260
ləndirilən və hüquqi sənədlərdə təsbit olunan nəticəsidir”. Göründü-
yü kimi, tərifin müəllifləri “qeyri-formal təhsil” anlayışını nəzərə al-
mamışlar, hansı ki, sözügedən təhsil forması qüvvədə olan qanun-
vericilikdə təsbit olunmuşdur.
Təhsilə belə bir tərif vermək daha doğru olar:
“Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin
intellektual və emosional sferalarının inkişaf etdirilməsi və həya-
ta hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq, təc-
rübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.”
***
Təhsil prosesində insan mədəni dəyərləri (elm, incəsənət, memarlıq,
tarixi irs və s.) mənimsəyir, nəticədə qarşılıqlı təsirlər nəzərə alınaraq
müxtəlif mədəniyyətlər əsasında mədəni dəyərlər vasitəsilə gənc nəslin
təhsili və tərbiyəsi prosesinin elmi əsaslarla həyata keçirilməsi təmin
edilir. Bu halda qarşılıqlı təsir, insanlar tərəfindən yeni mədəni dəyərlərin
mənimsənilməsi və yenidən qurulması çərçivəsində əsl yaradıcılıq prosesi
kimi qəbul edilir və mədəniyyətin dinamik aspektilə birbaşa bağlı olur.
Təhsil uzun illər ərzində nəsillər tərəfindən toplanmış bilik və mədəni
dəyərlərin ötürülmə prosesi olduğundan, ona aşağıdakı aspektlərdən
yanaşılması daha məqsədəmüvafiqdir:
- pedaqoji sistemin kultroloji paradiqması çərçivəsində;
- çoxmədəniyyətli təhsilin formalaşdırılması əsasında;
- təhsil sisteminin mədəni-tarixi formasının təşkili şəraitində;
- tədris fənlərinin təhlilinin kultroloji istiqamətlilik bazasında;
- təhsil subyektlərinin mədəni səviyyəsinin (öyrənənlərin pedaqoji
və əqli mədəniyyəti) inkişaf yolları və vasitələri əsasında;
- xalqın, millətin, etnosun mədəni təhsil ənənələrinin ümumiləş-
dirilməsi, saxlanılması və dirçəldilməsi əsasında.
Təhsil insanların sosiallaşma təcrübəsi və nəsillərin varisliyi
əsasında təzahür edir. Ona görə də təhsil tarixi və sosial təcrübənin yeni-
dən istehsalı və ötürülməsi, eyni zamanda yeni yetişən gənc nəslin təfəkkü-
ründə siyasi və iqtisadi reallıqları, ictimai və mədəni inkişafın yeni ori-
yentirlərini möhkəmləndirməyə və inkişaf etdir-məyə imkan verir. Təsadü-
fi deyildir ki, təhsilin ən mühüm vəzifələrindən biri gənc nəsli sərbəst hə-
yata və gələcəyə hazırlamaq, kamil insanın, şəxsiyyətin formalaşmasını
təmin etməkdir. Təhsilin sosial funksiyası isə bir tərəfdən insan şəxsiy-
261
yətinin formalaşmasını təmin etməkdirsə, digər tərəfdən nəsilləri aşa-
ğıdakı parametrlərlə xarakterizə olunan həyat fəaliyyətinə hazırlamaqdır:
- cəmiyyət tərəfindən qəbul olunmuş həyat tərzinin formalaş-
dırılması;
- həyat fəaliyyətinin müxtəlif formalarının (təhsil, əmək, ictimai-
siyasi, peşəkar-mədəni, ailə-məişət, asudə) mənimsənilməsi;
- quruculuq və yaradıcılıq üçün insanın mənəvi potensialının in-
kişafı.
Müasir yanaşmalar əsasında artıq təhsilin – sistem, proses, nəticə
və dəyər olduğu müəyyənləşdirildiyindən və rəqabətədavamlı insanın for-
malaşmasında əvəzolunmaz əhəmiyyət daşıdığından onun aşağıdakı
modellərinin araşdırılması vacibdir.
Təhsilin müəssisə (dövlət) modeli. Bu halda təhsil sisteminə
xalq təsərrüfatının müxtəlif sahələrində sərbəst fəaliyyət göstərən dövlət
hakimiyyətinin strukturu kimi baxılır. Təhsilin məzmunu, təhsil müəssisə-
sinin, tədris fənlərinin, bütövlükdə təhsil sisteminin nomenklaturasının və
onun məqsədinin müəyyənləşdirilməsi mərkəzləşmiş qaydada, idarəçilik
prinsipləri əsasında qurulur. Təhsil müəssisəsi birmənalı administrativ
formada xüsusi qurumlara tabe olur və onların fəaliyyətinə bu qurumlar
tərəfindən nəzarət edilir. Belə struktur, fəaliyyət əhalinin müxtəlif təbəqə-
lərinin təhsil sahəsində tələbatını təmin etməyə imkan verir.
Təhsilin ənənəvi modeli. Bu model qabaqcadan sistemləşdi-
rilmiş akademik təhsil modeli olmaqla, gənc nəslə mədəniyyətin klassik
elementlərinin verilməsini, yenidən hasil və ya təkrar istehsal edilməsini
əsas götürərək, təhsil prosesini qurmağın xüsusi üsulu hesab edilir. Bu
modelin tərəfdarları təhsilin əsas rolunu gənc nəslə sivilizasiyanın mədəni
ənənələrinin saxlanılması və ötürülməsində görürlər. Burada hər şeydən
əvvəl həm insanın şəxsi inkişafı, həm də sosial nizamın saxlanılması üçün
bilik, bacarıq və vərdişlərin, yüksək ideyalar və dəyərlərin müxtəlifliyi,
çeşidliliyi nəzərdə tutulur. Ənənəvi təhsil modelinin konsepsiyasına uyğun
təhsil sistemi, mədəni təhsil ənənələri əsasında baza bilik, bacarıq və
vərdişlərin formalaşması ilə bağlı elə məsələlərin həllinə üstünlük verir ki,
qazanılmış bacarıqlar əsasında insan sərbəst olaraq yeni ranqda olan
bilik və bacarıqlara yiyələnə bilsin.
Təhsilin rasionalizmə əsaslanan modeli. Bu model, hər şeydən
əvvəl gənc nəslin mövcud cəmiyyətin ehtiyaclarını ödəmək məqsədilə tələb
olunan bilik, bacarıq, vərdiş və praktik qabiliyyət-lərin formalaşmasını
təmin etmək üçün elə təşkilati formalardan istifadə olunmasını nəzərdə
tutur ki, onlar mövcud dünyanın tələblərinə cavab verə bilsin. Bu model
çərçivəsində yalnız elə mədəni dəyərlər mənimsədilir və ötürülür ki, onlar
Dostları ilə paylaş: |