|
Annotasiya
339
yüksəldilməsini və onun aktuallığını əmək bazarında daim artan tə-
ləblərin, çox böyük sürətlə dəyişən texnoloji yanaşmaların, eyni zamanda
akademik və əmək mobilliyinin yüksəlməsi ilə də şərtləndiyini qəbul etmək
lazımdır. Hazırda təhsildə kompetensiyalı yanaşma təlim-tərbiyə prose-
sinin keyfiyyətinin yüksəldilməsi vasitəsi olub, dünya təhsil sferasında
təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri
kimi qiymətləndirilir. Təhsil prosesini innovatik proses kimi təcəssüm
etdirən səriştəli yanaşma inkişaf etmiş ölkələrin əksəriyyəti tərəfindən
qəbul edilmiş, təhsil standartlarının ümumi konsepsiyasına uyğun, təhsilin
məzmununun layihələndirilməsi və onun keyfiyyətinə nəzarət sisteminə
keçidlə bağlı olan məsələləri sistemli həll etməyə imkan verir. Kompeten-
siyalı yanaşma modelinin müxtəlif komponentləri (məntiqi, funksional,
məna (semantik), texnoloji) arasındakı qarşılıqlı əlaqələrin xarakterik
xüsusiyyətlərinin nəzərə alınması onun səmərəliliyini müəyyən edir.
Kompetensiyalı (səriştəli) yanaşmaya yönəlmiş təhsil Amerikada
keçən əsrin yetmişinci illərindən formalaşmağa başlamışdır. 1984-cü ildə
C.Ravenin (London) "Müasir cəmiyyətdə səriştəlilik" əsərində birinci
dəfə səriştəliliyin psixoloji təbiətinə, ayrı-ayrı insanlarda müxtəlif yaş
dövrlərində onun formalaşma problemlərinə münasibət bildirilmişdir.
C.Ravenin modelinə əsasən səriştəliliyin müxtəlif növləri fərqli
situasiyalarda müəyyən səriştəliliyin komponenti kimi və tərsinə çıxış
edə
bilər. Səriştəliliyin bu komponentləri koqnitiv (məqsədə çatmaq yolunda
əngəllərin aradan qaldırılması), affektiv (məqsədə yönələn işdən zövq
alma) və iradi (inadkarlıq, qətiyyət, əzm) kimi hissələrə bölünür. Polşa
alimləri belə qənaətə gəlmişlər ki, müxtəlif səviyyələrdə fəaliyyət gös-
tərən insanlarda səriştəliliyin inkişafi yaş dövrü ilə əlaqələndirilməlidir.
Şəxsiyyətin həyat boyu optimal inkişafı, onun aktiv genişlənməsi və
müxtəlif həyati bacarıqların əldə olunması, onlarda zamandan asılı
olaraq müxtəlif növ səriştəliliyin formalaşmasına əsaslanır.
Elmi-pedaqoji mənbələrdən məlum olur ki, müxtəlif ölkələrdə təhsil
sisteminin əsas məqsədi öyrənənlərdə müxtəlif kompetensiyaların inkişaf
etdirilməsinə yönəldilmişdir. Azərbaycan təhsil sistemi də bu baxımdan
istisnalıq təşkili etmir.
Sözügedən kompetensiyalara aşağıdakıları aid etmək olar:
-
strateji – gələcəyə dair bacarıqların inkişaf etdirilməsi ilə bağlı;
-
sosial-kommunikativ-əməkdaşhq bacarıqlarının, tənqidin və
əks-əlaqənin qəbul olunması ilə bağlı;
-
normativ-mədəni-peşəkar münasibətlərin motivasiyası və
nəticəyə çatmağa hazır olmaqla bağlı;
-
şəxsiyyətin özünüreallaşdırma bacarığı ilə bağlı;
340
-
sosial yönümlü bacarıqlarla bağlı;
-
müəyyən fəaliyyət sferası ilə bağlı;
-
yaradıcılıq yönümlü qabiliyyətlərin inkişafı ilə bağlı.
Səriştəli yanaşma modelinin əsaslandığı fundamental ideyalara
öyrənənlərlə bağlı aşağıdakı əsas prinsipləri daxil etmək mümkündür:
•
öyrənənlərin dərketmə, qavrama maraqlarına istiqamətlənmə.
Səriştəli yanaşma modelinin əsasında yaradıcılıqla bağlı proses durdu-
ğundan və yaradıcılığı xarici tezislərlə birbaşa bağlamaq mümkün olma-
dığından, o yalnız daxili tələbat, yəni səmərəli dərketmə əsasında forma-
laşa bilər;
•
sərbəst seçim və şəxsi təlimə məsuliyyət. Yalnız bu halda təhsil
şəxsiyyətin şəxsi məqsədlərinə adekvat ola bilər;
•
biliklərin onun verilmə metodları ilə birgə mənimsənilməsi.
Müəyyən informasiyanın qəbul olunması ilə yanaşı, yeni biliklərin alınma
qaydalarını (yollarını, metodlarını) da mənimsəmək əhəmiyyətlidir;
•
informasiyaların sərbəst axtarılması ümumi bacarıqların for-
malaşmasının əsasını təşkil edir. Müasir təhsilin əsas məsələsi, yəni bilik-
lər sisteminin səmərəli mənimsənilməsinin inkişafı üçün tələb olunan bilik
və bacarıqların onların özü tərəfindən sərbəst əldə olunması istiqamətində
yönəldilmişdir. Yalnız bunun əsasında qazanılmış biliklər, öyrənənin
dünyanı yaradıcılıqla dərk etməsi üçün onun əsas alətinə çevrilə bilir. Bu
halda öyrənən sadəcə olaraq mühüm informasiyadan istifadə etmir, özü
yeni bilik və məlumat sistemini yaradır, səmərəli və reproduktiv təlim
metodlarını əlaqələndirir.
Araşdırmalar göstərir ki, kompetensiyalı yanaşmada öyrənənlərin
yaradıcılıq qabiliyyətinin inkişafı üçün onlar tədqiq olunan prosesə dair
xüsusi bilik, bacarıq və vərdişlərə yiyələnməlidirlər. Bunları aşağıdakı
kimi qruplaşdırmaq lazımdır:
-
problemin dərk olunması;
-
sualları qoyma bacarığı;
-
hipotezanın irəli sürülməsi ilə bağlı bacarıqlar;
-
təsnifatlaşdırma (siniflərə, şöbələrə, dərəcələrə ayırma sistemi)
bacarığı;
-
təcrübələrin aparılması;
-
nəticəçıxarma və yekunlaşdırma bacarığı;
-
öyrənilən materialın strukturlaşdırılmasına dair bacarıqlar;
-
öz fikrini, ideyasını izah, isbat və müdafiə etmək bacarığı.
Təhsilşünaslar səriştəliliyin müxtəlif növlərini aşağıdakı kimi qrup-
laşdırmağın məqsədəmüvafiq olduğunu müəyyənləşdirmişlər:
Dostları ilə paylaş: |
|
|