353
silin məqsədlərini həyata keçirməyin vasitəsi olmaqla cəmiyyətin və
həm də ayrı-ayrı adamların cari və perspektiv tələbatlarını əks et-
dirir. Məzmunun formalaşdırılmasını, onun müxtəlif tipli və səviy-
yəli tədris müəssisələrinin proqramlarına daxil olunmasını daha çox
tələbatlar istiqamətləndirir. Başqa sistemlərdən asılı olan, onlardan
törəyən məzmun bir sistem kimi çətin formalaşır. Bununla əlaqədar
olaraq qeyd etmək lazımdır ki, təhsilin məzmunu kəskin ideoloji
mübarizə mövzusu olmuşdur. Qeyd edək ki, həmişə bir-birinə zidd
qüvvələr məktəbə və onun vasitəsilə bütün cəmiyyətə təsir etməyə
cəhd göstərmişdir. Bu amil daimi xarakter daşıdığından təhsilin
məzmunun formalaşmasının qanunauyğunluqlarından biri hesab
edilir. Təhsilin məzmununun formalaşmasını şərtləndirən sistemlər
içərisində qəbul olunmuş məqsədlər, sosial tələbatlar, sosial və elmi
nailiyyətlər, şəxsi tələbatlar, pedaqoji imkanlar və s. seçilir.
Sosial və şəxsi tələbatlar sistemi məqsədlər sistemi ilə qırıl-
maz surətdə bağlıdır Təhsil yeni məktəb quruculuğunun indiki mər-
hələsində demokratik dövlətin yaradılmasının, onun mədəni və mə-
nəvi intibahının, bazar münasibətlərinin təşəkkülünün, elm və texni-
kanın inkişafının əsasında durmalıdır. Təhsildə ictimai və şəxsi ma-
raqları necə birləşdirmək problemi həll olunmalıdır, yəni bir tərəf-
dən ictimai tələbatlar ödənilməli, o biri tərəfdən isə təhsil hər bir
insan üçün zəruri və cəlbedici olmalıdır. Məktəb təhsilinin məzmu-
nunu formalaşdırmaq üçün ənənəvi olaraq sosial və elmi nailiyyət-
lər sistemi böyük əhəmiyyət kəsb edir. Təhsilin məzmununda elmi
nailiyyətlərin implikasiyası (tətbiqi) sahəsində aparılan tədqiqatlar
göstərir ki, yeni elmi kəşf və ya yeni sosial ideyanın meydana
gəlməsi ilə onun məktəbdə sistemli öyrənilməsi arasındakı vaxt
müddəti durmadan azalır. Pedaqoji imkanlar sistemi təhsilin məz-
mununa məlumatların daxil olmasına yol vermək və ya ona qadağa
qoymaq rolunu oynayan tənzimləyicidir. Başa düşmək, anlamaq,
mənimsəmək üçün müəyyən inkişaf səviyyəsi lazımdır.
Orta ümumtəhsil məktəbində təhsilin məzmununa verilən tə-
ləblər təhsilin inkişafı üzrə dövlət strategiyası ilə müəyyən olunur.
Təhsilin məzmununda iki aspekt gözlənilir: milli və ümumbəşə-
ri. Məktəb təhsilinin məzmununun müəyyənləşdirilməsinin ümumi
əsasları bunlardır: humanistləşdirmə, diferensiallaşdırma, inteqrasi-
354
yalaşdırma, yeni informasiya texnologiyalarının geniş tətbiqi, yara-
dıcı şəxsiyyətin formalaşdırılması.
Tədris prosesinin məzmunu bir sistem kimi müxtəlif struktur-
da təqdim edilə bilər. Strukturun elementləri ayrı-ayrı biliklər və ya
onların elementləridir. Hazırda təhsilin məzmununun xətti , konsent-
rik, spiralvari və qarışıq strukturları geniş yayılmışdır. Xətti struk-
turda tədris materialının ayrı-ayrı hissələri bir-biri ilə sıx əlaqədə,
fasiləsiz ardıcıllıqla, məktəb təlimi dövründə bir dəfə öyrədilir. Bu
strukturu əsas götürəndə ardıcıllıq, tarixilik, sistemlilik, müvafiqlik
tələblərinə riayət etmək lazımdır. Konsentrik struktur əvvəl öyrə-
nilən biliklərə qayıtmağı nəzərdə tutur. Eyni bir material bir neçə
dəfə təkrar olunur, həm də materialın məzmunu yavaş-yavaş geniş-
lənir, yeni məlumatlar, əlaqələr və asılılıqlarla zənginləşir. Təlimin
ilk mərhələlərində elementar təsəvvürlər verilir, biliklər və idraki
imkanlar artdıqca onlar dərinləşdirilir və genişləndirilir. Spiralvari
strukturun xarakterik xüsusiyyəti odur ki, burada şagirdlər başlan-
ğıc problemi diqqətdən kənarda qoymur, onunla bağlı olan bilik-
lərin dairəsini yavaş-yavaş, tədricən genişləndirir və dərinləşdirirlər.
Spiralvari strukturda konsentrik və biliklərin bir dəfə öyrənilməsi də
baş vermir, onların daha geniş öyrənilməsi davam edir. Qarışıq
strukturun imkanlarından daha çox istifadə olunur. Bu struktur
xətti, konsentrik və spiralvari strukturların kombinasiyasıdır. Bu
kombinasiya təhsilin məzmununu təşkil edən zaman manevr etməyə,
onun ayrı-ayrı hissələrini müxtəlif yollarla ifadə etməyə kömək edir.
Təhsilin məzmununun strukturunu seçən zaman təlimin məq-
sədi, şagirdlərin oxuma (öyrənmə) səviyyəsinə verilən tələblər, öy-
rənilən biliklərin xarakteri və xüsusiyyətləri, məzmununun ünvan-
landığı şagird qruplarının xüsusiyyətləri nəzərə alınır. Burada daha
bir məsələyə diqqət çəkmək istərdik. Təhsilin məzmunun gərəksiz
informasiya maksimallığından qorunması çox vacibdir. Beyini həd-
dindən artıq gərəksiz biliklə yükləmək sərbəst düşüncəyə ən böyük
zərbədir. Sərbəst düşüncə isə passiv hafizədən fərqli olaraq elmi
vəcdlə, yaradıcılıq ehtirası ilə müşayiət olunur. Leonardo da Vinçi
demişkən, “elmlə ehtirassız məşğul olmaq hafizəni zibilləyir”. Çün-
ki, soyuq hafizə gücünə başqasından hazır şəkildə alınmış biliklər
əslində cansız biliklərdir və onları “həzm etmək” mümkün deyil.
355
Təsadüfi deyildir ki, B.Franklin də təhsildən danışarkən “bütün ye-
yilənlərin” yox, ancaq həzm olunan hissənin faydalı olduğunu yada
salırdı.
Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi, dərs-
lərin məzmunu və qiymətləndirmə meyarları ilə tanış olduqda mə-
lum olur ki, orada nisbətən az informasiya verildiyi halda, daha çox
dərəcədə düşünmək, mühakimə yürütmək və öz fikirlərini müstəqil
surətdə şərh etmək qabiliyyəti formalaşdırılır. Səbəbi isə budur ki,
onlar “cansız biliyin” inkişafa xidmət etmədiyini çoxdan bilirlər.
Canlı bilik, fəaliyyətdə olan bilik iki istiqamətdə fayda verir:
ya yeni biliklərin yaranması üçün baza rolunu oynayır, ya da müva-
fiq əməli fəaliyyət sahələrində tətbiq olunur. Cansız bilik isə başqa-
larının təfəkkürünün məhsulu olmaqla, ancaq nitq qəlibinə salındıq-
dan sonra hazır şəkildə qəbul edildiyindən, bir təfəkkür aktı yox, bir
hafizə aktı kimi mövcud olur və ancaq informasiya kimi dəyərə ma-
lik olur. Biliyin yaradıcı səciyyə daşıması üçün onun elə bil ki, ye-
nidən kəşf olunması – özününküləşdirilməsi lazımdır. Bilik hafizə
faktından fikir faktına, canlı düşüncə prosesinin bir ünsürünə çevril-
dikdə, o özü də canlanır və sonrakı nəzəri və əməli fəaliyyət üçün
təməl olur. Qərb fəlsəfəsi bu fərqin pedaqoji prosesdə də nəzərə
alınması üçün əsas rolunu oynamışdır. Başqalarının fikirlərinin ha-
zır şəkildə mənimsənilməsi, insanların başqaları tərəfindən müəy-
yən edilmiş qaydalar əsasında yaşamağa vərdiş etməsi, kənardan
göstəriş gözləməsi sərbəst düşüncədən qorxmağın, fikir tənbəlliyi-
nin nəticəsidir. L.Kant “Maariflənmə nədir, - sualına cavab” əsərin-
də yazır: “Maariflənmə - insanın qeyri-yetkinlik halından çıxmasıdır
ki, o, bu vəziyyətdə öz təqsiri üzündən qalmış olur...Öz təqsiri
üzündən qeyri-yetkinliyin səbəbi düşüncənin çatışmazlığı yox, kə-
nardan kimin isə himayəsi olmadan öz düşüncəsindən istifadə et-
mək üçün qətiyyətin və qeyrətin çatışmazlığıdır”. Bu gün Qərbi
Qərb edən, ona sivilizasiyanın önündə getmək imkanı yaradan dü-
şüncənin ətalətdən və passivlikdən xilas olması, hər kəsə öz ağlı ilə
çalışmaq imkanının yaradılmasıdır.
Etiraf edək ki, biz uzun illər təcrübəmizdə hansı bilik, nə qə-
dər bilik verilməsi ilə bağlı yanlışlıqlara yol vermişik. Halbuki təh-
silin baş məqsədi bilikləri şagirdə hazır şəkildə vermək yox, biliklə-
Dostları ilə paylaş: |