Annotasiya


 Şagirdlərin praktik fəaliyyətinin təmin olunması



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə129/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   236

 

379 


2. Şagirdlərin praktik fəaliyyətinin təmin olunması. İş dəf-

tərində dərslikdəki məlumatları anlamaq, təhlil və tətbiq etmək, də-

yərləndirmək üçün praktik materiallar verilir. Əsasən aşağıdakı tip-

dən  olan  praktik  materiallara  üstün  yer  ayrılması  məqsədəmüvafiq 

hesab edilir: 

- çalışma və tapşırıqlar; 

- istiqamətləndirici suallar; 

- ev tapşırıqları. 

Yuxarıda  sadalanan  praktik  materiallar  dərslikdə  özünə  yer 

alan təlim materiallarına uyğun tərtib olunmaqla yanaşı, həm də şa-

girdlərin  psixologiyasına  uyğun  qurulur.  Onların  meyil  və  maraq-

ları, ən başlıcası, tələbatları nəzərə alınır. 

Məlum  olduğu  kimi,  dərsliklərdə  biliklərin  mənimsədilməsi, 

müvafiq  anlayışların  formalaşdırılması  və  tətbiqolunma  mənimsə-

mənin məntiqində başlıca mərhələlər hesab edilir. Bu təlim prosesi-

nin informasiya ilə başlayan və qavrama mərhələsində tamamlanan 

məntiqindən irəli gəlir. 

Dərslikləri tamamlayan iş dəftərlərindəki çalışma və tapşırıq-

lar müvafiq anlayışların mənimsənilməsinə xidmət göstərməklə ya-

naşı,  həm  də  şagirdlərdə  məntiqi  təfəkkürün,  yaradıcı  təfəkkürün, 

eləcə də dəyərlərin (səriştələrin) formalaşmasına imkan yaradır. Bu 

iş dəftərində işləməklə şagirdlər həm sinif şəraitində, həm də evdə 

müstəqil  olaraq  fəaliyyət  göstərə,  qazandıqları  bacarıqları  inkişaf 

etdirə, daha da möhkəmləndirə bilərlər. 

Dərsliklərdə  əks  olunan  sistemin  reallaşdırılması  müəyyən 

olunmuş strategiyalardan çox asılıdır. Adətən, müəllimlər bu strate-

giyalara  əsasən  fəaliyyət  göstərirlər.  Ona  görə  də  uzun  illər  yara-

dılmış məzmun üzrə məqsədyönlü iş qurmaq üçün müəllimlərə mü-

vafiq  metodik  istiqamətin  verilməsi  zəruri  hesab  olunaraq  müxtəlif 

mənbələr  hazırlanmışdır.  Həmin  mənbələrin  yaradılmasında  peda-

qoji, psixoloji, fizioloji araşdırmalara istinad olunmuşdur. 

Dərslik  komplektinin  hazırlanmasında  təlim  nəticələrinə  nail 

olunması  üçün  potensial  imkanların  yaradılması  xüsusi  strateji  xətt 

kimi nəzərdə tutulur. Bunun üçün ilk növbədə, ayrıca müəllim üçün 

metodik vəsait hazırlanaraq istifadəyə verilir . 



 

380 


Metodik vəsaitin hazırlanması zamanı başlıca olaraq aşağıda-

kı funksiyaların reallaşdırılması vacib tələblər kimi qarşıya qoyulur: 

- qabaqlayıcı materialların olması; 

- mövzuların tədrisi texnologiyalarının əhatə edilməsi; 

- yardımçı materialların verilməsi. 

Metodik vəsaitin ilk hissəsində qabaqlayıcı materiallar verilir.  

Bu zaman aşağıdakıların əhatə olunması zəruri hesab edilir: 

- fənn üzrə məzmun strategiyalarının reallaşma cədvəli; 

- illik və gündəlik planlaşdırma nümunələri; 

- inteqrasiyaya aid tövsiyələr. 

Məzmun  standartları  mahiyyət  etibarı  ilə  fənnin  təlimi  məz-

mununu  ifadə  edir.  Orada  minimum  hədd,  səviyyə  öz  əksini  tapır. 

Dərslik hazırlanarkən həmin standartların onun  vahidlərində-bölmə 

və  paraqraflarda  reallaşdırılmasına  diqqət  yetirilir.  Dərsliyin  peda-

qoji sirrinə çevrilən bu xüsusiyyəti müəllimin diqqətinə daha qaba-

rıq çatdırmaq üçün metodik vəsaitdə xüsusi cədvəl verilir. 

Metodik  vəsaitdə  illik  və  gündəlik  planların  nümunələrinin 

verilməsi də qabaqlayıcı material kimi əhəmiyyət daşıyır, müəllimin 

məqsədyönlü fəaliyyətini təmin edir, onun düzgün strateji xətt üzrə 

irəliləyişlərə nail olmasına imkan yaradır. Metodik vəsaitə daxil edi-

lən  dərs  planı  nümunəsi  də  müəllim  və  şagird  fəaliyyətini  daha 

konstruktiv və modern formada təmsil edə bilmək baxımından əhə-

miyyət  daşıyır.  Şagirdlərdə  fəallığın,  həyati  bacarıqların  formalaş-

masına  imkan  yarada  bilməsinə  və  qeyri-standart  məzmuna,  struk-

tura  malik  olmasına  görə  ənənəvi  nümunələrdən  seçilir.  Mövzu, 

məqsəd,  gözlənilən  təlim  nəticəsi,  inteqrasiya,  inklüzivlik,  strategi-

yalar və resursların əvvəlcədən müəyyən olunması mühüm şərt kimi 

qarşıya qoyulur. 

Kitabda inteqrasiya cədvəlinin verilməsi də vacib bilinmişdir. 

Bu,  ilk  növbədə,  müəyyən  olunmuş  məzmun  standartlarının  hansı 

parametrlərlə  və  necə  reallaşdırıldığını  göstərir.  İnteqrasiya  cədvəli 

mövzu, fəndaxili və fənlərarası əlaqə inkanını əks etdirir. Orada hər 

bir  mövzuya  aid  tədris  vahidi,  dərs,  konkret  səhifə  göstərilməklə 

fəndaxili,  uyğun  fənn,  ona  aid  standart  qeyd  olunmaqla  fənlərarası 

inteqrasiya üçün potensial şərait daha qabarıq formada ifadə olunur. 



 

381 


Tədris  vahidləri, eləcə də dərsliyin ayrı-ayrı hissələri arasında olan 

sıx əlaqə konkret və aydın şəkildə verilir. 

Mövzuların  tədrisi  texnologiyası  müəllimlər  üçün  vəsaitin 

əsas hissəsini təşkil edir. Orada tədris vahidlərinə daxil olan hər bir 

paraqrafın  öyrədilməsi  texnologiyasının  təsviri  verilir.  Mövzuların 

tədrisi texnologiyası dedikdə, görüləcək işin istiqamətləri, mərhələ-

ləri, istifadə olunacaq üsul və vasitələr, gözlənilən nəticələr başa dü-

şülür. Bu elementlərdən uyğun gələnlərinin əlaqələndirilməsi xüsusi 

texnoloji  kompleks  əmələ  gətirir  və  ondan  dərsin  məqsəd  və  məz-

mununa uyğun olaraq istifadə edilir. Həmin texnologiyaların müəy-

yən olunmasında şagirdlərin yaş xüsusiyyətləri, meyil və maraqları, 

mövcud resurslar nəzərə alınır. 

Metodik vasitə müəllim və şagirdlər üçün əlavə oxu mənbələ-

rinin  siyahısı  daxil  edilir.  Hər  tədris  vahidindən  sonra  mövzu  ilə 

bağlı uyğun mənbələr verilir. Müəllimlər üçün metodik vəsaitlərin, 

problemlə bağlı son tədqiqat əsərlərinin, KİV-dən məqsədəmüvafiq 

məqalələrin,  uyğun  multimedia  materiallarının,  internet  saytlarının 

adı, ünvanı göstərilir. Şagirdlər üçün isə müvafiq uşaq ədəbiyyatının 

siyahısı,  uşaq  qəzet  və  jurnalları, internet  materiallarının  dəqiq  ko-

ordinatları verilir. 

Metodik  vasitə  fənlərin  xüsusiyyətlərindən  asılı  olaraq  müx-

təlif  lüğət,  cədvəl,  şəkil  və  sairin  daxil  edilməsi  də  faydalı  bilinir. 

Bu  zaman  onların  didaktik  əhəmiyyəti  əsas  götürülür,  istifadə  im-

kanları nəzərə alınır. Müəllimə yardımçı olması, onların tədqiqatçı-

lıq  fəaliyyətini  düzgün  məcraya  istiqamətləndirə  bilməsi  diqqət 

mərkəzində saxlanılır. 

 

*** 


 

Müstəqillik  illərində  dərslik  hazırlığı  sahəsindəki  fəaliyyəti  şərti 

olaraq üç mərhələyə ayırmaq olar. 

1992-1998-ci  illəri  əhatə  edən  I  mərhələ  daha  çox  latın  qrafikalı 

əlifbaya keçid, dövrün siyasi ab-havasına uyğun çətinliklər və bundan irə-

li gələn sistemsizliyin aradan qaldırılması ilə müşayiət olunur. Bu mərhə-

lədə  respublikada  siyasi-iqtisadi  sabitlik  formalaşdıqca  ümumtəhsil  mək-

təb  dərsliklərinin  məzmunca  yeniləşdirilməsi  istiqamətində  müəyyən  işlər 

görülmüşdür.  Lakin  ölkənin  mövcud  iqtisadi-maliyyə  vəziyyəti  nəzərə 


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə