330
müəyyənləşdirilməsi, onlarda yeni bilik və bacarıqlar əldə etməyə
motivasiyanın oyadılması da əhəmiyyətli məsələlərdəndir.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yaşlıların təhsili
ilə məşğul olan mərkəzlər öz fəaliyyətlərində yerləşdiyi ərazinin xü-
susiyyətlərini, adət və ənənələrini, dinləyicilərin maraqlarını nəzərə
almağa çalışırlar.
Təlim zamanı dinləyicilərə yalnız yeni peşə almaq imkanları
deyil, həmçinin mövcud peşələrin spesifik xüsusiyyətləri və pers-
pektivləri haqqında müfəssəl məlumat verilir. Belə ki, bəzən ənənə-
vi təhsil mühitində dinləyiciyə seçilən peşənin gələcək perspektivi
haqqında geniş məlumat verilmir və bu da dinləyicidə gələcəyə
ümidsiz baxışlar formalaşdırır. Ancaq yaşlıların təlimi zamanı təhsi-
lalanlara ümumi biliklərlə yanaşı, sahibkarlıq fəaliyyəti, müstəqil
işin qurulması barədə bacarıqların aşılanması da nəzərdə tutulur.
Yaşlıların təhsili kontingentinə, əsasən, aşağıdakı sosial
demoqrafik qruplar aid edilir:
- əmək funksiyalarının məzmununda baş vermiş dəyişikliklər
və yeniliklərlə əlaqədar ixtisasartırma və yenidənhazırlanmaya cəlb
edilən peşəkar əmək sahəsi işçiləri;
- məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan
şəxslər;
- uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qa-
yıdanlar;
- peşəsi olmayanlar;
- yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı
olan işsizlər;
- hərbi xidmətdən tərxis olunanlar;
- məcburi köçkünlər və qaçqınlar, o cümlədən miqrantlar;
- şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini
genişləndirmək arzusunda olan şəxslər və s.
Respublikamızda iqtisadiyyatın sürətli inkişafı, yoxsulluğun
azaldılması və aparılan davamlı təhsil islahatları yaşlıların təhsilini
prioritet səviyyəyə qaldırmış, insan resurslarının inkişaf aləti olan
yaşlıların təhsilini dövlət siyasətində strateji istiqamətə çevirmişdir.
Ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq bir sıra sahələr
müəyyən dövrdən sonra öz prioritetliyini digər sahələrə verməyə
məcbur olur. Belə şəraitdə həmin sahələrdə çalışan çoxsaylı işçilərin
yeni peşə və ixtisaslar üzrə təhsil almasına ehtiyac yaranır. Ölkə-
331
mizdə yaşlıların təhsilini aktuallaşdıran məsələlərdən biri də infor-
masiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrinin geniş-
ləndirilməsidir. Bu isə İKT-nin yeni tətbiq olunduğu müəssisə və
təşkilatların əməkdaşlarının, ümumilikdə, əhalinin bu sahədə baca-
rıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsini zəruri etmişdir.
Hər bir dövlət yaşlıların təhsilini öz təhsil sisteminin xüsusiy-
yətlərinə uyğun olaraq formalaşdırır. Bu zaman cəmiyyətin və əmək
bazarının tələbləri nəzərə alınaraq müvafiq proqram və tədris mate-
rialları hazırlanır.
Həmin sənədlər elə hazırlanır ki, yaşından, dini və milli mən-
subiyyətindən, dünyagörüşündən, ilk təhsilindən və sosial vəziyyə-
tindən, həmçinin cinsindən asılı olmayaraq bütün yaş qrupları əhatə
edilsin. Eyni zamanda yaşlıların təhsilinin təşkili zamanı bir sıra
amillər də nəzərə alınmalıdır. Bunlara aşağıdakıları aid etmək olar:
yaşlıların təhsili baza təhsilini əvəz etmək məqsədini daşı-
mamalı, əksinə, onun əsasında həyata keçirilməlidir;
yaşlıların təhsili, əsasən, kişilərə aid olan istehsalat sahələ-
rində işləmək üçün qadınlara müvafiq kvalifikasiyalar verməlidir;
yaşlıların təhsili heç bir peşə və təhsili olmayan gənclərin
müvafiq peşə almalarına şərait yaratmalıdır;
yaşlıların təhsilinə mane ola biləcək bütün amillər, o cüm-
lədən qanunvericilik sahəsində boşluqlar aradan qaldırılmalıdır;
iş ilə təhsil arasında vaxt bölgüsü düzgün müəyyənləşdiril-
məli, yaşlıların təhsili üçün elmi cəhətdən əsaslandırılmış çevik tə-
lim metodları və texnologiyaları işlənməlidir;
yaşlıların təhsili zamanı fərdi fəaliyyət təcrübəsi nəzərə alın-
malı və ondan istifadə olunmalıdır;
bir təhsil pilləsi və səviyyəsindən digərinə keçid asanlaşdı-
rılmalıdır;
təhsil sistemi onu əhatə edən sosial-mədəni və iqtisadi mü-
hitə uyğunlaşdırılmalıdır;
təhsilə çəkilən xərclərin sosial həyata, mədəniyyətə və iqti-
sadiyyata çəkilən xərclərdən daha çox effekt verməsi nəzərə alınma-
lıdır;
inkişaf proqramlarında yaşlıların təhsili ilə əlaqədar tədbirlər
nəzərdə tutulmalı, yaşlıların təhsili milli-regional sosial-iqtisadi in-
kişaf və təhsil proqramlarında nəzərdə tutulmuş məqsədlərə müva-
fiq olaraq istiqamətləndirilməli və koordinasiya edilməlidir;
332
yaşlıların təhsili ilə məşğul olan dövlət və qeyri dövlət təhsil
müəssisələrinə, təşkilatlara, cəmiyyətlərə müəyyən güzəştlər tətbiq
edilməlidir.
Yaşlıların təhsilinin təşkilində əhəmiyyətli məsələlərdən biri
də məzmunun müəyyənləşdirilməsidir. Belə ki, yaşlıların təhsili
prosesində məzmun konkret vəziyyətə, şəraitə uyğun olaraq müəy-
yənləşdirilməli, cəmiyyətin və şəxsin (fərdin) inkişafına xidmət
etməli, tutduğu vəzifəsindən və fəaliyyət dairəsindən asılı olmaya-
raq hər bir insanın ömür boyu təhsilinin (biliyinin) artırılmasına yö-
nəlməli, əmək fəaliyyətinə təsir etməli, yaşlı insanları aktivləşdir-
məli, onları daha vacib və çevik qərarlar qəbul etməyə stimullaşdır-
malıdır. Yaşlıların təhsili iqtisadi inkişafla əlaqələndirilməli, inkişaf
proseslərini sürətləndirməlidir.
Fərdin hər hansı təhsil pilləsində, həmçinin fərdi və praktik
yolla təhsil almasından asılı olmayaraq, onun bilikləri daim artırıl-
malı, texniki və peşəkar kvalifikasiya səviyyəsi yüksəldilməli, yeni
bacarıqlar formalaşdırılmalıdır ki, o, müstəqil fəaliyyətini təmin edə
bilsin. Bu baxımdan yaşlıların təhsili yalnız təhsil prosesi ilə məh-
dudlaşdırılmamalı, ömür boyu həyata keçirilməli, əldə edilmiş yeni
bilik və vərdişlər daim inkişaf etdirilməklə şəxsiyyətin hərtərəfli in-
kişafına və fəaliyyətinə imkan yaradılmalıdır. Odur ki, yaşlıların
təhsilinə fasiləsiz təhsil sisteminin mühüm tərkib hissəsi, gənclə-
rin və bütün yaşlı insanların iştirak etdiyi təhsil prosesi kimi baxıl-
malıdır.
Yaşlıların təhsili dövlət və qeyri-dövlət, formal və qeyri-for-
mal, informal təhsil sahələrini əhatə etməklə ciddi diqqət tələb edir.
Bu istiqamətdə bütün qurumların, qeyri-hökumət təşkilatlarının səy-
lərinin birləşdirilməsi zəruri məsələlərdəndir.
***
Pedaqoji ədəbiyyatda “kompetensıya”, “səriştə” və “səlahiyyət”
sözlərinin işlədilməsində müəyyən yanlışlığa yol verilməsi ilə rastlaşırıq.
“Competence” sözü “to compete” felindən əmələ gəlmiş, "yarışmaq" mə-
nasını verir, daha dəqiq desək, “yarışmaq bacarığı” kimi tərcümə olunur.
Həmçinin rus dilində “kompetentnıy” sifəti Azərbaycan dilinə 1) “bi-
likli”, “səriştəli”, 2) “səlahiyyətli” sözləri kimi tərcümə olunur. Tərcümə
nəticəsində müəyyən olunan sözlərin məna yüklərinin müxtəlifliyinin
Dostları ilə paylaş: |