Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə232/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   236

 

686 


lara  qayıdır,  orada  öyrəndikləri  hissəni  qrup  üzvlərinə  izah  edirlər. 

Beləliklə,  mövzunun  hər  bir  hissəsi  haqqında  qrupun  hər  bir  üzvü 

bilik alır və o barədə qrup üzvlərinə məlumat verir. 

İlkin qrup üzvləri qeydlər etməli, meydana çıxan sualları yaz-

malı, sonra bu suallar hər bir hissə üçün məsul olan ekspertlərə ün-

vanlanmalıdır. 

Müəllim informasiyanın dəqiq verildiyinə və qarşıya çıxan su-

alların düzgün cavablandırıldığına əmin olmalı və nəzarət etməlidir. 

 

Dəyirmi masa 

 

Müəllim sinfi qruplara bölür. Hər qrupa bir vatman kağızı və 

qrupun  şagirdlərinin  sayı  qədər  rəngli  flamaster  verir.  Hər  şagird 

ona verilən rəngli flamaster ilə yazmalıdır. 

Yazılı “Dəyirmi masa” elə metoddur ki, bu zaman vərəq qru-

pun daxilində dairə üzrə daim bir nəfərdən digərinə ötürülür. Məsə-

lən, müəllim mövzuya aid hansısa bir fikri yazır, sonra şagird öz fi-

kirlərini  əlavə  edərək  vərəqi  sol  tərəfdəki  “qonşusuna”  verir.  O  da 

öz növbəsində bu fikrə yeni mülahizələr əlavə edir və vərəqi başqa-

sına ötürür. Şagirdlərin hər biri öz fikirlərini ayrı rəngli qələmlə və 

ya flamasterlə yazırlar. Bu zahirən bütün şagirdlərin yoldaşlarından 

geri qalmamaq hissini gücləndirir və müəllimə imkan verir ki, möv-

zunun  hər  bir  şagird  tərəfindən  mənimsənilməsini  və  hər  bir  kəsin 

nə dərəcədə iştirak etdiyini müəyyənləşdirsin. 

Məsələn,  ədəbiyyat  dərsində  Nizami  Gəncəvinin  yaradıcılığı 

mövzusunun tədrisi zamanı müəllim vatmanda bir söz yazır: “Xəm-

sə”. Qrupun üzvlərinin hər biri sıra ilə öz əlavələrini edirlər. Şagir-

din  biri  yazır  “Beşlik”,  digəri  “Sirlər  xəzinəsi”,  o  biri  “Leyli  və 

məcnun” və s. beləliklə, bütün üzvlər xəmsə ilə əlaqədar bildiklərini 

sıra  ilə  qeyd  edirlər.  Qruplar  işlərini  bitirdikdən  sonra  hər  qrup  öz 

işini təqdim edir. Hansı qrupun mövzunu nə dərəcədə mənimsəməsi 

aydın olur. Sonda müəllim ümumi nəticə çıxarır. 

Bu metoddan bütün fənlərin tədrisində istifadə etmək olar. 

 



 

687 


Qrafik göstəricilər 

 

Tədris  zamanı  zehni  prosesləri  əyaniləşdirmək  üçün  qrafik 

göstəricilərdən  istifadə  edilir.  Konseptual  cədvəllər,  T-sxemlər  və 

Venn diaqramı qrafik göstəricilərin ən səmərəli formalarıdır. 

 

Konseptual cədvəl 

 

Bu üsul üç və ya daha çox obyekt, yaxud cəhətin müqayisəsi 



nəzərdə tutulan zaman səmərəli sayılır. Cədvəli düzəltmək üçün və-

rəqin sol tərəfində, şaquli qrafada müqayisə ediləcək obyektlər, üfü-

qi  qrafalarda  isə  onların  müqayisə  olunacaq  xüsusiyyətləri  göstəri-

lir.  Konseptual  cədvəldən  ədəbiyyat  dərslərində  surətləri,  müxtəlif 

peşələri  müqayisə  edərkən  istifadə  etmək  olar.  Bu  cədvəldən  yazı 

işləri  üçün  hazırlıq  mərhələsində,  ibtidai  sinifdə  və  dil-ədəbiyyat 

dərslərində də istifadə etmək olar. 

Ədəbiyyat  dərslərində  müqayisə  ediləcək  cəhətlərə  hansı  as-

pektdən yanaşmağı müəllim aydınlaşdırmalıdır. Cədvəldə mövzu ilə 

əlaqədar dəyişiklik edə bilər. 



 

T-Sxemlər 

 

Müzakirə zamanı müsbət-mənfi cavablar üçün (razıyam, etiraz 

edirəm),  yaxud müqayisəli fikirlərin qeyd edilməsi üçün T-sxemlər 

adlanan qrafik göstəricilərdən istifadə olunur. Müəllim müəyyən bir 

mətni şagirdlərə verir, onlar razıyam və ya etiraz edirəm prinsipi ilə 

oxuyurlar  və  aşağıdakı  kimi  cədvəl  tərtib  edirlər.  (Yaxşı  olar  ki, 

mövzu Qarabağ hadisələri, qaçqınlar haqqında olsun). 

 

Yuxarı Qarabağı Azərbaycandan 



ayırmaq olmaz (səbəblər) 

Yuxarı Qarabağı Azərbaycandan 

ayırmaq olar (səbəblər) 

1. Azərbaycanın tarixi ərazisidir. 

2. Ermənilər bura köçürülüblər. 

 (XIX əsrin I yarısında)  

3.və s. 

1. 


2. 

3. 


 


 

688 


Cədvəl tərtibindən sonra iş cütlərlə gedir. 10 dəqiqə vaxt veri-

lir  ki,  səbəblər  yazılsın,  birinci  5  dəqiqə  ərzində  cədvəlin  sol  tərə-

fində qoyulan suala cavablar yazılır, ikinci 5 dəqiqə ərzində isə cəd-

vəlin sağ tərəfindəki  sualla  əlaqədar səbəblər  yazılır. Sonra hər cüt 

özünə  yaxın  olan  cütlə  fikir  mübadiləsi  edir.  Axırda  müəllim  yazı 

lövhəsində bütün  sinif üçün T- sxemi tərtib edir, bütün cütlərin fi-

kirlərini ümumiləşdirir və nəticə çıxarır. 

 

Semantik əlamətlərin təhlili 

 

Semantika fransızca “semantiq”ue, yunanca semantikos – işa-



rə edən, “sema” işarə deməkdir, semantikanın tədqiqat obyekti işa-

rənin (sözün) üçüncüsünün (işarələyən, denotat, işarələnən) vəhdəti-

dir. İşarələyən (zahiri ünsür, səslərin yaxud qrafik işarələrin ardıcıl-

lığı)  denotat  (adlandıran  predmet  və  gerçəklik  hadisələri)  işarələ-

nənlə  (predmet  və  hadisələrin  insan  şüurunda  əksi)  bağlıdır.  Bu  üç 

əlaqə semantikanın məna kateqoriyasını təşkil edir. 

Bu strategiyadan şagirdlərdə əsas biliklərin formalaşdırılması 

və  inkişafı  üçün  istifadə  etmək  olar.  Semantik  əlamətlərin  təhlili 

metodu şagirdlər üçün tanış olmayan mövzunun tədrisi zamanı daha 

əhəmiyyətlidir. Bu metodun tətbiqi zamanı keçilmiş mövzu ilə yeni 

mövzu müqayisə edilir. 

Bunun üçün müəllim yazı lövhəsində sxem çəkir. Sxemin sol 

tərəfində yuxarıdan aşağıya üç müqayisə olunacaq obyektin adı ya-

zılır.  Kağızın  yuxarı  hissəsində,  soldan  sağa  müqayisə  olunan  xü-

susiyyətlər yazılır. Şagirdlər də bunu özləri üçün qeyd edirlər, uşaq-

lar iki və ya üç tanış obyekti müqayisə edərək, semantik əlamətlərin 

altında  hər  bir  obyektə  müvafik  işarə  və  qeydlər  qoyurlar.  (“Hə” 

üçün  +,  “yox”  üçün  -,  tam  əmin  olmadıqları  üçün ?  işarəsi  qoyur-

lar). Məsələn, aşağıdakı cədvəldə göstərildiyi kimi: 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə