Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə145/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   236

 

423 


dirilməyəcək, burada hafizə illüziyasının yaranma ehtimalı artacaq-

dır. Belə illüziyadan xilas olmaq üçün şagirdlərdə özünənəzarət vər-

dişi yaratmaq vacibdir. 

2.  Materialı  anlamağa  doğru  yönələn  fəal  fikri  proses  onu 

qeyri-ixtiyari hafizə ilə yadda saxlamağa imkan yaradır. 

Bunun  tədris  işini  təkmilləşdirmək  üçün  böyük  əhəmiyyət 

kəsb  etməsini  izah  etməyə  ehtiyac  yoxdur.  Bu  əsasla  bir  sıra  təlim 

metod  və  priyomlarının  tətbiqində  ciddi  dəyişiklik  aparmaq  olar. 

Məsələn,  şagirdlərə  “dərsliyin  bu  paraqrafını  öyrənin”  tapşırığı 

(müəllimin belə tapşırığı çox zaman materialı şagirdin əzbərləməsi 

ilə nəticələnir) əvəzinə, müəllim bu paraqrafa aid material üzərində 

müəyyən  iş  aparmağa  (məsələn,  teoremin  isbatı  üçün  plan  tərtib 

etməyə,  bu  materialı  əvvəl  öyrənilənlərlə  müqayisə  etməyə  və  s.) 

uşaqları təhrik etsə, onlarda fəal fikri prosesin inkişafına imkan ya-

ratmış  olar.  Bu  isə  materialı  bütövlükdə  yadda  saxlamağa  kömək 

edər, qeyri-ixtiyari hafizə üçün yol açılar. 

Müəllim  üçün  şagirdlərin  ixtiyari  və  qeyri-ixtiyari  hafizə  ilə 

materialı yadda saxlamaları o qədər də vacib deyil. Vacibi budur ki, 

material dərindən mənimsənilsin, anlaşılsın. Bunu nəzərə alsaq on-

da  yaddaşla  bağlı  aşağıdakı  ümumi  qanunauyğunluğu  formulə  et-

mək olar: əgər  şagirdlər  material  üzərində  fəal  fikri  tapşırıqlar 

üzrə işləyirlərsə və bu fəaliyyət materialı başa düşməyə, onu də-

rindən anlamağa doğru yönəlibsə, onda material ixtiyari və qey-

ri-ixtiyari halda  müvəffəqiyyətlə hafizədə  həkk  olar, yaxşı yad-

da qalar. 

Material  üzərində  fəal  fikri  fəaliyyətlə  əlaqədar  olan  yadda-

saxlamanın mühüm şərtlərindən biri təlim fəaliyyətinin daxili idrak 

motivlərinin  yaradılmasıdır.  Buna  tədris  məsələləri  sisteminin  elə 

xüsusi təşkili sayəsində nail olmaq mümkündür ki, burada əldə edil-

miş hər bir nəticə ondan sonra gələn hər bir nəticə üçün zəruri vasi-

təyə çevrilmiş olsun. 

Biliklər  müəyyən  faktların,  məfhumların  və  mühakimələrin 

sistemidir. Onları yadda saxlamaq üçün müəyyən məna vahidlərinə 

ayırmaq faydalıdır. 




 

424 


Anlama  məntiqi  yaddasaxlamanın  zəruri  şərtidir.  Anlanılan 

materiallar  mənimsənilmiş  biliklərlə,  insanın  keçmiş  təcrübəsi  ilə 

əlaqələnir. 

Məntiqi  yaddasaxlamada  öyrənilən  materialın  planının  tərtib 

edilməsi əhəmiyyətlidir. Bu cür planların tərtibində üç mərhələ fərq-

ləndirilir . 

Təlim prosesini idarə edərkən psixi proseslərin elə xüsusiyyət 

və qanunauyğunluqlarını bilmək vacibdir ki, bunlara istinad etməklə 

biliklərin  əldə  olunmasının  gedişində  həmin  prosesi  fəallaşdırmaq 

mümkün olsun. Burada həm hafizədə fərdi fərqlər nəzərə alınmalı, 

həm  də  psixi  proseslərə  bir-birindən  ayrılıqda  yox,  bunların  qarşı-

lıqlı əlaqəsində istinad olunmalıdır. 

İntellektual  proseslərin  mexanizmi  haqqında  assosiativ  nəzə-

riyyə  psixologiyada  tarixən  özünə  yer  tapmışdır.  Assosiasionizmin 

tərəfdarları  eksperimental  yolla  başlıca  olaraq  hafizəni  öyrənməyə 

çalışmış, təfəkkürü isə hafizənin xassəsi kimi izah etmişlər. Assosi-

ativ  nəzəriyyənin  tərəfdarları  yalnız  hafizəni  yox,  həm  də  təfəkkü-

rün təbiətini əlaqə və assosialarla izah etməyə çalışmışlar. Assosio-

nizm iki təəssürat arasında əlaqənin yaranması üçün onların şüurda 

eyni  vaxtda  təzahür  etməsini  zəruri  və  kafi  hesab  edir.  Daha  çox 

təkrar  assosiasiyanın  möhkəmliyinin  əsas  qanunu  hesab  olunmuş-

dur.  Assosiativ  təlimdə  subyektin  fəaliyyətinin  təhlili,  onun  istiqa-

məti,  aktivliyi  kənara  qoyulmuşdur.  Hazırda  psixoloqların  əksəriy-

yəti hesab edirlər ki, assosiasionizm mövqeyindən təfəkkürün anla-

şılması təfəkkürlə bağlı nəzəri fikrin inkişafında ötmüş mərhələdir. 

Müasir  elmdə  şəxsiyyətin  fəaliyyətinə  onun  psixi  proseslərinin,  o 

cümlədən  hafizə  proseslərinin  təşəkkülünü  şərtləndirən  amil,  əsas 

anlayış  kimi  baxan  nəzəriyyə  daha  çox  nüfuz  qazanmışdır.  Ekspe-

rimental şəkildə müəyyən edilmiş və sübut olunmuşdur ki, müvafiq 

material yalnız işin məqsədi kimi çıxış etdikdə daha məhsuldar əla-

qələr yaranır və fəallaşır. Həmin əlaqələrin xarakteri, müvafiq mate-

rialın  subyektin  gələcək  fəaliyyətində  iştirak  dərəcəsi  bu  əlaqələrin 

qarşıda  duran məqsədə çatmaq  üçün  nə  kimi  əhəmiyyətə  malik  ol-

ması ilə təyin edilir. 

Biliklərin  bərpası,  reproduksiya  haqqında  məsələ  əqli  fəaliy-

yətin assosiativ nəzəriyyəsinin əsas məsələlərindən biri olduğundan 




 

425 


o,  bəzən  reproduktiv  təfəkkür  nəzəriyyəsi  adlandırılır.  Reproduktiv 

təfəkkür  nəzəriyyəsinə  əsaslanan  təlim  ənənəvi  didaktikada  özünə 

yer tapmışdır. Lakin praktika göstərdi ki, bu təlim şagirdlərin yara-

dıcılıq  qabiliyyyətlərini  və  müstəqilliyini  formalaşdırmaq  tələbinə 

tam cavab verə bilmir. 

Təfəkkürün  eksperimental  tədqiqindən  alınan  nəticələr  yara-

dıcı, produktiv təfəkkürün əsas qanunauyğunlarını şərh etməyə im-

kan verir  ki, bu da öz növbəsində təlimin optimal sisteminin işlən-

məsi üçün xüsusi əhəmiyyət kəsb edir. Fikri fəaliyyət həm insanlı-

ğın tarixi inkişafı gedişində aşkar edilmiş biliklərin mənimsənil-

məsi, həm də tamamilə yeni biliklərin əldə olunması üçün zəruri 

əsasdır.  Bu  prosesin  necə  yaranmasını,  onun  hansı  qanunauy-

ğunluqlara  malik  olmasını  açmaq  təlimin  təşkili  və  idarə  edil-

məsi  probleminin  həllində  ən  mühüm  psixoloji  əsas  rolunu  oy-

nayır.  Psixologiya  elmi  eksperimental  yolla  bunu  aşkarlamışdır: 

Hafizə və təfəkkür iki müxtəlif psixi proses olsa da, bunlar ara-

sında  ayrılmaz  əlaqə  var  və  biri  digərini  şərtləndirir.  Təfəkkür 

hafizənin  inkişafının  müəyyən  mərhələsi  əsasında  formalaşır.  O, 

hafizənin  məzmununun  zənginliyindən  və  bu  məzmundan  istifadə 

etmək  bacarığından  asılıdır.  Hafizə  və  təfəkkür  arasında  əkslik 



mövcuddur.  Təfəkkür o zaman başlanır ki, keçmiş təcrübədən ça-

tışmayan cəhət ortaya çıxır. P.P. Blonski yazırdı ki,  hafizənin məz-



mununu keçmiş təsir, fikirləşməyin məzmununu hələ həll edilməmiş 

problem  təşkil  edir.  Biliksiz  təfəkkürün  inkişafından  danışmaq  ol-

maz. Əgər bilik yoxdursa, təfəkkürün inkişafı üçün əsas da yoxdur. 

Hafizə ilə təfəkkürün arasındakı vəhdət və əkslik alqoritmik fəaliy-

yətlə  evristik  fəaliyyətin  münasibətlərinə  aydınlıq  gətirən  ən  mü-

hüm amil, psixoloji əsas kimi dəyərləndiriməlidir. 

Təfəkkür  prosesi  və  onun  nəticəsi  qarşılıqlı  əlaqəlidir.  Əqli 

fəaliyyətin nəticəsi olan anlayış, bilik təfəkkür prosesinin özünə da-

xil olur, onun sonrakı gedişini şərtləndirir. 

Məsələ  həlli  zamanı  insan  təfəkkürünün  sonrakı  fəaliyyətini 

təmin  edən, məsələnin indiyə  qədər  ona məlum  olmayan  yeni-yeni 

şərtləri və tələbləri müəyyən edilir. Təfəkkür fəaliyyətini şərtləndi-

rən səbəb məsələ həlli zamanı tədricən əmələ gəlir, formalaşır və in-

kişaf  edir.  Bu,  fikrin  ilkin  şərtlərində  əvvəlcədən  proqramlaşdırıl-



Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə