|
Annotasiya
364
və keçirilməsi) olunur, onun atributu kimi izah edilir, yəni subyektin
keyfiyyət göstəricisi kimi qəbul olunur. Bu nöqteyi-nəzərdən təhsilə bir-
birini əvəz edən fəaliyyətlər sistemi kimi baxılır və bu halda fəaliyyətin
subyekt, proses, fənn, vasitə, nəticə kimi komponentləri bir-birindən ayrı-
lır, yəni fəaliyyətin özü tərkib hissələrinə ayrılır, proses məqsədin qoyu-
lması ilə başlayır. Qoyulmuş məsələnin dəqiqləşdirilməsi aparılır, plan
hazırlanır, qurğular, sxemlər seçilir, bundan sonra öyrənən müvafiq üsul
və yanaşmalar seçərək əməliyyatları yerinə yetirir, işin gedişini və aralıq
nəticələri qoyulmuş məqsədlə müqayisə edərək gələcək fəaliyyətdə müəy-
yən düzəlişlər aparır.
Məlum olduğu kimi, ümumtəhsilin məzmun standartlarının struk-
turunda “Ümumtəhsilin təhsil standartlarının məcburi minimumunun
məzmunu” və “Məzunların hazırlıq səviyyəsinə qoyulan tələblər” kimi iki
səviyyənin qoyuluşu durur. Təhsil standartlarının komponentləri olan
“minimum” və “tələblər” bir-biri ilə əlaqədardır. Bu əlaqə biliyin qaza-
nılması prosesinin paradiqmasında – “minimum” məktəbin təhsil alana
verəcəyi biliklər sisteminin səviyyəsini, “tələblər” isə təhsil alanın mənim-
sədiyi, qəbul etdiyi biliklər sistemi əsasında formalaşan bacarıqların sə-
viyyəsini müəyyənləşdirir. Standartın komponentləri arasındakı belə mü-
nasibətlər klassik, “ötürücü” xarakter daşıyan pedaqogikanın, yəni bi-
likləri “məktəb verir”, təhsil alan isə "qəbul edir" kimi əsas prinsipləri
üzərində qurulmuş olduqda arzuolunan nəticə alınmır. Yəni insanın bir
fərd kimi xüsusiyyətlərini, onun inkişaf dinamikasını nəzərə almadan
hərəkət etmək təhsilin son nəticəsi kimi qarşıya qoyulmuş məqsədi təmin
edə bilmir, yəni məktəb yaradıcı şəxsi, həqiqi vətəndaşı tərbiyə etmək
əvəzinə, tənbəli, müftəxoru və tüfeylini tərbiyə edir. Şəxsə, təhsilalana
istiqamətlənmiş təhsilin paradiqmasında “minimum” və “tələblər” ara-
sındakı münasibətlər başqa xarakter daşıyır, fəaliyyət məhsuldar əsasda
inkişaf edir. Belə münasibət şəxsi keyfiyyətlərin inkişafını, hadisələrə
yaradıcı yanaşmanı, öyrənilən sahədə təhsilin son məhsulu olan müvafiq
bacarıqların formalaşmasını təmin edir.
Təhsilin məzmunu ilə fəaliyyət arasındakı münasibətlərin həlli
birinci növbədə tədris-təlim prosesində idraki, informasiya-kommunikasi-
ya və refleksiv (qeyri-iradi) fəaliyyətlərin inkişafına imkan yaradan yeni
təhsil şəraitinin, ən başlıcası nəticəyönümlü təhsil standartlarının
hazırlanmasını təmin edir.
Təhsilin yeni məzmununa keçidi təkamül-axtarış və informasiyalı
olmaqla iki qrupa (mərhələyə) ayırmaq olar. Birinci qrupda çoxlu sayda
məktəblərdə hazırda da saxlanılan və ayrı-ayrı fənlərin dərindən öyrənil-
məsinə imkan verən sinif-dərs sisteminin tələblərinə müvafiq fəaliyyətin
365
qurulması əsas tələb kimi götürülür. İkinci qrupda isə şəxsə istiqa-
mətlənmiş, fəaliyyətyönümlü, kamil insanın, rəqabətə davamlı şəxsiyyətin
formalaşdırılması üçün nəticəyönümlü təhsilin qurulmasını, yeni
yanaşmaların, interaktiv təlim üsullarının tətbiqi əsas tələb kimi qəbul
edilir. Araşdırmalar təsdiq edir ki, təhsilin məzmununun müəyyən-
ləşdirilməsi məqsəd əsasında aparılmalıdır. Ümumiyyətlə, təhsildə məq-
sədin üstünlüyü bir prinsip kimi həmişə gözlənilməlidir. Bu prinsip təhsil
standartlarında dəyişikliklərin elə ardıcıllıqla aparılmasını tələb edir ki,
tədris planı, tədris prosesinə qoyulan minimum tələblərin həcmi, bilik
səviyyəsi və təhsil şəraiti, eyni zamanda təşkilati və idarəetmə məqsədin
dəyişdirilməsinin nəticəsi kimi çıxış etsin.
Təhsildə təhsilalanın maraqlarının üstünlüyü saxlanılmalıdır. Belə
ki, təhsilin məzmununun müəyyənləşdirilməsində cəmiyyətin və dövlətin
maraqları ilə bərabər, təhsil sahəsindəki istənilən proqramlara şəxsin
özünü dərk etməsinə, özünü ifadə etməsinə, öz müqəddəratını təyin etmə-
sinə imkan verən elementlərin daxil edilməsinə üstünlüyün verilməsi mü-
hüm tələbdir və təhsilin məzmununda mədəniyyətyönümlü məsələlər diq-
qət mərkəzində saxlanılmalıdır, yekun nəticələr tamamilə və dəqiq müəy-
yən olunmalıdır. Vacibdir ki, təhsilin məzmununun müəyyənləşdirilməsin-
də sosial-mədəni mühitdə həyat fəaliyyəti ilə bağlı təcrübəyə istinad olun-
sun, şagirdin fəaliyyəti onun şəxsi təhsilinin subyekti kimi qəbul edilsin,
şəxsiyyətin strukturunun tamlığı, onun idrak prosesinin, emosional-iradi,
mənəvi-əxlaqi sferasının xüsusiyyətləri nəzərə alınsın.
Öyrənənin və onu əhatə edən mühitin iştirak etdiyi təhsil prosesinin
təhlili göstərir ki, təhsilin məzmununu daxili və xarici olmaqla iki kom-
ponentə ayırmaq olar. Təhsilin məzmununun xarici komponenti şəxsiy-
yətin inkişafını təmin edən təlim mühiti ilə xarakterizə olunur. Təhsilin
məzmununun xarici komponenti iki tərkib hissədə – real həqiqətlər və ona
dair biliklər sistemindən ibarət olan “təhsil sahəsi” anlayışında cəmlənir.
Ona görə də xarici təhsil sahəsi qarşılıqlı təsirdə olan iki – real dünya və
tədris olunan kursların məzmununu özündə cəmləşdirən tərkib hissələrdən
ibarətdir. Təhsilin məzmununun daxili komponenti təhsil alan şəxsin
ayrılmaz cəhətidir. Ona görə də təhsilin daxili məzmunu təhsil alanın
təhsil ehtiyaclarının ödənilməsi ilə uyğunlaşdırılmalıdır. Məzmunun xarici
və daxili komponentlərə bölünməsi ilə bağlı konsepsiyanın qəbul
olunması, hər iki yanaşmanın fəaliyyətə inteqrasiya olunduğunu göstərir.
Onlardan birincisi tədris prosesini fərdiləşdirməyi, yəni təlim-tərbiyə
prosesinin, təhsilalanların psixoloji xüsusiyyətlərini nəzərə alaraq
qurmağı nəzərdə tutursa, ikinci ümummədəni fəaliyyət prosesində təhsil
alan şəxsin özünün fərdiləşdirilməsini nəzərdə tutur. Belə yanaşma, yəni
Dostları ilə paylaş: |
|
|