|
Annotasiya
341
-
dəyərlərin daha aydın başa düşülməsi üçün müxtəlif tendensiya-
lar və dəqiq məqsədlərlə bağlı bacarıqlar;
-
öz fəaliyyətini nəzarətdə saxlamağa dair qabiliyyət və tendensi-
yalar;
-
fəaliyyət prosesinə emosiyaların cəlb edilməsi bacarığı;
-
sərbəst öyrənməyə hazırlıqla bağlı bacarıqlar;
-
əks əlaqənin axtarışı və istifadəsinə dair bacarıqlar;
-
özünə əminlik, inamlılıqla (arxayınlıq) bağlı bacarıqlar;
-
özünənəzarət bacarığı;
-
gələcək haqqında düşünməyə, adaptasiya və abstraklaşmaya
dair bacarıq və vərdişlər;
-
qoyulmuş məqsədə çatmaqla bağlı problemlərə diqqətli
münasibət;
-
təfəkkürün sərbəstliyi, orijinallığı;
-
tənqidi (nəzəri) təfəkkürün inkişafı;
-
mürəkkəb məsələlərin həllinə hazır olma bacarığı;
-
hər hansı mübahisəli və narahatçılıq doğuran məsələlərin
həllinə hazır olma;
-
ətraf aləmin imkanlarının və ehtiyatlarının (həm material, həm
də insan ehtiyatları) aşkarlanması üçün tədqiqatlar aparma bacarığı;
-
fatalizmin (qəzavü-qədərə, təqdirə, qismətə inanma) yoxluğu;
-
məqsədə çatmaq üçün yeni ideyalardan və innovasiyalardan
istifadə bacarığı;
-
cəmiyyətin innovasiyalara xeyirxah münasibətinə əminlik;
-
inadkarlıq, sözünün üstündə durma bacarığı;
-
ehtiyatlardan istifadə bacarığı;
-
etibar, inam, etimadla bağlı keyfiyyətlər;
-
arzuolunan və istənilən əxlaq qaydalarına münasibət bildirmə
bacarığı;
-
şəxsi məsuliyyət;
-
məqsədə çatmaq üçün birgə işə qatılmaq bacarığı;
-
qoyulmuş məqsədə çatmaq üçün başqa insanlarla birgə
işləməyə həvəs oyatma bacarığı;
-
başqa insanları dinləmək və onların fikirlərinə hörmətlə yanaş-
maq bacarığı;
-
əməkdaşların şəxsi potensialını subyektiv qiymətləndirməyə can
atmaq bacarığı;
-
ixtilafların həlli və fikir ayrılıqlarının, münaqişə vəziyyətinin
yumşaldılması ilə bağlı bacarıqlar;
342
-
tabelik şəraitində səmərəli, effektiv işləmək bacarığı;
-
ətrafdakıların müxtəlif yaşayış tərzinə münasibətdə dözüm-
lülüyün təbliği ilə bağlı bacarıqlar;
-
plüralistik siyasətin anlanılması ilə bağlı bacarıqlar;
_^
-
təşkilati və ictimai planlaşdırma ilə məşğul olmağa hazırlıq və s.
Kompetensiyalı (və ya səriştəli) yanaşma özünün hərtərəfli məna
tutumunda və dəyərlərində təhsildə modernləşdirmə prosesinin əsas mə-
qamlarının dərin nəzəri və pedaqoji aspektlərini əks etdirir. Ona görə də:
•
səriştəli yanaşma istehsal sferasının inkişafı ilə bağlı ehtiyac-
lara dair problemlərin həllinə köməklik göstərir;
•
səriştəli yanaşma sosial-iqtisadi reallıqların dəyişməsi ilə bağlı
təhsilin məzmununun yeniləşdirilməsinə müsbət şərait yaradır;
•
səriştəli yanaşma insanın qabiliyyət və bacarıqlarının ümumi
inkişafının mənbəyi kimi tədrisin məzmununun yeniləşdirilməsi ilə bağlı
effektiv hərəkət etməyə imkan verir;
•
səriştəlilik modernləşmənin radikal vasitəsi kimi çıxış edir;
•
səriştəlilik qabaqcadan müəyyən şəraitdə formalaşan bacarıq-
ların, qabiliyyətlərin yeni şəraitə uyğunlaşdırılması imkanları ilə xarak-
terizə olunur;
•
səriştəlilik “mütəxəssisin fəaliyyət sahəsinə uyğunlaşmasına ha-
zır olması” və ya gələcək yeni peşəkar fəaliyyətə hazırlığın atributu kimi
müəyyən edilir .
Səriştəli yanaşmaya çoxlu sayda bir-birinə münasibəti olan anlayış-
lar (korrelyat) kimi, yəni aşağıdakı ənənəvi yanaşmaların məcmusu kimi
də baxmaq olar:
-
kulturoloji yanaşma;
-
elmi-maarifləndirici yanaşma;
-
didaktik-sentrist yanaşma;
-
funksional-kommunikativ yanaşma və s.
Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, təhsildə
sətiştəli yanaşma modelinin tətbiqini genişləndirərək, ümumtəhsil mək-
təblərində ayrı-ayrı fənlərin dərindən öyrədilməsi metodikalarından təd-
ricən imtina etməklə, həyati bacarıqların formalaşdırılması, öyrənənə
istiqamətlənmiş, nəticəyönümlü tədris-təlim prosesinin əsas prinsipi olan
inteqrasiya olunmuş biliklər sisteminə yiyələnmiş, yüksək intellektli,
sağlam düşüncəli, məntiqi təfəkkürlü kamil insanın – şəxsiyyətin yetişdi-
rilməsini tədris prosesinin əsas məqsədinə çevirmək təhsilimiz qarşısında
duran başlıca vəzifələrdəndir.
Dostları ilə paylaş: |
|
|