 



Məzmunun - əsas faktların və terminlərin, səbəb-nəticə əla-

qələrinin, nəticə və ümumiləşdirmənin mənimsənilməsi. 

2.

 

Təhliletmə  vərdişlərinin,  öyrənmə  bacarığının,  digər  qrup-



ların baxışlarının, yaxud nöqteyi-nəzərinin başa düşülməsi və i.a. 

3.

 



Dəyərlərin formalaşdırılması. 

 

Qiymətləndirmə meyarlarını necə işləyib hazırlamalı? 

Yeni təlim texnologiyaları ilə keçirilən dərslərdə şagird biliyi-

nin qiymətləndirilməsinin üç istiqamətdə aparılması tövsiyə edilir: 

-Diaqnostik  qiymətləndirmə(ilkin  səviyyənin  qiymətləndiril-

məsi).Bununla müəyyənləşdirilir ki, şagirdlər əsas bilik və bacarıq-

lara malikdirlərmi? Tədris edilmiş materialın hansı hissəsini bilirlər? 

- Formativ qiymətləndirmə(təlim irəliləyişini müəyyən etmək 

üçün). Şagirdlər standartların reallaşması istiqamətində irəliləyə bi-

lirlərmi? 

-  Summativ  qiymətləndirmə  (yekun).  Şagirdlər  standartlara 

əsaslanan məqsədlərə hansı səviyyədə nail olublar? 



 

694 


Şagirdlərin  qiymətləndirilməsi  üçün  dəqiq  meyarlar  işlənib 

hazırlanmalıdır.  Meyarlar  bilik  və  bacarıq,  o  cümlədən,  informasi-

yanı aydın təqdim etmək bacarığı və məntiqi təfəkkür qabiliyyəti ki-

mi göstəricilərinin inkişafını əks etdirməlidir. Qiymətləndirmə me-

yarları nə qədər aydın olsa, bir neçə müəllimin bu və ya digər şagir-

din işini eyni qaydada qiymətləndirəcəyinə bir o qədər çox yəqinlik 

yaranar.  Şagirdlərin  özləri  də  qiymətləndirmə  meyarlarını  bilməli-

dirlər ki, onlardan nə gözlənildiyini təsəvvür etsinlər. Yerinə yetiril-

miş ev tapşırığının “əla”, “yaxşı”, “kafi” qiymətləndirilməsi meyar-

larını  şagirdlərin  özlərinin  müəyyənləşdirməsi  prinsipial  məsələdir. 

Qiymətləndirmə  “əks-əlaqə”nin  yaradılmasına  kömək  etməli,  yəni 

şagirdlərə və müəllimlərə bir-birini daha yaxşı başa düşməkdə yar-

dım  göstərməlidir.  Şagirdlər  qiymətləndirmə  meyarlarını  kiçik 

qruplarda işləyib hazırlaya, sonra isə bütün siniflə birlikdə müzakirə 

edə  bilərlər.  Yekun  qiymət  şagirdin  özünüqiymətləndirməsindən, 

onun  qruplardakı  işinin  qiymətindən  və  müəllimin  verdiyi  qiymət-

dən toplanaraq yarana bilər. 

 

Qiymətləndirmənin müxtəlif üsul və formaları. Test tapşı-



rıqları.  Dərslərdə  qiymətləndirmə  üçün  müəllim  tərəfindən  hazır-

lanmış  işçi  vərəqindən  istifadə  etmək  olar.  İşçi  vərəqindəki  tapşı-

rıqlar iki növə ayrıla bilər: 

a) müəyyən konkret cavabı olanlar (testlər)Məsələn: (1və2 test) 

b)  problemlərə  münasibətlərin,  onların  məqbul,  ağlabatan  şə-

kildə  qiymətləndirilməsini  nəzərdə  tutanlar  (açıq  suallı  tapşırıq-



lar). Bu axırıncı tapşırıqlar müəyyən dərəcədə şagirdlərin bəzi şəxsi 

xüsusiyyətlərinin öyrənilməsi vasitəsi rolunu oynaya və onlar tərə-

findən özünü dərk etmək üçün istifadə oluna bilər. 

 

Şagirdin özünüqiymətləndirməsi. 

Ola bilsin ki, bəzi dərslərdə müəllim tərəfindən biliyin  yekun 

qiymətləndirilməsi  nəzərdə  tutulmur  və  qiymət  qoymaq  tövsiyə 

edilmir.  Lakin  onlar  məktəblilərin  refleksiya,  yəni  suallara  cavab-

lar,  müzakirələr  vasitəsilə  özünüqiymətləndirməsinə  yol  açır.  Şa-

girdlərin  öz  fəaliyyətinin  qiymətləndirilməsinə  cəlb  edilməsi  çox 

vacibdir, çünki bu iş məktəbliləri öz davranışına daha məsuliyyətlə 

yanaşmağa sövq edir, onlarda obyektivliyin tərbiyə edilməsinə yar-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə