|
Annotasiya
335
və taktikanın seçilməsində isə fəaliyyətlə bağlı kömpetensiyaların rolu
əvəzedilməzdir. Bunlar eyni zamanda praktik və praqmatik (müasir fəlsə-
fədə gerçəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən
şeyi həqiqət kimi qəbul edən cərəyan) intellektin xüsusi rolu ilə bağlıdır.
Fəaliyyət sahəsində əsas açar (xüsusi) rolunu oynayan kompeten-
siyaları aşağıdakı kimi qruplaşdırmaq olar:
-
mürəkkəbliyin reproduksiyalılığı (yenidən hasil edilməsi);
-
fərasətlilik, ağıllılıq, gözüaçıqlıq;
-
normallıq, dürüstlük;
-
koorperasiyalılıq (bir çox insanın əməkdaşlığı, birgə işləməsi
əsasında qurulmuş əmək fəaliyyəti forması);
-
tarixilik.
Məlum olduğu kimi, mürəkkəbliyin reproduksiallığı və ya yenidən
hasil edilməsi praktik bacarıqlarla müəyyən edilir. Bu halda insan “nə
etməli” anlayışına dair biliklərə malikdir və bunu “necə yerinə yetirməyi”
başa düşür və özünün bilik və bacarıqlarının tətbiq etmək üçün imkanlar
axtarıb tapır. Deməli, mürəkkəbliyin yenidən hasil edilməsi, “nə”dən
“necə”yə doğru istiqamətlənmiş pedaqoji prosesin hərəkət dinamikasını
müəyyənləşdirir. Fərasətliliyi, ağıllılığı, gözüaçıqlığı intuisiya ilə
problemin həllinin mümkünlüyü kimi başa düşmək lazımdır. Bu tip kom-
petensiyalar ən çox anadangəlmə, fitri istedadla bağlı olur. Normallıq,
dürüstlük – həlli tələb olunan problemi dərk edərək özünün bacarığını,
qabiliyyətini adekvat qiymətləndirməklə bağlıdır. Bu tip kompetensiyalar
insana öz qüvvəsinin, bacarığının qəbul olunmuş normalara uyğunluğunu
müəyyən etməyə imkan yaradır. Başqa sözlə, insan qoyulmuş problemin
başqalarına nisbətən özünün daha yaxşı həll etmə bacarığını identifika-
siya edir. Koorperasiallıqla bağlı kompetensiyalar bəzən kommunikativ
kompetensiyalar da adlandırılır. Kommunikativ kompetensiyalar şəxsiy-
yətin anadangəlmə, fitri keyfiyyətləri və ətraf mühitin dərk olunması ilə
əlaqədar olduğundan, onun formalaşdırılması müəyyən çətinliklərlə
bağlıdır. Məktəbin, təhsil müəssisəsinin əsas məqsədi öyrənənlərə kom-
munikativ bacarıq və vərdişlər aşılamaqdan başqa, eyni zamanda müxtəlif
situasiyalarda və müxtəlif mədəni ənənələrə malik cəmiyyətdə özlərini
aparmaq qabiliyyətlərini də tərbiyə etməklə bağlı olmalıdır. Tarixilik
kompetensiyalarının müvafiq bacarıqların formalaşdırılmasında normal-
lıq kompetensiyalarına oxşarlığı vardır. Belə kompetensiyalar insanın
konkret vəziyyətinin tarixi aspektdə aydınlaşdırılmasına, təsvir etməsinə
tələb olunan vaxtı azaltmaqla, tarixi planda prosesə uyğun epizodun
tapılmasına və onun müvafiq qaydada qiymətləndirilməsinə istiqamətlən-
miş qabiliyyətlərlə bağlıdır.
336
Əsas, açar rolunu oynayan kompetensiyalara sosial kompetensi-
yaları da daxil etmək lazımdır. Sosial kompetensiyalar siyasi nəzakət, sosial
sahədə ədəbli fəaliyyət, özünün hüquq və mənafeyini qorumaq kimi
qabiliyyətlərin öyrənənlərdə formalaşmasını təmin edir.
İnformasiya cəmiyyətinə – biliklərə əsaslanan cəmiyyətə doğru
hərəkətimiz boyu təhsil və öyrənmə haqqında anlayışlarımız da dəyişir.
Təhsil texnologiyaları daha çox istifadəçiyönümlü olur. Öyrənən artıq
informasiyanın passiv resipiyenti olmur. Bunlar təbii proseslərdir və
metodologiya sahəsində fəaliyyət göstərən peşəkarların məqsədyönlü işi
ilə onları əhəmiyyətli dərəcədə sürətləndirmək olar.
Müəllim peşəsi bütövlükdə öz ilkin mənasını dəyişir. Müəllimlər
daha çox məsləhətçilərə, təlimatçılara və vasitəçilərə çevrilirlər ki,
onların da vəzifəsi – öyrənənə öz təhsilini özü qurmaqda və bunun üçün öz
şəxsi məsuliyyətini dərk etməkdə kömək göstərməkdir. Məntiqi olaraq
qənaətə gəlinir ki, təhsil üsulları – şəxsi motivasiya prioritetinə, tənqidi
təfəkkürə və öyrənmək bacarığına doğru dəyişməlidir.
Elmi-tədqiqat işlərindən belə ümumiləşmə etmək olar ki, pedaqoji
və metodik işləmələrin səmərəliliyi ilə səciyyələnən tədris-təlim prose-
sində öyrənənlərdə tənqidi təfəkkürün formalaşması müəllimin fəaliy-
yətindən, onun istifadə etdiyi metodların, yanaşmaların səmərəliliyindən
çox asılıdır. Tənqidi təfəkkürün formalaşmasında istifadə olunan pedaqoji
vasitələrə, yanaşmalara aşağıdakıları daxil etmək mümkündür:
-
ağılın, zəkanın tənqidiliyini təmin etmək üçün ümumtəhsilin
fənn kurikulumlarına nəzəri (həm də tənqidi) təfəkkürü inkişaf etdirməyə
imkan verən materialların daxil edilməsi;
-
professional kompetensiyaların məntiqi və tənqidi düşünməyə
cavabdehlik daşıyan, bacarıq və vərdişlərin seçilməsinə imkan verən
şəraitin yaradılması;
-
məntiqi və tənqidi təfəkkürün formalaşmasına dair metod və
yanaşmaların əsasını bilən, professional kompetensiyalara malik müəl-
limlərin hazırlanmasının təmin edilməsi;
-
tənqidi təfəkkürün inkişafı ilə bağlı çap olunmuş əsərlərin,
keçirilmiş konfransların, seminarların, xüsusi layihələrin və innovasi-
yaların koordinasiya olunması.
Aydın məsələdir ki, bu mürəkkəb vəzifənin öhdəsindən yeni idarə-
etmə mədəniyyətinə yiyələnmiş təhsil menecerləri gələ bilər. Məhz onlar
təhsil fəaliyyətinin idarə olunmasının yeni elmi metodlarına yiyələnmiş
mütəxəssislərdir. Kompetensiyaların inkişaf modellərinin qurulmasında
əsas yanaşmaların müəyyənləşdirilməsi üçün onların formalaşması və
aktivləşməsinin təbiətini düzgün başa düşmək tələb olunur. Təhlillər
Dostları ilə paylaş: |
|
|