350
rının seçiləcəyi, ən müasir texnologiyalardan istifadə olunacağı gös-
tərilmişdir. Fənn kurikulumlarında şagird nailiyyətlərinin qiymət-
ləndirilməsi üzrə işin məzmunu bilavasitə bir subyekt kimi təlim
alanlara yönəldilmişdir. Qiymətləndirmə standartlarında şagirdlərin
fəaliyyəti, üzərində işlədikləri məzmun və şərait elementləri ilə ya-
naşı, onların əldə edəcəkləri minimum nailiyyətlər də ifadə edilmiş-
dir. Şagird şəxsiyyətinin bütün parametrlərdə inkişaf istiqamətləri
diqqət mərkəzində saxlanılmışdır.
3. Fənn kurikulumları konseptual sənəddir. “Azərbaycan
respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)”
sənədindəki müddəalar respublikada hər hansı fənn üzrə fəaliyyətlər
sistemini ümumiləşdirmək baxımından konseptual xarakter daşıyır.
Ona görə də fənn kurikulumları öz növbələrində həm də çərçivə sə-
nədi hesab edilir. Ondan sonra hazırlanacaq məktəb və sinif kuriku-
lumlarının ümumi prinsiplərini əks etdirir. Fənn kurikulumları hər
bir fənn üzrə məqsəd, vəzifə, məzmun, texnologiya və qiymətləndir-
mə məsələlərini əhatə etməklə çoxçeşidli iş parametrlərini əlaqəli
şəkildə ümumiləşdirir. Nəticələr şəklində olan məzmun təhsil pillə-
ləri və siniflərə aid məzmun xətləri üzrə kurikuluma daxil edilir.
Standartlar səviyyəsində təqdim olunmuş siniflər üzrə nəticələrin
sərhəddi standartlar və altstandartların (bençmarkların) hüdudunda
müəyyənləşdirilir.
4. Fənn kurikulumları inteqrativ xarakter daşıyır. Bu, ilk
növbədə, onun ümumtəhsil məktəbləri üçün hazırlanması və şagird
şəxsiyyətinin formalaşmasına imkan yaratması, şagirdlərdə həyati
bacarıqların formalaşdırılması, onların davamlı fəaliyyət üçün hazır-
lanması ilə bağlıdır. Ona görə də kurikulumlarda əks olunmuş təlim
nəticələri (təlim standartları) biri digərini tamamlamaq, möhkəmlən-
dirmək, davam etdirmək baxımından elə ardıcıllıqla verilir ki,
onların vasitəsilə şagird şəxsiyyətinin formalaşmasını və inkişafını
izləmək mümkün olur. Bu əlaqələr məzmun və istiqamətinə görə iki
yerə ayrılır: şaquli inteqrasiya, üfüqi inteqrasiya.
Şaquli inteqrasiya daha çox fənnin siniflər və mərhələlər ara-
sındakı əlaqəsini, üfüqi isə müxtəlif, lakin uyğun gələn fənlərin əla-
qəsini ehtiva edir. Bütün hallarda şagirdlərin inteqrativ standartlar
351
əsasında ölçülə bilən bacarıqlara yiyələnmələri diqqət mərkəzində
saxlanılır.
5. Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır. Bu,
onun konseptuallığından irəli gəlir. Kurikulumlar bütün təlim nəti-
cələrini əks etdirməklə sonrakı nailiyyətləri fərz etməyə imkan yara-
dır. Öyrənmə prosesində əldə edilən nailiyyətin hansı səviyyədə ol-
masını müəyyənləşdirmək üçün şərait əmələ gəlir. Bəzən yeni kuri-
kulumların izahedici xarakterə malik olduğu göstərilir. Təbii ki, be-
lə bir yanaşma yeni kurikulumların nəticəyönümlü xarakterini, onun
qabaqlayıcı funksiyasını zəiflədir. Bütün bunlarla yanaşı, fənn kuri-
kulumları həm də:
- müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaş-
dırılmış və əhatəli yanaşmanı özündə saxlayır;
- təlimin fəal üsullarından istifadə olunmaqla məzmun stan-
dartlarının səviyyəsinə çatmağa imkan yaradır;
- şagirdlərin bilik və anlayışlarının daim qiymətləndirilməsini,
tədris ili ərzində düzəlişlərin edilməsini nəzərdə tutur;
- şagirdlərin təlimə cəlb olunmasını, davamlı təhsilə hazırlan-
masını və həvəsləndirilməsini təmin edir;
- şagirdlərin təhsil alarkən, bilikləri qiymətləndirilərkən, sava-
dı artırılarkən müasir texnologiyalardan istifadə edilməsini nəzərdə
tutur;
- uyğun təlim resuslarına və inzibati yardıma malik olur.
Fənn kurikulumlarında fənnin məzmunu standartlar şəklində
ifadə olunur. Standartlar öyrədiləcək məzmundan xəbər verir və ba-
carığın xüsusiyyətini göstərir. Yəni nəyin öyrədiləcəyi və öyrədilən-
lərin necə nümayiş etdiriləcəyi aydın təsvir edilir. Hər bir standart
altstandartlarla müşayiət edilir. Tədqiqatçılar altstandartları aşağıda-
kı kimi səciyyələndirirlər:
- altstandartlarda mürəkkəb fikirlər daha sadə fikirlərə bölünür;
- altstandartlar təlim məqsədlərinin müəyən olunması üçün zə-
min olan komponentləri əks etdirir;
- sinifdən-sinifə keçdikcə altstandartlar dəyişir.
Biliyin kateqoriyaları baxımından ümumi xarakter daşıyan
məzmun altstandartlarda hissələrə bölünərək biliyin deklorativ, pro-
352
sedural və kontekstual adlanan üç böyük kateqoriyasından birinə aid
olur.
Məzmun standartlarında fəaliyyət taksonomiyaların köməyi
ilə sistemləşdirilir. Müxtəlif taksonomiyalardan yalnız üçü-idraki,
emosional və psixomotor taksonomiyalar mütəxəssislər tərəfindən
təhsil üçün əhəmiyyətli hesab edilmişdir. İdraki fəaliyyəti əks etdi-
rən standartlar, ilk növbədə, intellektual bacarıq və vərdişlərin inki-
şaf etdirilməsinə istiqamətlənir. B.Blumun adı ilə bağlı olan funda-
mental idraki taksonomiyalarda düşünmə bacarıqları sadədən mü-
rəkkəbə doğru mərhələlərə görə təsnif edilir. Bu taksonomiya ona
görə fundamentaldır ki, sonrakı, daha mürəkkəb idraki bacarıqların
(problem həlletmə, mühakiməyürütmə, isbatetmə, əlaqələndirmə)
əsasını təşkil edir. K.Mur psixomotor taksonomiyaları 3 mərhələyə
ayırır: təqlid (imitasiya), idarə (monipulyasiya), dəqiq icra .
Təqlid mərhələsində şagirdlər müəllimin nümayiş etdirdiklə-
rini təqlid edirlər ki, bu da hərəki bacarıqların ilkin mərhələsi kimi
dəyərləndirilir.
İdarə mərhələsində şagirdin hər hansı hərəki bacarığı müstə-
qil şəkildə, müəllimin yardımı olmadan nümayiş etdirməyə qabil ol-
ması nəzərdə tutulur. Burada icranın qeyri-dəqiqliyi yol veriləndir.
Dəqiq icra psixomotorun ən yüksək mərhələsidir. Bu mərhə-
lədə şagirdlər hərəkətləri bacarıqla və dəqiq icra edirlər.
Müxtəlif sinif mərhələlərində altstandartlar dəyişkən olur.
Standartlar, əsasən dəyişmir. Altstandartlar sinifdən-sinifə məzmun
baxımından genişlənir və dərinləşir.
10.2. Ümumi orta təhsilin məzmunu
10.2.1. Təhsilin məzmunu
Təhsilin məzmunu dedikdə, müəyən tip tədris müəssisələrində
öyrənmək üçün seçilmiş biliklər, bacarıqlar sistemi başa düşülür.
Təhsilin məzmunu abstrakt deyil. O, sistemin daxili mahiyyətindən
ayrılmazdır. Şagirdlərin təfəkkürünü, idraki maraqlarını formalaş-
dırmaq, hərtərəfli inkişafını təmin etmək və əmək fəaliyyətinə hazır-
lamaq ümumi təhsilin məzmunun əsasını təşkil edir. Məzmun təh-
Dostları ilə paylaş: |