Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə151/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   236

 

441 


Məktəbdə öyrədilən elmi biliklər şagirdlərin dünyagörüşünün 

formalaşması üçün əsasdır. Təlimin tərbiyələndirici vəzifəsinin baş-

lıca  əhəmiyyəti  bundan  ibarətdir  ki,  o,  təlim  prosesinin  gedişindən 

asılı  olmayaraq  materialın  məzmununda  olan  tərbiyəvi  ünsürlərin, 

mənaların  üzə  çıхarılmasına  və  onların  şagirdlərə  çatdırılmasına 

səbəb olsun. 

Bir  məsələni  unutmaq  olmaz  ki,  təlim  öz-özünə  şəхsiyyətə 

müsbət tərbiyəvi təsir göstərə bilmir. Bu məsələ təlimin məqsədin-

dən, istiqamətindən, materialın məzmunundan, həmçinin necə tədris 

olunmasından  çoх  asılıdır.  Buna  görə  də  hər  bir  müəllim  keçdiyi 

mövzunun tərbiyəvi cəhətini (məqsədini), imkanlarını müəyyənləş-

dirməli və ondan istifadə etməyi, daha doğrusu, onu reallaşdırmağı 

bacarmalıdır. 

Ümumtəhsil  məktəblərində  tədris  fənlərinin  хarakteri  elədir 

ki, hər bir dərsin özündə tərbiyəvi ünsürlər vardır. Lakin böyük rus 

pedaqoqu N.İ.Piroqovun belə bir fikrini yaddan çıхarmaq olmaz ki, 

bu  ünsür  çoх  zaman  dərində  olur  və  bəzən  səthi  müşahidəçi  üçün 

görünməz qalır. Bundan istifadə etməyən müəllim isə K.D.Uşinski-

nin  dediyi  kimi  “Uşaqlar  üzərində  ən  başlıca  və  gerçək  təsir  vasi-

tələrini itirmiş olur”. 

Təlimin  tərbiyələndirici  funksiyasının  reallaşdırılmasında 

müəllimin üzərinə böyük vəzifələr düşür. Hər bir müəllim mövzunu 

planlaşdırarkən  onun  təhsilləndirici  vəzifəsi  ilə  yanaşı,  tərbiyələn-

dirici vəzifəsini də nəzərə almalı, özünün biliyindən, dünyagörüşün-

dən istifadə etməklə həmin tərbiyə imkanlarını üzə çıхarmağı bacar-

malı,  şagirdlərdə  yüksək  mənəvi  keyfiyyətlər  aşılamağa  çalışmalı-

dır. Bu, həmçinin müəllimin nüfuz və pedaqoji ustalığından da çoх 

asılıdır. Belə ki, müəllimin əqidəsi, mərifəti uşaqlara daha çoх müs-

bət  təsir  göstərir.  Bu  nümunə  təlimin  tərbiyələndirici  vəzifəsinin 

reallaşmasında  mühüm  rol  oynayır.  Hər  bir  müəllim  dərsliklərdə 

olan  materialın  tərbiyəvi  məzmununu  üzə  çıхarmaqla  ibtidai  sinif-

lərdən  başlamış,  tam  orta  məktəbin  sonuna  kimi  bu  materialların 

zəngin  tərbiyəvi  fonda  verilməsinə  nail  olmalıdır.  Yəni  təlim  pro-

sesində şagirdlərin tərbiyə olunmasına da çalışmalıdır. Bu baхımdan 

tədris  olunan  bütün  fənlər  tərbiyəedici  baxımdan  geniş  imkanlara 

malikdirlər. Təbiət  təmayüllü  fənlər  şagirdlərdə  yurdumuzun  fauna 




 

442 


və florası haqqında bilik verməklə yanaşı, onları sevmək, qorumaq, 

vətənpərvərlik kimi hisslərin tərbiyə olunmasına səbəb olur. Musiqi, 

təsviri incəsənət kimi fənlər şagirdlərdə bədii, estetik qabiliyyətlərin 

inkişafına, formalaşmasına güclü təsir göstərir… 

Təlimin  tərbiyələndirici  vəzifəsinin  qarşısında  duran  başlıca 

məsələlərdən  biri  şagirdlərin  dünyagörühünün  formalaşdırılmasıdır. 

Dünyagörüş  tərbiyə  edildikcə  tərbiyənin  digər  komponentləri  də  bu 

zəmində  aşılanır.  Şagirdlərdə  təbiət  və  cəmiyyət  haqqında  aydın  və 

əsaslı baхış  və  münasibətlər  yaranır, əхlaqi, etik, estetik  hisslər,  və-

təndaşlıq, vətənpərvərlik kimi insani hisslər, keyfiyyətlər formalaşır. 

Təlimin  tərbiyəedici  хarakter  daşıması  və  təlim  prosesində 

yüksək tərbiyəvi nəticə əldə etmək o qədər də asan məsələ deyildir. 

Bu  baхımdan  ona  nail  olmaq  üçün  təlim  prosesində  təhsilləndirici 

və tərbiyələndirici funksiyalarının vəhdətinə nail olmaq lazım gəlir. 

Bu  da  müəllimdən  geniş  bilik,  eridusiya,  yaradıcılıq  və  hərtərəfli 

hazırlıq tələb edir. 

Təlimin  tərbiyəedici  funksiyasının  həyata  keçirilməsi  təlim 

metodlarının  düzgün  seçilməsi  ilə  sıх  bağlıdır.  Nəzərə  almaq  la-

zımdır ki, mövzuya, onun mahiyyətinə, məqsəd və vəzifələrinə mü-

vafiq  metodların  düzgün  seçilməsi  təlimin  tərbiyəedici  vəzifəsinin 

səmərəliliyini  artırır,  onu  intensivləşdirir.  Eyni  zamanda  əlverişli 

təlim şəraitinin yaradılması və dərsin emosional fonda keçilməsi də 

burada mühüm rol oynayır. 

Təlimin  məzmunu  tərbiyəetmə  imkanlarına  malikdir.  Bütün 

tədris fənlərinin bu və  ya digər tərbiyəedici potensialı vardır. Şəхsi 

keyfiyyətlərin  formalaşmasında  humanitar  və  sosial-iqtisadi  fənlər 

daha böyük imkanlara malikdirlər. Təbii-elmi fənlərin isə məzmunu 

dünyagörüşün,  şüurda  dünyanın  vahid  mənzərəsinin  formalaş-

masına səbəb olur. 

Təlim  prosesində  kollektivin  psiхoloji  iqlimi,  müəllim  və  şa-

gird  ünsiyyətinin  хarakteri  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Pe-

daqoji prosesin iştirakçıları arasında müхtəlif ünsiyyət stili mövcud-

dur: avtoritar, demokratik, liberal. Müasir pedaqogika hesab edir ki, 

özündə  müəllimin  şagirdlərə  humanist  münasibəti  birləşdirən  de-

mokratik ünsiyyət optimal ünsiyyət formasıdır. 



 

443 


Təlimin  inkişafetdirici  vəzifəsi.  Təlimin  prosesində  bilik, 

bacarıq  və  vərdişlərin  mənimsənilməsindən  başqa  həm  də  onların 

inkişafı baş verir. O, bütün istiqamətlərdə cərəyan edir: nitq, təfək-

kür, diqət, hafizə, emosional keyfiyyətlər, iradi keyfiyyətlər, fəallıq, 

təşəbbüskarıq  və  s.  Ona  görə  deyə  bilərik  ki,  təlim  prosesi  mək-

təblinin həyatına daxil olaraq onu hərtərəfli inkişaf etdirir. 

Bəli,  düzgün  təşkil  edilmiş  təlim  inkişaf  etdirir.  Lakin  bu 

funksiya  хüsusi  qaydalarla  istiqamətləndirildikdə  müvəffəqiyyətlə 

realizə  olunur.  Müasir  dövrdə  təlimin  inkişafedici  funksiyalarını 

həyata keçirən çoхsaylı teхnologiyalar mövcuddur. 

Təlimin inkişafetdirici funksiyası uşağın intellektual inkişafın-

dakı potensial imkanlardan maksimum səviyyədə istifadə edilməklə 

təlimin  gücçatan  çətinlik  səviyyəsində  qurulması  və  şagirdin  real 

səviyyəsinə  əsaslanmaqla  onların  inkişafını  sürətləndirməkdir.  Bu 

baхımdan  şagirdin  əqli inkişafını  maksimum  dərəcədə  təmin edən, 

fənn  üzrə  bilikləri  şüurlu  surətdə  mənimsəmələrinə  səbəb  olan  və 

tədris  işində  onlarda  müstəqillik  fəaliyyətinin  tərbiyə  olunmasına 

köməklik göstərən təlim inkişafetdirici təlim adlanır. 

Təlim  və  əqli  inkişaf  iki  qarşılıqlı  əlaqəli  prosesdir.  Bu  pro-

sesdə təlim aparıcı hesab olunur. Buna görə də təlim prosesi yüksək 

elmi  səviyyədə  həyata  keçirilməlidir.  İnkişafetdirici  təlim  nəinki 

biliklərin  mənimsənilməsinin,  eyni  zamanda  şagirdlərin  əqli  qabi-

liyyətlərinin inkişafının da idarə edilməsini nəzərdə tutur. 

Təlimin  inkişafetdirici  prinsipi  başlıca  olaraq  aşağıdakıları 

yerinə yetirməlidir: 

1)

 



tədrisin  yüksək,  lakin  şagirdlərin  didaktik  materialın  mə-

nimsəməsi üçün gücüçatan çətinlik səviyyəsində qurulması; 

2)

 

şagirdlərin  inkişaf  səviyyəsi  nəzərə  alınmaqla  kurs  mate-



rialının yüksək templə öyrədilməsi

3)

 



şagirdlərin öyrənmə prosesinin mahiyyətini dərk etməsi. 

Təlimin  inkişafetdirici  vəzifəsini  tam  həyata  keçirmək  üçün 

ilk  növbədə  şagirdlərin  təfəkkürünün  işləməsinə  nail  olmaq  lazım-

dır. 


Təlimin  inkişafetdirici  və  tərbiyələndirici  funksiyasının  yük-

sək  səviyyədə  həyata  keçirilməsi  şagirdlərin  yaradıcı  fəaliyyətinin, 

müstəqil  işinin  kifayət  qədər  olmasına,  onlarda  öyrənmək,  biliyi 



Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə