Annotasiya


 Şəxsiyyətin inkişafı haqqında



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə27/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   236

 

83 


3.1. Şəxsiyyətin inkişafı haqqında 

tarixi nəzəriyyələrə xülasə 

 

Şəxsiyyət problemi, onun müxtəlif yönlərdən öyrənilməsi hələ 

antik filosofların marağına səbəb olmuş və Sokrat, Platon, Aristotel 

şəxsiyyətin  inkişafı  və  formalaşması  haqqında  dəyərli  fikirlər 

söyləmişlər. 

Şəxsiyyət  problemi,  onun  inkişafı,  tərbiyəsi  və  qarşılıqlı  əla-

qələri  Şərq  fəlsəfəsinin,  pedaqoji,  psixoloji  fikrinin  də  həmişə  hə-

dəfi  olmuş,  bu istiqamətdə  Nizami  Gəncəvinin,  Füzulinin,  Nəsimi-

nin,  Nəsirəddin  Tusinin,  Əvhədinin,  habelə  Sədi  Şirazinin,  İmam 

Qəzzalinin,  Cəlaləddin  Ruminin  və  başqalarının  dəyərli  fikirləri, 

şəxsiyyətin tərbiyəsinə dair qiymətli öyüd nəsihətləri məlumdur. 

Şəxsiyyətin  inkişafı,  tərbiyəsi,  yaş  xüsusiyyətləri  və  onun 

dövrləri  Azərbaycan  xalq  pedaqoji  fikrində  də  özünə  möhkəm  yer 

tutmuş,  bu  barədə  xalqın  düşüncə  və  fikirləri,  mülahizələri  bütün 

dövrlərdə yüksək dəyər və qiymətə malik olmuşdur. 

Şəxsiyyət probleminin tədqiqi ilə bağlı keçən əsrdən başlaya-

raq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə alimlər, xüsusilə 

pedaqoq  və  psixoloqlar  daha  ciddi  və  sistemli  tədqiqat  işləri  apar-

mış,  çoxsaylı  məqalələr,  elmi  əsərlər  yazıb-yaratmışlar.  Bu  sahədə 

aparılan tədqiqat işləri  çox  geniş  bir  sahəni  əhatə  etdiyindən  müəl-

liflər  şəxsiyyətin  çoxyönlü  sahələrini,  müxtəlif  cəhətlərini  diqqətlə 

araşdırmışlar. Digər tərəfdən də şəxsiyyət problemi ilə təkcə peda-

qoq və psixoloqlar məşğul olmamış, bu problemin tədqiqi ilə həm-

çinin filosoflar, sosiloqlar, bioloqlar, fizioloqlar, erqonomiklər məş-

ğul olmuş və problem bir çox humanitar elm sahələrinin – etika, es-

tetika, hüquq elminin həmişə tədqiqat obyekti olmuşdur. 

Pedаqоgikа  şəxsiyyəti  tərbiyənin  оbyekti,  fəаliyyəti  isə  sub-

yekti  bаxımındаn  öyrənir,  şəxsiyyətin  inkişаfındа  tərbiyənin  möv-

qeyini, onların qarşılıqlı əlaqələrini meydаnа çıxаrır. 

Bütün  bunlarla  bərabər  şəxsiyyət  probleminə  müxtəlif  cəhət-

lərdən  və  mövqelərdən  yanaşılmış,  xeyli  ciddi  əsərlər  yazılmış  və 

ardıcıl olaraq da bu sahə tədqiq edilməkdədir. 

Şəxsiyyət  dedikdə,  şüurlu  fəaliyyət  göstərən,  sosial  münasi-

bətlərdə iştirak edən, yaxşı əməllər sahibi olan, ətrаf aləmi yaxşılaş-




 

84 


dıran  və  ya  bu  barədə  düşünən  xeyirxah,  humanist  insan  nəzərdə 

tutulur. 

Şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı sistemli tədqiqat iş-

ləri 1930-cu illərdən etibarən başlamışdır. 1930-cu illərdə şəxsiyyə-

tin  əxlaq  tərbiyəsində  şüurlu  intizam  tərbiyəsinin  roluna  dair  ilkin 

tədqiqatlar  meydana  gəldiyi  zaman  B.B.  Komarovski,  A.O.Mako-

velski,  M.Rəhimli  refleksoloji,  biogenetik,  sosiogenetik  nəzəriyyə-

lər  irəli  sürdülər.  Həmin  dövrün  tədqiqatlarında  şüurlu  intizam 

tərbiyəsinin  yeni  yollar axtarışında şüuraltı və qeyri-şüuri proseslər 

pedaqoq  və  psixoloqların  əsas  diqqət  mərkəzində  idi.  Xarici  ölkə 

pedaqoji konsepsiyalarına, xüsusilə Avstriya alimi Z.Freydin tədqi-

qatlarına  o  zamanlar  hələ  qadağa  qoyulmamışdı.  Tədqiqatçılar  əx-

laqi  aktların  dəyişməsindən  (sublimasiyasından),  təcavüzkar  əməl-

lərin mexanizmlərinin öyrənilməsindən həvəslə yazır, uşaqlarla tər-

biyəvi  işin  elə  formasını  axtarırdılar  ki,  şəxsiyyətin  hərtərəfli  inki-

şafına, şəxsiyyətin mənəvi gücünün açılmasına imkan yarana bilsin. 

1930-cu illərin əvvəllərində irəli çəkilən şəxsiyyətin hərtərəfli 

və  harmonik  inkişafı  problemi  çox  keçmədi  ki,  tədqiqatlardan 

sıxışdırılıb çıxarıldı. 1950-1960-cı illlərdə sosial-fəlsəfi və pedaqoji 

ədəbiyyatda hərtərəfli inkişaf etmiş şəxsiyyət modeli yenidən üstün-

lük təşkil etməyə başladı. Amma hazırlanmış belə bir modeldə şəx-

siyyətin  ahəngdar  inkişafı  unudulmuş,  şəxsiyyətin  bütövlüyü  ide-

yası  öz  əksini  tapmamışdı.  Bəzi  pedaqoq  tədqiqatçılar  şəxsiyyətin 

hərtərəfli inkişafını peşə universallığı ilə eyniləşdirirdilər. 

Həmin dövrdə  "şəxsiyyət",  "hərtərəfli və ahəngdar inkişaf et-

miş  şəxsiyyət"  anlayışları  geniş  işlədilsə  də,  bunlar  əsasən,  siyasi-

ideoloji  yönümə,  partiyalılıq,  kommunist  əqidəsi  prinsipinə  tabe 

etdirilmişdi. 

1960-cı  illərdə  isə  şəxsiyyətin  inkişafı  və  formalaşdırılması 

pedaqoqlar  tərəfindən  daha  dialektik  şəkildə  başa  düşüldü.  Yeni 

tədqiqatlar hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyət nəzəriyyəsini 

zənginləşdirdi. Şagirdlərin şəxsiyyətinə güclü təsir göstərən bioloji, 

sosioloji, biososial və pedaqoji amillər arasındakı qanunauyğunluq-

lar  aşkar  edildi  və  tədqiq  edilməyə  başlandı.  İctimai  və  şəxsi 

maraqlar  probleminin  şəxsiyyətin  inkişafında  mövqeyi  aydınlaşdı-

rıldı,  bu  münasibətin  şəxsiyyətin  bütövlüyündə,  mənəvi  və  fiziki 




 

85 


cəhətdən inkişafında böyük rolu göstərildi. 

1960  və  1970-ci  illərdə  şəxsiyyətin  hərtərəfli  öyrənilməsi, 

şəxsiyyətin təlimini, tərbiyəsini və inkişafını qarşılıqlı əlaqədə, vəh-

dətdə-kompleks  olaraq  həyata  keçirilməsi  tədqiqat  işlərinin  mərkə-

zində  dururdu.  Şəxsiyyətin  inkişafına  kompleks  yanaşmaq  şəxsiy-

yətin  düzgün  tərbiyəsi  üçün  əsas  şərt  hesab  edilirdi.  Təəssüflər  ol-

sun ki, sonrakı illərdə bəzi tədqiqat işlərində şəxsiyyətin tərbiyəsin-

də bu ideya nəzərə alınmamışdı. 

1979  -  1980-cı  illərdə  sırf  şəxsiyyət  probleminə,  şəxsiyyətin 

inkişafına  və  formalaşmasına  həsr  olunmuş  kitablar  da  meydana 

gəldi.  Şəxsiyyət  problemini  ictimai-siyasi,  ideoloji  tərbiyəvi 

baxımdan tədqiqi ön planda durdu. 

1979  -  1980-ci  illərdə  Azərbaycan  pedaqoji  mətbuatında 

şəxsiyyətin "Fəal həyat mövqeyi" anlayışı tez-tez işlənir və tədricən 

pedaqoji  elmin  metodoloji  probleminə  çevrilirdi.  Bu  problem  fəl-

səfi,  tarixi,  sosioloji  aspektlərdən  tədqiq  olunmağa  başladı  və 

pedaqoji yönümdən ilkin araşdırmalar meydana gəldi. 

1979-cu  il  aprel  ayının  25-dən  27-dək  Bakı  şəhərində  keçiri-

lən  "Fəal  həyat  mövqeyinin  formalaşdırılması:  Mənəvi  tərbiyənin 

təcrübəsi  və  aktual  problemləri"  nə  həsr  olunmuş  Ümumittifaq 

Konfransında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 

geniş  məruzə  ilə  çıxış  etmişdir.  Məruzədə  şəxsiyyətin  fəal  həyat 

mövqeyinin formalaşdırılmasının əsas istiqamətləri, onun mahiyyə-

ti, məqsəd və vəzifələri şərh edilmişdir. Daha sonralar bu fikirlərin 

davamı  kimi  Ulu  öndərimniz  Heydər  Əliyev  Gənclərin  Birinci 

Ümumrespublika  Konfransında  şəxsiyyətin  inkişafının  səciyyəvi 

cəhətlərini,  onun  tərbiyəsinin  əsas  istiqamətlərini  göstərmiş,  xüsu-

silə  gənclərin  mənəvi  tərbiyəsinin  şəxsiyyətin  tərbiyəsində  mühüm 

rolu olduğu qeyd etmişdir. 

Fəal  həyat  mövqeyi  problemini  yeniyetmə  prizmasından  təd-

qiq edən müəlliflər göstərmişlər ki, fəal həyat mövqeyinin ilkin əla-

mətləri  uşaqlıq  dövründən  təzahür  etməyə  başlayır,  məktəb  illə-

rində, müstəqil əmək və ictimai fəaliyyət dövründə, əmək kollektiv-

lərində dinamik inkişaf xətti ilə formalaşır, mürəkkəb situasiyalarda

əqidələrin  sınağında  özünü  təsdiq  edib  yetkin  şəxsiyyətin  inteqral 

xassəsinə çevrilir. Problemi ilk dəfə akademik M.Mehdizadə ətraflı 




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə