453
- şagirdlərin idrak müstəqilliyinin və yaradıcı qabiliyyət-
lərinin inkişafına təsir göstərmək funksiyasını;
- məktəblilərin dialektik təfəkkürünün formalaşdırılması funk-
siyasını;
- mənimsənilmiş biliklərin yeni situasiyada tətbiqinin əsasında
duran yaradıcı bacarıq və vərdişlərin formalaşdırılması funksiyasını;
- elmi tədqiqatın metodlarını əldə etmək və onlardan fayda-
lanmaq üçün yaradıcı fəaliyyət, bacarıq və vərdişlərin formalaşdı-
rılması funksiyasını.
Lakin deyilənlərdən səhv nəticə çıxararaq bu altsistemə etina-
sız da yanaşmaq olmaz. Əgər təlim materialının məzmununda öyrə-
niləcək anlayış və hadisələr ikinci dərəcəli (köməkçi) xarakterə ma-
likdirsə, yeni biliklərin əldə olunması üçün istinad biliklərinin miq-
darı kifayət deyildirsə, aktuallaşdırılmalı əlaqələr çətin və abstrakt
olmaqla çoxluq təşkil edirsə, faktiki material böyük miqdardadırsa,
onda belə bir altsistemdən necə istifadə etməmək olar?!
Bəşərin bilikləri və fəaliyyət üsullarını əldə etməsi təcrübəsi,
şagirdin psixi proseslərinin inkişaf xüsusiyyətləri bu altsistemə tə-
lim prosesində yer verilməsini, təhsilin ilk iki səviyyəsinə uyğun və-
zifələrin həllində bundan istifadə etməyin qaçılmazlığını təsdiq edir.
İnkar olunmazdır ki, hafizədə biliklərin böyük bir qismi məhz bu
yolla əldə oluna bilər. Nəhayət, təlim sistemində biliklərin və fəaliy-
yət üsullarının reproduktiv fəaliyyətin (şagirdin) nəticəsi kimi veril-
məsini özündə ehtiva edən altsistemin mövcudluğunu biliklərin st-
rukturu şərtləndirir. Biz bu mülahizəni söyləyərkən təlim materialı-
na daxil olan biliklərin üç qrupda birləşdiyini nəzərə alırıq:
ümumiləşmiş biliklər, ümumiləşmiş fəaliyyət üsulları haqqında bi-
liklər; konkret biliklər.
Birinci qrupa anlayış, qanun, prinsip, qaydalar və s. daxildir.
Bu qrupa aid bilikllər aşağıdakı yollarla mənimsənilə bilər: a) anla-
yışın və s. məzmun və mahiyyətini başa düşmədən əzbərləmək; b)
hazır nəticə, ümumiləşdirmə şəklində öyrənmək, daha doğrusu anla-
yışın və s. məzmununun müəllim tərəfindən və ya dərsliyin köməyi
ilə açılması; c) müstəqil əldəetmə. İkinci qrupa gerçək aləmin
cisim və hadisələrinin mahiyyətinin, habelə müvafiq anlayışların,
qanunauyğunluq və qanunların, qaydaların dərk olunmasında işlə-
454
dilən üsul və priyomlar haqqında biliklər daxildir. Bu qrupa daxil
olan biliklərin hər bir konkret halda mənimsənilmə yolunu məqsə-
dəuyğun şəkildə (didaktik əsaslarla) müəllim müəyyən etməlidir.
Belə ki, anlayış, qayda, qanun və sairənin biri təlim probleminin
həlli yolu, başqası isə izahlı-reproduktiv yol seçməklə mənimsənilə
bilər. Üçüncü qrupa faktlar, terminlər, tarixlər, adlar, verilmiş
kəmiyyət miqdarları, hadisələr və s. daxildir. Bu qrupa aid olan
biliklər ümumiləşdirici xarakter daşımır, o sadəcə əzbərçilik, yadda-
saxlama tələb edir. Üçüncü qrup biliklər bir qayda olaraq problemli
öyrənmə yolu ilə mənimsənilmir.
Tədqiqat materiallarının ümumiləşdirilməsi söyləməyə əsas
yaradır ki, haqqında açıqlama verdiyimiz bu altsistem müxtəlif
layihələrin (texnologiyaların) tətbiq edilməsi və komponentlərin –
imkan daşıyıcılarının funksiyalarından daha kamil istifadə olunması
əsasında təkmilləşdirilə biləndir.
Ancaq ideal təkmilləşdirmə belə onu mükəmməl sistem halına
gətirə bilməz. Çünki bəşər mədəniyyətinin dərk olunması, qorun-
ması və yaradıcılıqla inkişaf etdirilməsi təcrübəsinin mənimsənil-
məsi şəraitini tənzimləyən sistemin xarakterik əlaməti alqoritmik və
evristik fəaliyyətlərin optimal münasibətlərini özündə saxlamasıdır.
Təbii ki, buna adekvat olan təlim sistemi (mükəmməl sistem) həm
sözügedən altsistemi özündə saxlamalıdır, həm də yeninin müstəqil,
problemli mənimsənilməsi şəraitini tənzimləməlidir. Odur ki, bilik-
lərin əsasən hazır şəkildə əldə olunması yolunu təkmilləşdirməklə
yox, onu tamamlamaqla mükəmməl sistemi formalaşdırmaq olar.
Təbiəti və funksiyaları barədə bəhs etdiyimiz altsistemdə şa-
gird alqoritm quran (tərtib edən), evristik fəaliyyətini idarə edən
subyekt yox, sözügedən növ fəaliyyətlərin müşahidəçisi rolunda çı-
xış edir, bəzi hallarda onun struktur tərkiblərinin bir qisminin icraçı-
sı olurlar. Nəticədə şagirdin alqoritm qurmaq, evristik və analitik
fəaliyyətin subyekti rolunda çıxış etmək üçün zəruri bilik və inkişaf
səviyyəsi formalaşmır.
Yeninin müəyyənləşdirilməsinə yönələn analitik və evristik
fəaliyyətin yerinə yetirilməsi prosesi müəyyən alqoritm ehtiyatına
və möhkəm qaydalar sisteminin mövcudluğuna istinad edir. Bilik və
fəaliyyət üsullarının öyrənilməsini özündə ehtiva edən altsistemdə
455
alqoritmik, evristik və analitik fəaliyyətin optimal münasibətlərinin
tənzimlənməsi problemin təbiəti, problemliliyin səviyyəsi ilə şərtlə-
nir. Bilik və fəaliyyət üsullarının əsasən hazır ötürülməsini özündə
saxlayan altsistemdə isə alqoritmləşdirmə alqoritmik mədəniyətin
inkişafına olan zəruri (həm şagirdlərin idarəetmə, reproduktiv fəa-
liyyəti üçün, həm müəllimin yeninin axtarışına yönələn fəaliyyətini
şüurlu müşahidə etmək, həm də problemli öyrənmə prosesinə hazır-
lanma baxımından) tələbatla şərtlənir.
Şagirdin alqoritmləri mənimsəməsi, tərtib etməyi bacarması
əqli fəaliyyətin düzgün istiqamətdə cərəyan etməsini şərtləndirir,
evristik fəaliyyətin inkişafı üçün geniş imkanlar açır. Pofessor
B.A.Əhməov vurğulayır ki, nəzəri biliklərin əməli tətbiqi baxımın-
dan alqoritm əldə etməyin müstəsna əhəmiyyəti vardır. Biz bu fikrə
şərikik. Şagirdlərə müəyyən işin icrasını öyrətmək, fəaliyyətini ida-
rə etməyə hazırlamaq üçün zəruri alqoritmlərin mənimsənilməsinə
nail olmaq gərəkdir və bu, bizim otuz beş illik təcrübəmizdən irəli
gələn qənaətimizdir. Bu sahədə ilk təcrübəmiz “Dərsin təkmil-
ləşdirilməsi yolları”na həsr olunmuş respublika konfransı tərəfindən
təqdir edilmişdir. (Bakı, 1977-ci il). Təlimi alqoritmləşdirmək ona
görə faydalı hesab olunur ki, şagirdlər bunun vasitəsilə öz təfəkkür
və əməli hərəkətlərini təşkil edir və onlar idarəetməyə alışırlar. Təli-
min altsistemlərinin təkmilləşdirilməsi, onların uzlaşmasının təmi-
natı alqoritmləşdirməyə xüsusi önəm verməyi tələb edir.
Təbii ki, bu işdə aludəçiliyə yol vermək olmaz, onun zəif cə-
hətlərinin də mövcudluğunu nəzərdən qaçıra bilmərik. Həddindən
artıq alqoritmləşdirməyə uymaq təlim prosesini zəiflədər, şagird-
lərin yaradıcı qabiliyyətlərinin inkişafını ləngidər, təlimdə forma-
lizm əmələ gətirə bilər. Təbii ki, hər şey alqoritmləşdirməli deyildir,
buna lüzum da yoxdur. Əgər məsələdə bütün şərtləri, əməlləri, on-
ların ardıcıllığını nəzərə almaq mümkün deyildirsə və ya tərtib edi-
lən alqoritm hədindən artıq mürəkkəbdirsə, alqoritmləşdirməyə yö-
nələn cəhdin nə mənası vardır? Amma elə məsələlər də vardır ki,
onun alqoritminin tərtibi ilə bağlı iş müəyyən vaxt itkisinə səbəb ol-
sa da belə, bundan yan keçmək olmaz. L.N.Landa şagirdlərin müs-
təqil şəkildə alqoritm tərtib etməsinin onun təfəkkür müstəqilliyinin
formalaşması baxımından böyük didaktik dəyərə malik olduğunu
Dostları ilə paylaş: |