267
komitəsi bir nazirlikdə birləşsə də, bəzi başqa nazirliklərin tabeli-
yində olan tədris müəssisələri də vardır. Tədris müəssisələrinin
hazırkı yerləşmə və idarəolunma vəziyyəti nəzərə alınarsa, “təhsil
sistemi” anlayışının işlənilməsi məqsədəuyğun sayılır .
Təhsil sistemi anlayışını üç əsas əlamət səciyyələndirir. Birin-
ci əlamət təhsil sisteminin konkret ölkə ilə bağlılığıdır. Hər ölkənin
özünəməxsus, özünün sosial-iqtisadi və mədəni-siyasi vəziyyətinə
uyğun gələn təhsil sistemi vardır. İkinci əlamət tədris müəssisə-
lərini nəzərdə tutur. Bu və ya digər ölkədə mövcud olan təhsil sis-
temi təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin mövcudluğuna
işarədir. Mövcud tədris müəssisələri bu cür əlaqələr sayəsində sis-
tem əmələ gətirir.
Göstərilən əlamətlərə istinad edərək, təhsil sistemi anlayışına
belə tərif vermək olar: bu və ya digər ölkədə qarşılıqlı əlaqə şərai-
tində fəaliyyət göstərən tədris müəssisələrinin məcmusu təhsil sis-
temidir.
Təhsil sistemi ölkənin iqtisadi- siyasi və mədəni səviyyəsi ilə
əlaqədar təşəkkül tapır və inkişaf edir. Təhsil sistemləri tam eyniyyət
təşkil edən ölkələr yoxdur. Nəinki yüksək dərəcədə inkişaf etmiş öl-
kələrin, hətta inkişafa qədəm qoymuş ölkələrin təhsil sistemləri də
bir-birindən fərqlənir. Bu fərqin səbəbi həmin ölkələrdə həyata ke-
çirilən ictimai-iqtisadi siyasətin və mədəni inkişafın müxtəlifliyidir.
İctimai-iqtisadi quruluşun dəyişməsi və inkişafı ilə əlaqədar
təşəkkül tapan və formalaşan təhsil sistemi öz növbəsində cəmiyyə-
tin sonrakı inkişafına, sosial-iqtisadi və mədəni inkişafa təkan verir.
Cəmiyyətin necəliyi, mənəvi sərvətin zənginlik dərəcəsi müəyyən
mənada təhsil sisteminin necəliyindən asılıdır. Nəzərə alınmalıdır
ki, cəmiyyətdə sosial-iqtisadi həyat dəyişdikcə təhsil sistemi də vax-
taşırı dəyişir.
Təhsil sisteminə aşağıdakılar daxildir:
- bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul
olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini
və onun inkişafını təmin edən elmi tədqiqat institutları və informasi-
ya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik
və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri,
268
kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar,
yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri;
- təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət
göstərən müəssisə və təşkilatlar;
- təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları,
assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.
8.5. Təhsilin məzmununa və təşkilinə
dair ümumi tələblər
Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıda-
kılardır:
təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rə-
qabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliy-
yət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;
öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbu-
lunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak et-
mək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş
formalaşdırmaq;
təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, mü-
asir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnmə-
sini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi
inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər
imkanlı olmasını təmin etmək;
yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə,
yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqa-
mət tapmaq bacarığını formalaşdırmaq;
cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr po-
tensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;
təhsil müəssisələrində tədris prosesinin təhsilalanların və
təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulması-
nı təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zora-
kılığa yol verməmək.
269
Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər “Təhsil
haqqında Azərbaycan Respublikasının Qanunu” və digər normativ
hüquqi aktlarla tənzimlənir.
8.6. Təhsilin və təhsilalmanın formaları
Azərbaycan Respublikasında formal, qeyri-formal, informal
təhsil formaları tətbiq olunur.
formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa ça-
tan təhsil formasıdır;
qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və
fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi
ilə müşayiət olunmayan təhsil formasıdır.
informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələn-
mənin formasıdır.
Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti or-
qanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafə-
dən), sərbəst təhsilalma formaları müəyyən olunmuşdur və təhsil-
alma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna
bilər. Fərdi təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kə-
narda qalmış şəxslər, habelə müəyən bir sahə üzrə xüsusi istedadı ilə
fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır. Evdə təhsil
müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə
təşkili formasıdır. Zəruri hallarda, müasir təhsil texnologiyalarından
istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.
8.7. Təhsil müəssisəsi
Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu mü-
vafiq qanunvericiliyə uyğun müəyyən edilir. Azərbaycan Respubli-
kasında mülkiyyət növünə görə dövlət, bələdiyyə, özəl təhsil müəs-
sisələri fəaliyyət göstərir.
Dostları ilə paylaş: |