426
mır. Məsələ həllində arası kəsilmədən yeni-yeni şərtlər meydana
çıxır və inkişaf edir. Bu cəhətdən riyaziyyatın tədrisi xüsusi maraq
doğurur. Riyaziyyatın tədrisində, məsələ həlli metodikasının özündə
zəngin psixoloji məqamlar vardır. Buun təhlili o dərəcədə zəruridir
ki, onu bəzi müəlliflər xüsusi tədqiqat obyekti kimi seçmişlər. Mə-
sələn, L.M.Fridmanın monoqrafiyasında bu problemin müxtəlif as-
pektləri araşdırılmışdır. Həmin tədqiqat əsərində sübut olunmuşdur
ki, məsələ həlli prosesində fəaliyyətin alqoritmik və evristik cəhətlə-
ri optimal üzlaşmış olduğu halda təlim prosesinin keyfiyyəti yüksəl-
miş olur.
Təlim prosesinin bu və ya digər funksiyasının daha səmərəli
həyata keçirilməsinə yönələn konsepsiyaların işlənilməsi cəhdləri
psixoloqlar üçün xarakterik cəhətlərdəndir. İnkişafetdiricilik funk-
siyasının gücləndirilməsi ilə bağlı işlənilən konsepsiyalar bir çox
hallarda “inkişafetdirici təlim konsepsiyaları” da adlandırılır, əslin-
də bu termindən daha çox istifadə olunur, baxmayaraq ki, biz bunun
əleyhinəyik, amma ədalət naminə həqiqəti (reallığı) etiraf etməliyik.
Pedaqogika elmindən təlimin inkişafetdiricilik funksiyasının
yüksəldilməsi ilə bağlı dörd əsas konsepsiya bizə məlumdur
(L.V.Zankov, D.B.Elkonin-V.V.Davıdov, V.S.Biblerin və S.A.Amo-
naşvilinin konsepsiyaları). Bunlardan daha populyar olanı və bütün
təhsil pillələrində tətbiq ediləni D.B.Elkonin-V.V.Davıdov konsep-
siyasıdır. Bu alimlərin bütün təhsil strukturları üçün hazırladığı tə-
lim texnologiyası başqalarından prinsipcə onunla fərqlənir ki, bura-
da məktəblilərin nəzəri təfəkkürünün formalaşdırılmasına da çox üs-
tünlük verilir. Bu sistemdə həyata keçirilən təlim məktəblilərə yal-
nız bilik və praktik bacarıqları deyil, həm də elmi anlayışları, bədii
obrazları və mənəvi dəyərləri öyrətməklə təhsilin nəzəri səviyyəsini
xeyli yüksəldir.
Elkonin-Davıdovun təlim sistemində iki əsas metodik qayda-
ya əməl olunması tövsiyə olunur: 1) təlimin ilk mərhələsindən, şa-
gird məktəbə gəldiyi gündən bu və ya başqa şeylər, anlayışlar öyrə-
dilərkən onların mənşəyi və yaranması şəraiti haqqında nəzəri bilik-
lər verilməlidir; 2) şagird nəzəri bilikləri təlim fəaliyyəti prosesində
tədricən, mütəmadi olaraq mənimsəməlidir.
427
Yeri gəlmişkən, onu da qeyd edək ki, müasir məktəb praktika-
sında əməkdaşlıqla, layihələr metodu ilə, modullarla, müxtəlif sə-
viyyəli, biliklərin tam mənimsənilməsi və s. kimi təlim texno-
logiyaları daha geniş tətbiq olunur.
Təlim prosesinin idarəolunması baxımından xüsusi əhəmiyyət
kəsb edən məsələlərdən biri də yeni biliyin mənimsənilməsi ilə bağ-
lıdır. Biliklər anlayışlar və kateqoriyalar formasında dildə və işarə-
lər sistemində saxlanılır. Həmin biliklər sisteminə müvafiq anlayış-
ları mənimsəmək üçün hər birinin məzmununu və həcmini açmaq
lazım gəlir. Anlayışın məzmun və həcminin müəyyənləşdirilməsi
iki üsulla aparıla bilər, bunu ya müəllim izah edər, ya da təlimi
problem həlli yolu ilə şagird özü edə bilər.
Anlayışın yaranması məsələsi psixologiyada mərkəzi prob-
lemlərdən hesab olunur Anlayışlar sisteminin mənimsənilməsi pas-
siv deyil, aktiv prosesdir. Bu anlayışı mənimsəyən şəxsdən gərgin
əqli fəaliyyət tələb edir. Biliklərin mənimsənilməsi o zaman daha
müvəffəqiyyətli olur ki, insan onu özü müstəqil əldə etmiş olsun.
Yeni anlayışların mənimsənilməsi prosesi əvvəl əldə olunmuş bilik-
lər sisteminə yeni anlayışın daxil edilməsi kimi anlaşılmalıdır.
Anlayışın mənimsənilməsi, fikri fəaliyyətin mərhələlərlə mə-
nimsənilməsi, yaradıcı idrak fəaliyyətinin mexanizmi, qanunauy-
ğunluqları, inkişafın mənbə və şərtləri və s. ədəbiyyatda elmi əsas-
larla şərh olunmuş, psixologiyanın əldə etdiyi nəticələrə istinad
edən müxtəlif təlim konsepsiyaları nəzəriyyə və praktikada özünə
yer tapmışdır. Onlardan bəziləri pedaqoji fikrin və praktikanın öt-
müş mərhələsi hesab edilir, bəzilərinin isə birtərəfli olması həm nə-
zəri, həm də praktik cəhətdən əsaslandırılır. Qeyd olunan reallığın
səbəbləri sırasında aşağıdakılar da vardır.
1.
Təlim konsepsiyalarının bəzilərinin əsasına qoyulmuş psi-
xoloji nəzəriyyələrin özləri elmin inkişafında ötmüş mərhələnin
məhsuluna çevrilmişdir;
2.
Birtərəfli təlim konsepsiyalarında bu və ya digər əsaslar la-
zımınca qiymətləndirilməmişdir;
3.
Müxtəlif psixoloji nəzəriyyələrə əsaslanan layihələr təlim
sisteminə altsistemlərin təkmilləşdiririlməsi və onların uzlaşdırılma-
sı ideyası əsasında daxil edilməmişdir.
428
Mükəmməl təlim sistemi belə çatışmazlıqlardan uzaqdır. Bu
sistem biliyin və fəaliyyət üsullarının əldə olunmasını özündə daha
optimal şəkildə əxz edən layihələr üçün açıqdır. O, idrak prosesinin
tarixən formalaşmış yoluna adekvatdır.
Məktəb təliminin bütöv dövrü ərzində məktəbli bəşəriyyət tə-
rəfindən tarix boyu hasil və kəşf edilmiş hazır, təşəkkül etmiş, mə-
lum biliklər, anlayışlar sistemi ilə qarşılaşır. Ona görə də toplanmış
bilik sərvətinin mənimsənilməsi uşaqlardan geniş təfəkkür və ciddi
yaradıcı iş tələb edir.
Anlayışın formalaşması nəzəriyyəsinin müəllifləri (D.N.Bo-
qoyavlinski, N.A.Mençinskaya, E.N.Kabanova-Meller, L.V.Zankov
və başqaları) hesab edirlər ki, şagirdlərin əqli inkişafı üçün mühüm
stimul təlim prosesində intellektual çətinlikləri şagirdlərin aktiv şə-
kildə aradan götürməsidir. Vurğulayaq ki, mükəmməl təlim sistemi
məhz belə bir tələbin ödənilməsinə istiqamətlənir. L.V.Zankovun
konsepsiyasının didaktik prinsipləri bunlardır:
1. Yüksək çətinlik səviyyəsində təlim. Şagirdin “yaxın inki-
şaf zonası”ndakı çətinlikləri aradan qaldırılması onu inkişaf etdirir
və öz qüvvəsinə inamını möhkəmləndirir.
2. Nəzəri biliklərin aparıcı rolu. Söhbət sadəcə olaraq nəzə-
riyyənin öyrənilməsindən deyil, materialda mühüm əlaqələri, qanu-
nauyğunluqları açmaqdan gedir.
3. Materialın yüksək sürətlə öyrənilməsi. Öyrənilənlərin
təkrar-təkrar “çeynənilməsi” şəklində məşqlər zərərlidir. “Saqqız in-
kişafın ən qudurmuş düşmənidir”. Öyrənilmişlərin təkrarlanması zə-
rurəti yeninin öyrənilməsi zamanı qarşıya çıxır və onunla bağlanır.
4. Oxu prosesinin mahiyyəti məktəblilər tərəfindən başa
düşülməlidir. Şagird özünü tədris fəaliyyətinin subyekti keyfiyyə-
tində dərk edir: mən materialı necə yaxşı yadda saxlaya bilərəm, nə-
yi yeni öyrəndim, dünya haqqında təsəvvürlərim necə dəyişdi, mən
necə dəyişirəm?
5. Bütün şagirdlərin inkişafı üzərində müntəzəm iş. Şa-
girdlərin qabiliyyətlərinə görə fərqləndirilməsinə yol verilmir. Hər
kəs özünün inkişafı üzrə hərəkət edir, nəticədə imkanına görə müx-
təlif cür inkişaf etmiş şagirdlərin əməkdaşlığı baş verir.
Dostları ilə paylaş: |