Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə147/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   236

 

429 


Daxili və xarici fəaliyyətin münasibəti probleminin işlənilmə-

sində P.Y.Qalperin, D.B.Elkonin, V.V.Davıdovun,  A.N.Leontyevin 

irəli sürdüyü ideyalar əhəmiyyətli rola malikdir. A.N.Leonteyə görə 

genetik planda daxili əqli fəaliyyət və əməliyyatlar xarici təsirlərdən 

yaranır,  sonuncuların  interioriziyasının  məhsuludur.  Əqli  fəaliyyət 

və  əməliyyatlar  vasitəli  formalaşır:  əvvəlcə  xarici  fəaliyyət  (xarici 

obyektlərlə), sonra o, daxili fəaliyyətə çevrilir. Əqli fəaliyyətin for-

malaşdırılması nəzəriyyəsinin yaradıcılarından olan D.B.Elkonin və 

V.V.Davıdov o mövqedən çıxış edirlər ki, müasir məktəbin qarşı-

sında  üç  vəzifə  -  müəyyən  həcmdə  biliklərin  mənimsənilməsi, 

əqli  inkişaf  və  idrak  motivlərinin  yaradılması  durur  və  bu 

məsələlərdən  hər  hansı  birinin  həlli  digərinin  həllinə  səbəb 

olmur. Onları yalnız eyni vaxtda, eyni yolla həll etmək olar. Bu 

vəzifələrin  həllində  müəyyənedici,  mərkəzi  halqa  mənimsənilməli 

biliklərin  məzmununa  adekvat  tədris  üsulları  ilə  onların  üzvü 

əlaqələndirilməsidir.  Təlimin  məzmununun  dəyişməsi  intensiv  əqli 

inkişafla  və  təlim  motivlərinin  formalaşması  ilə  bağlı  məsələlərin 

həlli üçün əsas yaradır. 

L.V.Vıqotski,  A.N.Leontyev,  P.Y.Qalperin  əqli  proseslərin 

formalaşmasının  ontogenetik  problemləri  haqqında  dəyərli  mü-

lahizələr  irəli  sürmüşlər.  Mühüm  nəticələrdən  biri  odur  ki,  uşağın 

təfəkkürü özünün təcrübəsi əsasında toplanmış, bilik və əməliyyat-

ların  ictimai-tarixi  işlənmiş  sistemini  əldə  etmək  yolu  ilə  inkişaf 

edir. A.N.Leontyevin fikrincə, ictimai-tarixi təcrübənin mənimsənil-

məsi fəaliyyətin və inikasın ümumi strukturunda dəyişiklik edir, ye-

ni hərəkət üsullarını formalaşdırır, onun yeni növ və formalarını ya-

radır. 

Psixoloji  tədqiqatlarda  anlayışın  formalaşması  konsepsiyası 



ilə  interiorizasiya  əməliyyatı  konsepsiyasının  əlaqəsi  araşdırılmaq-

dadır.  Birinci  istiqamətin  nümayəndələrinin  tədqiqatlarında  məsələ 

həllinin konkret mexanizminin bir çox prinsipial tərəfləri açılmışdır. 

Bu barədə D.S.Kostyuk yazır ki, məsələ həlli insanın keçmiş təcrü-

bəsi  əsasında  onun  vasitəsilə  həyata  keçirilir  ki,  buraya  ümumiləş-

miş asosiasiyalar, bilik, bacarıq, vərdişlər və s. daxildir. Ancaq mə-

sələnin  təkcə  keçmiş  təcrübənin  müxtəlif  elementlərinin  bərpasın-



 

430 


dan  ibarət  hesab  etmək  birtərəfli  olardı.  O,  gizli  şəkildə  mövcud 

olan obyektiv münasibətləri də əks etdirir. 

İnkişafın sürətləndirilməsi ilə bağlı yaradıcı təfəkkürün qanu-

nauyğunluqlarının  tədqiqində  intutiv  təfəkkürünün  təbiətinə  diqqət 

daha  çox  yönəlməkdədir.  V.N.Puşkinin  tədqiqatları  bu  baxımdan 

bizdə  xüsusi  maraq  doğurur.  Çünki  yaradıcı  təfəkkürün  qanunauy-

ğunluqları  təbiəti  barədə  söhbət  gedən  sistemi  psixoloji  aspektdən 

əsaslandırır.  Əsasına  təfəkkürün  qanunauyğunluqları  qoyulan  sis-

temdə analitik və evristik fəaliyyətlərin idarə olunması məsələsi ön 

plana çəkilir, inkişafın sürətləndirilməsi, təhsilvermə və tərbiyələn-

dirmə  funksiyaları  arasında  daha  optimal  vəhdət  təmin  olunur, 

imkanlar  hərəkətə  gətirilir.  V.N.Puşkin  evristik  fəaliyyətin  mahiy-

yətini  aşağıdakılarda  görür:  a)  elə  fəaliyyətdir  ki,  tipik  olmayan 

məsələlərin  həllində  istifadə  olunur;  b)  məsələnin  həlli  gedişində 

formalaşan  və  şüurlu  şəkildə  məsələlərə köçürülə  bilən  priyomlara 

malikdir (18) 

Psixoloqlar problemin həlli zamanı biliklərin mövcud sistemi-

nə  yeni informasiyanın daxil edilməsi və onun işlənilməsi ilə bağlı 

insanın yaradıcı əqli fəaliyyətinin analitik və evristik növlərə ayrıla 

bildiyini  müəyyənləşdirmişlər.  Yaradıcı  təfəkkürün  analitik  və  ev-

ristik  növlərə  bölünməsi  problemin  həlli  zamanı  şagirdlərin  yalnız 

əqli  əməliyyatları  anlamasını  yüngülləşdirməkdən  ibarət  olmayıb, 

eyni zamanda ayrı-ayrı əqli əməliyyatların həyata keçməsi üçün pe-

daqoji  şəraitin  yaradılması  naminə  müəllimin  praktik  fəaliyyəti 

üçün də əhəmiyyətlidir. 

Əqli fəaliyyətin analitik növü problemin həlli zamanı əqli hə-

rəkətlərin dəqiq ardıcıllığı və mövcud həll alqoritmi ilə bağlıdır. Bu 

prosesdə  analiz,  sintez,  ümumiləşdirmə,  abstraklaşdırma  və  kon-

kretləşdirmə  kimi  əqli  əməliyyatlar  biri-digərini  izləyir,  müəyyən 

ardıcıllıqla,  etaplar  üzrə,  pillə-pillə  yüksəlməklə  problemin  həlli 

mümkün  olur.  Təfəkkürün  istiqamətliliyi  verilənlər  ilə  axtarılanlar 

arasında  münasibətlərlə  müəyyənləşir,  həllin  üsulu  sınaq  və  səhvi 

rəddetmə  yolu  ilə  tapılır.  Müvafiq  qaydalar  düzgün  seçiləndə 

təfəkkürün alqoritmik məntiqi gec-tez həllə gətirib çıxarır. 

Müasir  psixologiyada  intutiv  təfəkkürün  analitik  təfəkkürdən 

fərqinin  spesifikasını  C.Bruner  açmağa  çalışmışdır.  O,  analitik  və 




 

431 


evristik  təfəkkürü  müqayisə  edərək  aşağıdakıları  göstərir.  Analitik 

təfəkkür onunla xarakterizə olunur ki, onun ayrı-ayrı etapları aydın 

təsəvvür  olunur,  nitqlə  ifadə  etmək mümkün  olur.  Bu  zaman  insan 

fikrin hərəkətini və məzmununu anlaya bilir. Təbii ki, təfəkkür mü-

hakiməni  ümumidən  xüsusiyə,  xüsusidən  ümumiyə  keçmək  forma-

sında qəbul edə bilir. 

İdrakda  kateqoriya  və  faktların  əlaqəsi  intellektual  intuisiya 

vasitəsi ilə təmin edilir. Çoxmənalı olmasına baxmayaraq, intuisiya 

anlayışı əsasən həqiqəti bir dəfəyə aşkara çıxaran müstəqil bilik mə-

nasında  başa  düşülür.  İntuisiyanın  hissi  və  intellektual  növləri  bir-

birindən  fərqlənir.  İntuisiyanın  evristik  növü  də  gözlənilməz  yeni-

liklərin tapılması və s. formalarda təzahür edir. İntellektual intuisiya 

ilə birlikdə kateqorial təhlil zəruri biliyə gətirib çıxaran vahid prose-

sin  ayrılmaz  tərkib  hissəsidir.  İnsan  təfəkkürünün  səciyyəvi  xüsu-

siyyətlərini dərrakə deyil, məhz zəka ifadə edir. Zəka, məzmunu və 

təbiəti dərk olunan anlayışlarla əməliyyat aparır, zəkanın köməyi ilə 

hadisələr, proseslər yaradıcı fəallıqla, məqsədyönlülüklə əks olunur. 

İnsan  zəkası  təşəkkül  tapmış  biliklər  sistemi  hüdudlarından  kənara 

çıxmağa, yeni sistem yaratmağa yönəlir. İnsan biliyi dərrakədən və 

zəkadan ibarət fəaliyyətin vəhdətidir ki, həmin fəaliyyətlə obyektiv 

reallıq dərk olunur. Yaradıcılığın bütün sirləri, onun qanunauyğun-

luqları, mexanizmi tam, axıra qədər öyənilməsə də, elmi idrakın nə-

ticələri kimi biliklərin sistemi, onların inkişaf məntiqi haqqında mə-

lumat kifayət qədərdir. 

Tədris-idrak prosesinin təşkilində (alqoritmik və evristik fəal-

iyyətlərin  optimal  münasibətlərini  özündə  ehtiva  edən  sistemdə) 

müəllimin  bu  və  ya  digər  əqli  fəaliyyət  növünün  xüsusiyyətlərini 

bilməsi və onu diqqət mərkəzində saxlaması vacib məsələlərdəndir. 

Analitik əqli fəaliyyətin strukturu aşağıdakı kimidir: 

1.

 

Çətinliyin dərki və problem situasiyasının təhlili; 

2.

 

Əsas çətinliyin müəyyənləşdirilməsi

3.

 

Məlum alqoritmlərin tətbiqi və ya analitik yolla həllin axtarışı; 

4.

 

Həll və onun düzgünlüyünün yoxlanılması. 

Evristik fəaliyyətin təbiəti ilə bağlı elmi ədəbiyyatda müxtəlif 

fikirlər  mövcuddur.  Əqli  fəaliyyətin  evristik  növünün  strukturu 

prinsipcə müxtəlif ola bilər. Onun ayrı-ayrı mərhələləri analitikə ya-




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə