273
bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-
kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadi-
sələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini mü-
əyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. Azərbaycan
Respublikasında ümumi orta təhsil icbaridir və müvafiq təhsil
proqramına əsasən həyata keçirilir.
Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparı-
lır və təhsili başa vuran təhsil alanlara müvafiq dövlət sənədi verilir.
Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviy-
yədə davam etdirilməsi üçün əsas sayılır.
Tam orta təhsil səviyyəsində təhsil alanların istedad və qabi-
liyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə
hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri də-
yərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və
tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya
texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə
etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən
birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.
Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil
proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil
səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və
digər) təmin olunur. Dövlət təhsil müəssisələrində tam orta təhsil
pulsuzdur. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq
qaydada dövlət nümunəli sənəd-attestat verilir.
Ümumiliyi, vahidliyi, əmək istiqamətli olması, politexnik
xarakter daşıması, milli mədəniyyətə istinad etməsi, fərdi qabi-
liyyətləri nəzərə alması ümumi orta təhsilin başlıca xüsusiyyət-
lərindəndir. Milliyyətindən, dilindən, mənşəyindən, dinindən asılı
olmayaraq hər bir oğlanın, hər bir qızın öyrənməli olduğu zəruri bi-
liklərin, bacarıq və vərdişlərin, davranış qaydalarının məcmusu
ümumi təhsilin məzmununu təşkil edir. Ümumi təhsil imkan verir ki,
gələcək peşəsindən, ixtisasından asılı olmayaraq hamının şəxsiyyəti
normal inkişaf edə bilsin. Ümumi təhsil cəmiyyətdə adamların bə-
rabər mövqe tutmalarına şərait yaradır.
Təhsil səviyyələri müxtəlif olan şəxslər, adətən, cəmiyyətdə
başqa-başqa mövqe tuturlar. Ümumi orta təhsili olan şəxs xalq tə-
274
sərrüfatının bir sahəsindən digər sahəsinə sərbəst keçməyə və orada
fəaliyyət göstərməyə imkan qazanır. Ümumi orta təhsil mənəvi və
əxlaqi inkişafın, fiziki və estetik kamilləşməyin bünövrəsidir. Bu
əsasda hər bir şəxs öz qabiliyyətlərini maksimum inkişaf etdirə bi-
lər. Təhsilin ümumiliyi və vahidliyi bir-birindən ayrılmazdır. Ümu-
mi orta təhsilin vahidliyi əsasən onun məzmununda ifadə olunur.
Ümumi orta təhsilin politexnik istiqaməti iki cəhətdən səciyyələnir:
politexnik biliklər və politexnik bacarıqlar. Ümumiyyətlə, şagirdlər
üçün ümumi olan, əmək və politexnik səciyyə daşıyan, milli mə-
dəniyyətə istinad edən və şagirdlərin fərdi xüsusiyyətlərini nəzə-
rə alan təhsil ümumi orta təhsil hesab edilir. Ölkəmizdə orta
ümumi təhsilin bu cəhətləri yüksək dəyərləndirildiyindən onun ic-
bariliyi qəbul olunmuşdur.
8.8.3. İlk peşə-ixtisas təhsili
İlk peşə-ixtisas təhsili - əmək bazarının tələbatına uyğun ola-
raq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər
və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin
edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq
peşə-ixtisas təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün xüsusi
razılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların, müəssisələrin, əmək
birjalarının, məşğulluq idarələrinin və digər müvafiq qurumların
təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqa-
mətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır. İlk peşə-
ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. İlk
peşə-ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qə-
bul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququ-
na malikdirlər.
8.8.4. Orta ixtisas təhsili
Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına
uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-
ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təh-
silli mütəxəssis hazırlığını təmin edir. Orta ixtisas təhsili əsasən kol-
leclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq
275
strukturlarda həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin ve-
rilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar. Orta ixti-
sas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta
ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nü-
munəli sənəd-diplom verilir. Orta ixtisas təhsili haqqında sənəd ali
təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil
pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali
təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini
yüksək nəticələrlə başa vuran məzunların-subbakalavrların topladıq-
ları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada, uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır.
8.8.5. Ali təhsil
Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nə-
zərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji
kadrların hazırlığı həyata keçirilir. Azərbaycan Respublikasının ali
təhsil müəssisələrində mütəxəssislər və elmi pedaqoji kadrlar hazır-
lığı üç səviyyəlidir.
bakalavriat ;
magistratura ;
doktorantura.
Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas
təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş
profilli ali təhsilli mütəxəssislər hazırlanır.
Bakalavriat. “Bakalavr”, latın dilində “dəfnə yarpağı” demək-
dir. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat bitirən
məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat
təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali
təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bü-tün
digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bakalvr dərəcəsi dövlət imtahanı ilə və ya “Buraxılış işi”
ilə Yekun Dövlət Attestasiya Komissiyası tərəfindən yekunlaşdı-
rılır, qiymətləndirilr.