Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə132/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   236

 

386 


Digər mühüm məsələ yeni dərsliklərin komplekt şəklində nəşr edil-

məsi idi. Bunun əhəmiyyəti ondan ibarətdir ki, müəllim üçün vəsait (bu, 

komplektə  daxil  edilmişdir)  şagirdlərin  təlim  marağını  gücləndirir, 

onları  axtarışlara,  yeni  məlumatlar  əldə  etməyə  sövq  edir,  məntiqi  və 

yaradıcı  təfəkkürü  inkişaf  etdirir,  tətbiqi  xarakter  daşımaqla  zəruri 

həyati  bacarıqların  formalaşdırılmasına  zəmin  yaradır,  fəndaxili  və 

fənlərarası  inteqrasiya  imkanlarını  genişləndirir,  fəal  təlim  şəraitinin 

yaradılmasını  tələb  edir,  şagirdlərin  fərqli  idrakı  imkanlarının  nəzərə 

alınmasına şərait yaradır. Dərslik komplektlərinin müsabiqə qaydasında 

hazırlanması  təqdirəlayiq  iş  formasıdır.  Dünya  təcrübəsində  tətbiq 

olunan  mexanizmlərin  dərslik  yaradıcılığı  sahəsində  fəaliyyətin  əsasına 

qoyulması  uğurlu  nəticələri  şərtləndirən  amillərdən  hesab  edilməlidir. 

İnanmaq  olar  ki,  yeni  kurikulumlar  əsasında  yazılan,  müəyyən  edilmiş 

məzmun  standartlarının  reallaşdırılmasını  ehtiva  edən  ilk  təcrübələr 

getdikcə  cilalanacaq  və  zənginləşəcək,  ümumi  işə  daha  dəyərli  fayda 

gətirəcəkdir. 

 

 



*** 

 

Şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  konsepsiyası  barədə. 

Ümumi təhsilin məzmununun yeniləşdirilməsi, şagird nailiyyətlərinin qiy-

mətləndirilməsi sahəsində də yeni mexanizmlərin tətbiqini zəruri etmişdir. 

Azərbaycanda  “qiymətləndirmə”  dedikdə,  bəziləri  bunu  təhsil-

alanın təlim nəticələrinə aid olan məsələ kimi qəbul edirlər. Lakin dünya 

təcrübəsində  təhsilalanın  biliyinə  verilən  qiymət  həm  də  müəllimlərin  və 

məktəbin  fəaliyyətinə,  valideynin  təhsilə  münasibətinə,  məktəb  rəhbərlə-

rinin peşəkarlıq səviyyəsinə verilən qiymət kimi qəbul edilir. Belə düşüncə 

sovet  dövründən  qalmış  qiymətləndirmə  qaydalarından  və  Azərbaycanda 

qiymətləndirmə  üzrə  yeni  konsepsiyanın  olmamasından  irəli  gəlir. 

Ənənəvi qiymətləndirmə məzmunun tərkib hissəsi sayılmadığından, həmi-

şə müəllimin subyektiv mülahizələrinə əsaslanırdı, şagirdlərdə təlimə ma-

rağı  artırmaq  əvəzinə,  əksinə  azaldır,  onların  inkişafını  sistemli  şəkildə 

izləməyə  imkan  vermirdi  və  bu  da,  bir  qayda  olaraq,  şagirdləri  qiymət 

almaq xatirinə oxumağa sövq edirdi. 

Azərbaycanda 5 ballıq qiymətləndirmə şkalasından 9 ballıq şkalaya 

keçidlə  əlaqədar  bəzi  regionlarda  eksperimentlər  aparılmışdır.  Nəticə 

göstərmişdir ki, bal sistemindən asılı olmayaraq, tətbiq edilən qiymətlən-

dirmə  sistemi  şagirdlərin  inkişafını  sistemli  şəkildə  izləməyə  imkan  ver-

mir,  şagirdin  nailiyyəti  keyfiyyət  baxımından  deyil,  kəmiyyət  baxımından 


 

387 


qiymətləndirilir.  Nəticədə  şagirddə  özünün  səviyyəsi  barədə  dolğun  fikir 

formalaşmır.  Eyni  zamanda  qiymətləndirmənin  yalnız  məktəbdaxili  for-

masının  həyata  keçirilməsi,  milli  və  beynəlxalq  qiymətləndirmənin  tətbiq 

edilməməsi,  məktəblərarası  müqayisəyə,  milli  səviyyədə  təhlillərə  imkan 

vermirdi və respublikada təhsilin keyfiyyəti barədə etibarlı informasiyanın 

əldə olunması mümkün olmurdu. 

“Şagird  nailiyyətlərinin  qiymətləndirilməsi”  pedaqoji  anlayış  kimi 

təhsil  leksikonuna  yaxın  illərdə  daxil  olmuşdur.  Uzun  müddət  pedaqoji 

aləmdə  “şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərinin  qiymətləndirilməsi” 

anlayışı  işlədilmişdir.  Bununla  belə,  qiymətləndirmə  dedikdə,  bir  qayda 

olaraq, şagirdlərin gündəlik (cari) qiymətləndirilməsi başa düşülmüşdür. 

Belə qiymətləndirmə növü isə mahiyyət etibarı ilə heç bir əhəmiyyət  kəsb 

etmir.  Şagird,  məsələn,  kimya  fənnindən  dərs  ilinin  yarısında  iki  dəfə 

qiymət  almış  və  onun  yarımillik  qiyməti  həmin  iki  qiymətin  əsasında 

çıxarılmışdır. Halbuki yarım il ərzində kimyadan xeyli mövzu keçilir. Belə 

çıxır  ki,  bütövlükdə  yarımillik  mövzuların  şagird  tərəfindən  öyrənilib 

mənimsənilməsi vəziyyəti müəyyən olunmamış qalır. 

Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və əhatəli pro-

sesdir. Bu proses, sadəcə, şagirdin nail olduğu təlim nəticələrinin səviyyə-

sini  müəyyənləşdirməyə  deyil,  bütövlükdə  təhsilin  keyfiyyətinin  yüksəl-

dilməsinə  xidmət  edir.  Başqa  sözlə,  qiymətləndirmə  keyfiyyəti  idarə  edən 

mühüm bir amil kimi meydana çıxır. 

Davamlı  və  dinamik  xarakter  daşıyan  şagird  nailiyyətlərinin  qiy-

mətləndirilməsi  prosesində  şagirdlərin  fəaliyyətlərinin  daim  nəzarətdə 

saxlanması, onların irəliləyişlərinin, yaxud geriləmələrinin izlənilməsi və 

bu məqsədlə monitorinqlərin aparılması ciddi tələb kimi qarşıya qoyulur. 

Məhz  həmin  monitorinqlərin  nəticələri  təlim  prosesinin  optimal  qurul-

ması,  müəllimlərin  işinin  təkmilləşdirilməsi,  habelə  kurikulumlarda  və 

dərsliklərdə zəruri dəyişikliklərin olması haqqında müvafiq qərarlar qəbul 

etməyə imkan verir. 

Yeni  fənn  kurikulumlarında  məzmun  standartları  ilə  yanaşı,  qiy-

mətləndirmə  standartları  da  öz  əksini  tapmışdır.  Həmin  standartlar 

məzmun standartlarında ifadə edilmiş təlim nəticələrinə şagirdlərin hansı 

səviyyədə  nail  olmalarını  qiymətləndirməyə  xidmət  edir.  Bununla  əlaqə-

dar dünya təcrübəsinə uyğun surətdə qiymətləndirmənin 4 səviyyədə apa-

rılması  təklif  edilmişdir.  1  və  2-ci  səviyyələr  əksər  şagirdlər,  3  və  4-cü 

səviyyələr  isə  müvafiq  olaraq  istedadlı  və  daha  istedadlı  şagirdlər  üçün 

nəzərdə tutulur. 

Bununla  belə,  etiraf  etmək  lazımdır  ki,  məzmun  standartlarının  re-

allaşdırılma səviyyəsini əks etdirən bu cür qiymətləndirmə standartlarının 


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə