343
İnsanın inkişafı ilə bağlı texnologiyalar antropotexnologiyalar
adlanır. Bu mənada istənilən pedaqoji sistemə təhsil standartları tələb
edən güclü fəaliyyət, antropotexnologiya, müxtəlif peşə sahələri ilə bağlı
texnologiya və ya texnologiyalaşdırılmış incəsənət kimi də baxmaq olar.
Müasir pedaqogika, “antropotexnologiya” kimi öyrədənin xüsusi
texniki və sosial mədəniyyətə, yəni, eyni bir fəaliyyətin mücərrəd və
konkret təsvirini fərqləndirmək mədəniyyətinə malik olmasını, yeni
pedaqoji yanaşmalardan, interaktiv təlim metodlarından səmərəli istifadə
bacarıqlarının formalaşdırılmasını ön plana çəkir.
Suallar və tapşırıqlar
1. Xüsusi təhsil hansı zərurətdən yaranır?
2. “Xüsusi şərait” dedikdə nə başa düşülür?
3. Xüsusi təhsilin məqsədi nədir?
4. Xüsusi təhsillə bağlı dövlət hansı vəzifələri yerinə yetirir?
5. Kimlər tam dövlət təminatında olan sağlamlıq imkanları məhdud
şəxslər hesab olunur?
6. Ümumi təyinatlı təhsil müəssisələrində xüsusi təhsilin təşkili
barədə nə deyə bilərsiniz?
7. Reabilitasiya mərkəzləri barədə danışın.
8. Psixoloji-tibbi-pedaqoji komissiya hansı vəzifələri icra edir?
9. Yaşlıların təhsili barədə nə deyə bilirsiniz? Fikirlərinizi açıqlayın.
Ədəbiyyat
1. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında Azərbaycan Respublikasının Qanunu”. (Bakı, 5 iyul 2001-ci il
tarixində imzalanmış, 19 iyul 2001-ci il tarixli 540 nömrəli fərmanla
qüvvəyə minmişdir.)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2002-ci il
tarixli 74, 10 may 2002-ci il tarixli 77 nömrəli qərarları.
3. Əhmədov H.H. Azərbaycan təhsilinin strategiyası. Bakı: Elm,
2010.
4. Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı:
Mütərcim, 2010, 516 səh.
5. Məmmədzadə R.H. Təhsildə keyfiyyət aparıcı istiqamətlərdən
biri kimi. Bakı: Müəllim, 2010, 170 səh.
344
6. Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində.
Bakı: Çaşıoğlu, 2009, səh. 182-194.
7. “Yaşlıların təhsili” mövzusunda keçirilmiş beynəlxalq və milli
konfransların bəyannamələri . Bakı: Şərqin səsi, 2005, 44 səh.
8. Dostuzadə D.Ə. Eşitmə qüsurlu uşaqlrala işin təşkili. Bakı:
ADPU, 2011.
9. Həsənova İ.M. Sağlamlıq imkanları məhdud olan uşaqların cə-
miyyətə adaptasiyası. (Metodik vəsait) Bakı: ADPU, 2012.
10. Ağayeva T.N., Əliyeva S.M. Loqopediyanın nəzəri və praktik
məsələləri. Bakı, 1999.
11. Qasımov S.Ə. Sağlamlığı məhdud olan uşaqlara ana dilinin öy-
rədilməsi problemləri.Bakı: Çaşıoğlu, 2003.
12. Поташник М., Ямвир Е., Матрос Д. Управление качеством
образования (под ред. М.Поташника). М.: Педагогическое общество,
2000.
13. Хуторский А. Дидактическая Эвристика: Теория и техно-
логия креативного обучения. М.: МГУ, 2003.
345
O şey ki, bizlərə lap aşikardır,
Orda da gizli bir xəzinə vardır.
Nizami Gəncəvi
X fəsil
TƏHSİL SAHƏSİNDƏ DÖVLƏT STANDARTLARI,
TƏHSİL PROQRAMI, TƏDRİS PLANI, TƏDRİS
PROQRAMI VƏ TƏDRİS ƏDƏBİYYATI
Əhatə olunan məsələlər:
10.1. Təhsil sahəsində dövlət standartları, təhsil proqramı (kurikulum).
10.2.Ümumi orta təhsilin məzmunu.
10.2.1. Təhsilin məzmunu.
10.2.2. Azərbaycanda ümumi orta təhsilin məzmunu sahəsində
islahatlar.
10.3. Tədris planı.
10.4. Tədris fənni.
10.5. Tədris proqramları.
10.6. Dərslik, iş dəftəri və müəllim üçün metodik vəsait komplekti.
346
10.1. Təhsil sahəsində dövlət standartları,
təhsil proqramı (kurikulum)
Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlə-
tin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında ha-
zırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət
tələblərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət təhsil
standartları təhsil sahəsində sınanmış mütərəqqi meyarlar, milli və
ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təh-
sil standartları və onların qüvvədə olan müddəti müvafiq icra haki-
miyyəti orqanı tərəfindən müəyyən olunur. Dövlət təhsil standartları
təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris ba-
zasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini,
hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin
səviyyəsini müəyyənləşdirir. Təhsil müəssisəsinin fəaliyyətinin,
təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndi-
rilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil
standartları əsas götürülür. Sağlamlıq imkanları məhdud şəxslərin
təhsili üçün xüsusi dövlət standartları müəyyən edilir.
Təhsil proqramı (kurikulum) dövlət təhsil standartlarına uy-
ğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu
və mənimsənilmə qaydalarını müəyyən edir. Təhsil proqramına təd-
ris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı töv-
siyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları da-
xildir. Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və sə-
viyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir, onun müd-
dəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün
müvafiq təhsil proqramları tətbiq edilir. Yuxarıda qeyd olunduğu
kimi, sağlamlıq imkanları məhdud, uzun müddət müalicəyə ehtiyacı
olan təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və
ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi ümumtəhsil
proqramları müəyyən edilir və həyata keçirilir.
Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da
həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis ha-