|
Annotasiya
285
loniya prosesinə qoşulması ölkənin bütün ali təhsil müəssisələrinin tədri-
cən Boloniya standartları əsasında qurulmasına yönəldilmiş xəttin qətiləş-
dirilməsidir.
Avropada ali təhsil sistemində struktur dəyişikliyinin başlanmasını
XX əsrin 50-ci illərinin sonuna aid etmək olar. Avropada inteqrasiya pro-
seslərinin təməlini qoymuş olan (“Ümumi bazar” yaratmaq üçün) Roma
müqaviləsi imzalanmışdır.
Flamandiyalı müəlliflər – Kurt de Vita və Verxovena Avropada ali
məktəblərdə inteqrasiya proseslərinin inkişafını 3 dövrə ayırmışlar: 1957-
1982-ci illər; 1983-1992-ci illər; üçüncü – 1992-ci il Maastrixt müqavi-
ləsinin imzalanması ilə başlanır. Birinci dövr (1957-1982) hər şeydən
əvvəl “Ümumi bazar”a daxil olan ölkələrin Təhsil Nazirlərinin 1971-ci
ildə keçirilən görüşü ilə yadda qalmışdır. Bu görüşdə onlar aşağıdakı
məsələləri müzakirə etmişlər:
– diplomların qarşılıqlı tanınması;
– təhsil sahəsində koorporasiyalar (birliklər, ittifaqlar) yaratmaq;
– Avropa Təhsil İnkişafı Mərkəzini yaratmaq;
– təhsil sahəsində qeyri-milli institutların yaradılması.
1976-cı ildə “Ümumi bazar” çərçivəsində aşağıdakıları özündə
saxlayan fəaliyyət proqramı hazırlandı;
– ali məktəblərə qəbulda bərabər imkanların yaradılması;
– diplomların qarşılıqlı tanınması;
– birgə tədris proqramlarının qəbulu;
– qısamüddətli kadr hazırlığı kurslarının yaradılması;
– birgə informasiya siyasətinin həyata keçirilməsi;
– Avropa Universitetinin yaradılması.
1980-ci ildə bu proqrama uyğun olaraq EURYDICE informasiya şə-
bəkəsi formalaşmağa başladı. Bu şəbəkə çərçivəsində Avropa İttifaqına
daxil olan ölkələrin milli təhsil sistemlərinə aid müqayisə edilə biləcək və
etibarlı informasiya hazırlanır və yayılır.
1983-1992-ci illərdə Avropa İqtisadi Birliyi ölkələrində aşağı-
dakılar həyata keçirilmişdir:
AİB-ə üzv olan ölkələrin tələbələrinin eyni hüquqa malik olması
barədə əsasnamə qəbul edilmişdir.
Ali təhsil institutları arasında daha sıx əməkdaşlığı və müəllim-
lərin, tələbələrin və tədqiqatçıların sərbəst yerdəyişməsinin vacib olmasını
göstərən müqavilə imzalanmışdır.
Bu müqavilə həmçinin Comet, Erasmus, Lingua və Tempus proq-
ramlarının əsasını qoymuşdur.
286
Bütün bu prosesləri 1992-ci ildə Maastrixtdə keçirilmiş görüş daha
da möhkəmlətmişdir. Belə ki, bu görüşdə AİB-yi ölkələri öz aralarında
sərhədləri götürərək vahid pul, siyasi və iqtisadi dövlətlər ittifaqı yarat-
maq haqda müqavilə imzalayaraq qarşılarına Vahid Təhsil Sistemi yarat-
maq məqsədini də qoymuşlar.
Avropa Universitetləri rektorlarının iştirakı ilə 1988-ci ildə Boloni-
ya Universitetinin 900 illiyinə həsr olunmuş görüşdə “Universitetlərin
Ümumi Xartiyası” qəbul edilmişdir. Beləliklə, Avropada ali məktəblərin
struktur dəyişikliyinin müasir dövrü başlanmış və bu proses Boloniya
prosesi adlanır.
Avropa özünün ali təhsil sistemində islahatlar keçirərək addımlar
atanda ilk növbədə maraqlarından çıxış edir. Bu prosesə qoşulan hər bir
dövlət, xüsusən də ümumavropa məkanından kənarda olan və bu məkana
can atan postsovet ölkəsi bilməlidir ki, özünün imkanlarından, inkişaf
səviyyəsindən asılı olaraq orada müxtəlif rollarda təmsil oluna bilər: bu
prosesin tam hüquqlu iştirakçılarına və ya təsir obyektinə çevrilmək olar.
Tam hüquqlu iştirakçı olmaq üçün ölkənin ali məktəblərinin səviyyəsinin
yüksəldilməsi, rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində köklü
dəyişikliklərin edilməsi, onların maddi-texniki bazasının tam təmin olun-
ması tələbi qarşıya çıxır. Ən başlıca vəzifə isə tədrisin və aparılan elmi
tədqiqat işlərinin keyfiyyətinin, uyğun olaraq, hazırlanan mütəxəssislərin
peşəkarlıq səviyyəsinin Avropa standartları səviyyəsinə qaldırılmasıdır.
Yalnız bundan sonra standartları yüksək olan ümumavropa ali təhsil
məkanına tam dəyərli qoşulmaqdan söhbət gedə bilər. Əks halda ölkə bu
sahədə həmin məkanın periferiyasına çevrilmək, daim geridə qalmaq təh-
lükəsi ilə üzləşə bilər.
Boloniya prosesi Avropada ali təhsili müasir dövrün tələbləri
səviyyəsinə qaldırmaq, onu dövrün mürəkkəb sosial-iqtisadi, siyasi,
mədəni və digər problemlərinin həllində öz funksiyalarını yerinə yetirə
bilmək qabiliyyətini təmin etmək üçün onu yeniləşdirmək, ən başlıcası isə
bu işlərdə Avropa potensialını səfərbər edərək bütün ölkələrin imkan-
larından tam istifadə etmək məqsədi daşıyır. Boloniya prosesi Avropa ali
təhsil sistemini əhatə edən və yalnız bu sahənin çərçivəsində məhdudlaşan
tədbirlər toplusu deyildir, o, Avropanın ümumdünya miqyasında yeritdiyi
qlobal strategiyanın bir hissəsidir. O, özündə çoxşaxəli fəaliyyət və
tədbirlər kompleksi nəzərdə tutur.
Boloniya prosesinin Azərbaycanda tətbiqinin ən böyük problemlə-
rindən biri onun fəlsəfəsinin axıra kimi dərk edilməsi, mahiyyətinin aş-
karlanması, məqsəd və vəzifələrinə aydınlıq gətirilməsində olan çatış-
mazlıqlarla bağlıdır.
Dostları ilə paylaş: |
|
|