Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə158/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   236

 

462 


Effektli sayılan prosesdə qarşıya qoyulan məqsəddən asılı ola-

raq  biliklərin  mənimsənilməsinin  müxtəlif  səviyyələrinə  nail  ol-



maq  mümkündür:  a)  qavrama,  anlama  və  dərketmə  səviy-

yəsində;  b)  nümunə  üzrə  biliklərin  tətbiqi  səviyyəsində;  c) yeni 

situasiyada biliklərin tətbiqi səviyyəsində; ç) yeni biliklərin əldə 

olunması  səviyyəsində.  Bu  sonuncu  mənimsəmə  səviyyəsi  məhz 

şagirdlərin problemli öyrənmə fəaliyyətini ön plana çəkən altsistem 

üçün xarakterikdir. 

Yeri  gəlmişkən  vurğulayaq  ki,  əgər  təlim  materialının  məz-

mununa  daxil  edilən  yeni  bilik  elementlərinin  istinad  olunan  bilik-

lərə nisbəti yüksək əmsala malikdirsə, elementlərin bağlılığı kifayət 

qədərdirsə, onda belə bir altsistemə üstünlük verilməsi zəruridir və 

faydalıdır. Bu hala biganə qalmaq şagirdləri cisim və hadisələrin ya-

radıcılıqla  müstəqil  mənimsənilməsi  kimi  mühüm  keyfiyyətlərdən 

məhrum etmək deməkdir. 

Bu altsistemdə şagirdin biliklər sisteminə yeni informasiyanın 

daxil edilməsi ilə bağlı əqli fəaliyyəti özündə yeninin dərkinə tələ-



batın yaranmasını, problemin formulə olunmasını, yeninin kəş-

fini, həllin yoxlanılmasını ehtiva edir. 

Qeyd olunmalıdır ki, şagirdlərin analitik və evristik fəaliyyəti 

zamanı  mərhələlərin  əhatə  olunması  bir  çox  faktorlardan  asılı-

dır. Biz aşağıdakıları xüsusi olaraq fərqləndiririk: 

1.

 



Problemliliyin səviyyəsindən; 

2.

 



Şagirdlərin müstəqillik dərəcəsindən; 

3.

 



Müəllimin nəzəri və praktik hazırlığından. 

Təlimdə  problemliliyin  dərəcəsinin  və  ya  səviyyəsinin  iki 

əsas  əlamətlə  müəyyənləşdiyini  təcrübədən  görmək  çətin  deyil-

dir.  Bunlardan  biri  şagirdə  təqdim  olunan,  yerinə  yetirilməsi 

ondan  tələb  edilən  tapşırığın,  çalışma,  məsələ  və  sualların  mü-

rəkkəblik  dərəcəsi,  digəri  isə  prosesdə  əhatə  olunan  mərhələ-

lərin  tamlıq  dərəcəsidir.  Problemin  sözlə  ifadəsi,  yeni  bilik, 

bacarığın  məzmunu  və  fəaliyyət  üsullarının  xarakteri  tapşırıqların 

mürəkkəblik əlamətini xarakterizə edir. İ.Y.Lernerin fikrincə, idrak 

məsələlərinin  mürəkkəblik  dərəcəsi  üç  daxili  amildən  asılıdır. 

Bu  amillər  aşağıdakılardır:  a)  həll  prosesində  iştirak  edən  şərt  və 




 

463 


verilənlərin  sayından;  b)  həll  prosesinin  malik  olduğu  addımların 

miqdarından; c) alınmış nəticələrin həcmindən. 

Xüsusiyyətləri  barədə  ümumiləşmələr  verdiyimiz  bu  altsis-

temin mərhələlərinin tamlıq  dərəcəsi iki amillə şərtlənir: a) təlim 

materialının məzmunu; b) idrak prosesinin bu və ya digər mərhələ-

lərinin  (problemli  vəziyyət,  problemin  qoyuluşu,  hipoteza  irəli  sü-

rülməsi,  isbat,  həllin  yoxlanılması)  mövcudluğu  və  ya  mövcud  ol-

maması. Şagirdlərin müstəqilliyinin dərəcəsi problemlilik səviyyəsi 

ilə  bağlıdır.  Lakin  müstəqillik  dərəcəsinin  özü  digər  amillərlə, 

xüsusən də problem həlli ilə bağlı əvvəlcədən əldə olunmuş üsulları 

yeni  tədris  və  həyat  situasiyasına  tətbiq  etmək,  təlim  probleminin 

həllinin yeni üsullarını tapmaq və şagirdin verilənləri təhlil etməklə 

ümumiləşdirmə bacarığı əsasında müəyyən olunur. 

Problemlilik  səviyyəsi,  idrak  müstəqilliyinin  dərəcəsi  və 

mənimsəmə  səviyyəsi  qarşılıqlı  asılı  olan  kateqoriyalardır. 

Problemlilik  səviyyəsi  idrak  müstəqilliyi  üçün  şərt  və  stimul  kimi 

çıxış  edir,  həm  də  o,  öz  növbəsində  bilik  və  fəaliyyət  üsullarının 

mənimsənilmə  səviyyəsini  müəyyən  edir.  Biz  şagird  fəaliyyətinin 

xarakteri  və  mərhələlərin  tamlıq  dərəcəsi  əsasında  problemliliyin 

aşağıda öz əksini tapan beş səviyyəyə ayrılmasına tərəfdarıq: 

1. Müəllimin metodik işindən asılı olmadan problemli vəziy-

yətin yaradılması ilə; 

2. Yaranmış vəziyyətdən istifadə olunması,  yaxud da müəlli-

min problemli vəziyyəti özü yaratması və şagirdlərin diqqətini prob-

lemə yönəltməsi ilə; 

3. Müəllimin problemli vəziyyət yaratması, onun həll yolları-

nın və həllinin şagirdlər tərəfindən axtarışı prosesini idarə etməsi ilə; 

4. Yaranmış problemli vəziyyətdə problemin müəllim tərəfin-

dən  formulə  olunması  və  şagirdlərin  tam  müstəqilliklə  onu  həll  et-

məsi ilə; 

5. Şagirdin müstəqil olaraq problem irəli sürməsi və onu həll 

etməsi ilə. 

Burada  vurğulayaq  ki,  problemliliyin  qeyd  etdiyimiz  ilk  iki 

səviyyəsi  həm  də  biliyin,  fəaliyyət  üsullarının  əsasən  hazır  ötürül-

məsini  ön  plana  çəkən  altsistem  üçün  xarakterikdir.  Birinci  səviy-

yədə  problemlilik  şagirdlərin  qarşılaşdığı  çətinliklə  əlaqədar  olaraq 




 

464 


onlar tərəfindən verilmiş suallara müəllimin cavabı əsasında aradan 

qaldırılır. İkinci səviyyədə isə problemi müəllim özü həll edir. Hər 

iki  halda  şagird  yeninin  əldə  olunması  istiqamətində  fəaliyyətində 

müəllimin məntiqinin müşahidəçisi olur. 

Şagirdlərdə  təəccüb,  maraq,  istək  və  s.  yaradan  metodik  pri-

yomlar  da aktivləşdirmənin  zəruri  vasitələrindəndir.  Şagirdin  hissi-

emosional psixi fəaliyyət sferası onlarda aktiv fəaliyyət üçün şərait 

yaradır,  bu  fəaliyyəti  motivləşdirir.  Lakin  motivləşdirmənin  əhə-

miyyətini azaltmadan qeyd etmək lazımdır ki, problem əqli fəaliy-

yətin ali dərəcəsini determinə edir. Biz “şagirdin icraetmə, repro-

duktiv mənimsəmə fəaliyyəti müəllim tərəfindən istiqamətləndirilir 

və ona nəzarət olunur, şagirdin yaradıcı öyrənmə fəaliyyətinin gedi-

şində isə bir çox məsələlər idarə olunmazdır”, - fikrinin əleyhinəyik. 

Şagirdin  yaradıcı  öyrənmə  fəaliyyəti  idarəolunan  prosesdir  və  onu 

təlim  texnologiyalarının  tətbiqi,  imkan  daşıyıcılarının  funksiyaları-

nın səmərəliliyini artırmaqla effektli şəkildə həyata keçirmək müm-

kündür. 


Evristik  fəaliyyətin  əsas  mərhələlərindən  biri  problem 

situasiyasının  yaradılmasıdır. Problem situasiyası  şagirdlərin əqli 

fəaliyyətinin  aktivləşdirilməsi  və  yeni  biliklərin  mənimsənilməsi 

prosesinin  idarəolunması  vasitələrindəndir.  O  əqli  fəaliyyət  üçün 

xarakterik  olan  bütün  məntiqlərin,  o  cümlədən  alqoritmik  və  ev-

ristik  məntiqlərin  yerini  müəyyənləşdirməkdə  əsas  rol  oynayır.  Elə 

bu səbəblərə görə də, təlim prosesində problem situasiyasının necə 

yaranması  məsələsinin  tədqiqi  nəzəri  və  praktik  cəhətdən  çox 

faydalıdır. 

Əsas mahiyyətinə görə təfəkkürün yalnız yeni məqsədlər olan, 

fəaliyyətin köhnə, əvvəlki üsul və vasitələrinin azlıq etdiyi yerdə la-

zım  gəldiyi  məlumdur.  Belə  şəraitin  mövcudluğu  problemli  vəziy-

yət  deməkdir.  Bu  vəziyyətin  əsasında  dialektik  ziddiyyət  durur. 

Dərk  olunmuş  ziddiyyət  yalnız  analitik  və  ya  evristik  fəaliyyət 

nəticəsində aradan götürülə bilər. 

Təlim prosesində problemli vəziyyət istənilən halda yaranmır. 

Bu o zaman mümkün olur ki, təlim materialı xüsusi şəkildə forma-

laşdırılsın.  Təlim  materialını  mənimsətmək  məqsədilə  fəaliyyətə 

qoşulmuş  şagird  görə  bilməlidir  ki,  yeni  informasiya  onun  keçmiş 




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə