Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə144/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   236

 

420 


kimi çıxış edərək hadisələrin səbəbini insanın konkret ictimai varlıq 

və həyat fəaliyyəti şəraitində axtarılmasını və təhlil olunmasını tələb edir. 

Determinizm  prinsipi  universal  xarakterlidir.  Odur  ki,  təlim 

prosesi  üçün  bu  prinsip  bir  çox  aspektlərdən  konkretləşdirilməli, 

onun təzahür formaları öyrənilməlidir. 

Psixi  proseslərin  cərəyan  etməsinin  ən  ümdə  xüsusiyyətlərin-

dən biri onun seçici xarakter daşıması, müəyyən obyektə yönəlməsi-

dir  və  bu,  psixikamızın  xassəsi  olan  diqqətlə  əlaqələndirilir.  İdrak 

prosesindən fərqli olaraq diqqət xüsusi məzmuna malik deyildir. O, 

psixi proseslərin cərəyanetmə dinamikasını xarakterizə edir, şüurun 

sensor,  intellektual  və  hərəki  fəallığının  yüksək  səviyyəsini  tələb 

edən mərkəzləşməsidir. 

Təlim  prosesində  diqqət  və  onun  müxtəlif  funksiyaları  mü-

hüm əhəmiyyətə malikdir. Buraya a) diqqətin seçici funksiyası (bu 

müxtəlif təsirlər içərisindən idrakın tələbinə uyğun olan, əhəmiyyət-

li  mövcud  fəaliyyətlə  bağlı  təsiri  fərqləndirməyə  imkan  verir)         

b)  davranış  aktı,  fəaliyyətdən  yayınmamaq;  c)  fəaliyyətin  gedişini 

tənzim etmək, şagirdin icra fəaliyyətindəki kənara çıxmaları aradan 

qaldırmaq kimi funksiyalar daxildir. 

Bu  funksiyaların  nəzərə  alınması,  onların  həyata  keçirilməsi, 

layiqincə  qiymətləndirilməsi  şagirdlərin  idrak  fəaliyyətini  idarə  et-

məyə imkan verir. Təlim prosesində diqqətin keçirilməsi qanunauy-

ğunluqlarının nəzərə alınması mənimsəmə üçün optimal şəraitin ya-

radılmasına xidmət edir. Qarşıya qoyulmuş yeni məqsədlərlə əlaqə-

dar olaraq diqqətin şüurlu və niyyətli halda sürətlə yerdəyişməsi çox 

vacibdir.  Diqqətin  keçirilməsi  müəyyən  fəaliyyətin  bir  obyektdən 

digərinə və ya bir əməliyyatdan başqasına keçməsi ilə təzahür edir. 

Təlim  fəaliyyətinin  müvəffəqiyyətlə  yerinə  yetirilməsində 

diqqətlə yanaşı, qavrayış prosesi də həlledici rol oynayır. Onun qa-

nunauyğunluqlarının  nəzərə  alınması  vacibdir.  Subyektin  keçmiş 

təcrübəsinin, onun fəaliyyətinin motiv və məqsədlərinin, ustanovka-

sının,  emosional  vəziyyətinin  (buraya  insanın  inamını,  dünyagörü-

şünü, maraqlarını və s. əlavə etmək olar) qavrayışa təsiri onu göstə-

rir ki, o, idarə edilməsi mümkün olan fəal prosesdir. 

Hafizə özündə qoruyub saxladığı bilik sərvətlərinin bir qismi-

ni təfəkkür, digər bir qismini qavrayış səviyyəsində hasil edir. Qav-




 

421 


rayışın  tamlıq  və  mənalılıqla  yanaşı  təlim  prosesində  nəzərə  alın-

ması  zəruri  olan  cəhətlərindən  biri  də  ixtiyari  qavrayışın,  müşahi-

dənin  təşkili  ilə  əlaqədardır.  Təlim  materialının  müvəffəqiyyətlə 

qavranılmasını  təmin  etmək  üçün  müəllim  şagirdləri  hazırlamalı, 

onların  keçmiş  təcrübələrini  fəallaşdırmalı  və  onu  yeni  materialla 

əlaqələndirməyə  kömək  etməli,  şagirdlərin  qarşısında  yeni  və  aydın 

fikri məqsədlər qoymaqla onların qavrayışlarını istiqamətləndirməlidir. 

Hər psixi aktın, hətta ən elementar aktın baş verməsi onun hər 

elementinin  sonrakılarla  “bağlanma”  qabiliyyəti  olmadan  inkişaf 

mümkün deyildir. Bu mənada təlimdə hafizənin nəzərə alınması tə-

lim fəaliyyətinin səmərəliliyinə əsaslı təsir göstərir. Hafizənin qanu-

nauyğunluqlarını nəzərə almadan bu prosesdən təfəkkürə keçidi və 

təfəkkür  prosesi  ilə  əlaqəni  təmin  etmək  mümkün  olmaz.  Təbii  ki, 

bu da alqoritmik və evristik fəaliyyətlərin optimal münasibətlərinin 

nizamlanması sahəsində də problemlər yaradar. 

Psixologiyaya  aid  ədəbiyyatda  anlama,  yaddasaxlama  və  ya-

dasalma  haqqında  ətraflı  məlumatlar,  geniş  şərhlər  verilmişdir.  Bi-

zim üçün daha vacib olan cəhət budur ki, təlim prosesinin psixolo-

giyanın həmin kateqoriyaları ilə münasibəti aydınlaşsın. 

Riyaziyyatın, eləcə də digər ümumtəhsil fənlərinin tədrisi pro-

sesində  çox  zaman  belə  bir  vəziyyətin  şahidi  oluruq.  Şagird  deyir: 

“Mən mövzunu öyrənmişəm, bilirəm. Amma onu söyləməkdə, ifadə 

etməkdə  çətinlik  çəkirəm”.  Burada  uşağın  nitq  qabiliyyətinin  və 

yaddaşının zəifliyi ilə yanaşı, bir vacib amil də onun materialı lazı-

mi  səviyyədə  anlamaması,  başa  düşməməsidir.  Yaxşı  yadda  saxla-

maq üçün materialı yaxşı başa düşmək mühüm şərtdir. 

Anlama problemi müasir fəlsəfi fikrin vacib problemlərindən 

biridir  və  onunla  əlaqədar  olaraq  elmi  idrakın  metodologiyasında 



“hermenevtika”  (yunanca  izahetmə,  şərh  deməkdir)  adlanan  yeni 

emi  istiqamət  yaranmışdır.  Bu  sahə  hazırda  filosofların  çox  dəbdə 

olan, qızğın mübahisə obyektidir. 

Bu məsələyə xüsusi elm nümayəndələri-psixoloqlar, pedaqoq-

lar,  fiziklər,  riyaziyyatçılar  və  başqaları  laqeyd  qalmırlar.  Belə  bir 

fikir  mövcuddur  ki,  hadisəni  anlamaq  onun  başqa  hadisə  və 



predmetrlərlə  əlaqələrini  təfəkkürdə  əks  etdirməkdir.  Bu  əla-

qələr dairəsi genişləndikcə materialı başa düşmək də dərinləşir. Bu 




 

422 


mövqeyi psixoloq A.A.Smirnov müdafiə edir. Buna oxşar mülahizə 

Q.Q.Qolubevə, K.K.Platonova da məxsusdur. L.Sekey isə məsələni 

bir  qədər  başqa  şəkildə  izah  edir.  O  qeyd  edir  ki,  biliklərin  tətbiqi 

gedişində  onun  şəklini  dəyişmək,  rekonustruksiya  etmək  prosesi 

məhz  anlama  adlanan  prosesə  uyğundur.  Çünki  materialları  ancaq 

yaxşı anlamaqla sözlərimizlə ifadə və şərh edə bilərik. Bu məsələ ilə 

bağlı başqa fikir və təkliflər də vardır. Belə ki, anlamanı biliyin öz 

obyektiv  məzmununa  münasibəti,  bilik  haqqında  bilik  əldə 

etmək kimi səciyyələndirmək olar. 

Biz  burada  anlama  problemi  ətrafında  gedən  fəlsəfi  diskussi-

yaları təhlil etmək niyyətindən uzağıq və bu mümkün də deyil. Am-

ma həmin problemin təlim prosesi, onun idarə edilməsi ilə əlaqədar 

olan pedaqoji aspektinə toxunmağı zəruri hesab edirik. Çünki təlim 

üçün vacib olan psixologiyanın  yaddaş,  hafizə anlayışları bu prob-

lemlə  bilavasitə  bağlıdır.  Anlamanı  düzgün  təsəvvür  etmək  üçün 

onu özündən daha geniş olan bilik və idrak kateqoriyaları ilə əlaqə-

ləndirmək lazım gəlir. Anlamanı ümumi şəkildə ilk yaxınlaşma ola-

raq aşağıdakı kimi səciyyələndirmək bizi az-çox qane edir: anlama 



cisim  və  hadisələrin  idrakın  tələblərinə  cavab  verən,  onu  ödəyən 

əlaqələrini  dərk  etməkdir.  Biz  təlimin  metodoloji  əsasları  üzərində 

dayanarkən  müasir  idrak  nəzəriyyəsində  idrakın  “metanəzəriyyə” 

səviyyəsinə və bilik kateqoriyalarına toxunduq. İndi biz onun peda-

qoji  prosesdə,  o  cümlədən  təlimdə  spesifik  təzahürü-metaproblem 

ilə rastlaşmış oluruq. Sadələşdirilmiş şəkildə izah etsək onu “nəzə-

riyə haqqında nəzəriyyə” (yaxud “nəzəriyyənin nəzəriyyəsi”) ki-

mi səciyyələndirə bilərik. Anlamanı da “bilik haqqında bilik”, bunu 



təlimə nəzərən ifadə etsək “mənimsəməni mənimsəmək” kimi qəbul 

edə  bilərik.  Başqa  sözlə,  anlama  prosesi  “biliklərdən  bilik  hasil 

etmək”  kimi  bir  metaprobem  olaraq  “düşünülə”  bilər.  Bu  isə 

ümumilikdə təlim prosesinin idarə olunmasının psixoloji əsası kimi 

mühüm  əhəmiyyət  kəsb  edir.  Burada  iki  qanunauyğunluğu  nəzərə 

almaq gərəkdir: 

1. Materialın müəyyən səviyyədə anlaşılması onun yadda sax-

lanması  üçün  zəruri  şərtdir.  Əgər  material  pis  mənimsənilibsə,  az 

anlaşılıbsa,  onda  hafizədə  dəqiq  saxlanmayacaq  və  bununla  əlaqə-

dar qarşıya çıxan təhriflər subyekt tərəfindən lazımınca qiymətlən-




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə