282
Magistr dissertasiyası işinin icrası və müdafiəsi magistranta
təhsil illəri ərzində qazandığı bilikləri sistеmləşdirməyə, möhkəm-
ləndirməyə, iхtisas üzrə nəzəri biliklərini və praktik bacarıqlarını
daha da gеnişləndirməyə, kоnkrеt еlmi-pedaqoji, tехniki, iqtisadi,
istеhsal və digər məsələləri həll еtməyə imkan vеrir, оnlarda müstə-
qilliyi, yaradıcılığı inkişaf еtdirir, еlmi tədqiqat mеtоdlarından is-
tifadə еtmək və еkspеrimеnt qоymaq qabiliyyətini aşılayır.
Magistr dissertasiyası sırf müstəqil еlmi-tədqiqat хaraktеri da-
şısa da bu əsas etibarilə tədris-tədqiqat işlərinə aid olur. Yəni ma-
gistr dissertasiyası magistraturanın tədris proqramı ilə sıx bağlı olur.
Belə elmi tədqiqat işinin yazılmasında əlbəttə, magistrantdan böyük
elmi yenilikləri, elmi problemləri həll etməsini, kəşflər, ixtiralar et-
məsini gözləmək də olmaz. Magistr dissertasiyasının yazılmasında
əsas məqsəd magistrantın müstəqil elmi-tədqiqat işləri aparması,
müstəqil elmi axtarışlar etməsi, elmi problemlərə peşəkarcasına
yanaşması və onun həlli yollarını öyrənməkdir.
Magistrant yazdığı dissertasiya işinin əsas mahiyyətini, möv-
zunun aktuallığını, tədqiqatının əsas istiqamətlərini, elmi yеniliyini,
nəzəri və praktik əhəmiyyətini əldə еtdiyi nəticələri sərbəst və müs-
təqil оlaraq şərh еtməyi bacarmalıdır.
Dissertasiya işinin müdafiəsinə hazırlıq uzun müddət sürən
gərgin zеhni əməyin məhsuludur. Dissertasiya işinin yazılmasında
magistrantda bir sıra idrak qabiliyyətləri, tədqiqatçılıq bacarıqları ilə
yanaşı, gələcək mütəхəssisə хas оlan müsbət əхlaqi kеyfiyyətlər də
fоrmalaşır, оnun bir şəхsiyyət kimi inkişafı təmin еdilir.
8.8.6. Doktorantura
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və
elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin
yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsil müəssisə-
lərində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təh-
sil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq el-
mi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəs-
sisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şura-
larının vəsadəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.
283
Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəy-
yən edilir:
fəlsəfə doktoru - elm sahələri göstərilməklə;
elmlər doktoru - elm sahələri göstərilməklə.
“Doktor” sözü latınca “doctus” yəni “Öyrədilmiş” “Biliklən-
miş”, “Təkmilləşmiş” kimi mənaları verir. Bu elm sahəsində veril-
miş ən yüksək dərəcə sayılır. İlk doktor elmi dərəcəsi, tarixi mənbə-
lər görə 12 iyul 1219-cu ildə Boloniyada Papa III Honorius tərəfin-
dən verilmişdir.
Elmlər doktoru elmi dərəcəni almaq üçün fəlsəfə doktoru elmi
dərəcəsini almış şəxs hazırladığı dissertasiyanı mütəxəssislərin
iştirakı ilə təşkil olunmuş şura və azad iştirakçılardan ibarət publika
qarşısında müdafiə etməli idi.
Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə
almış şəxslərə müəyyən edilmiş qaydada elmi dərəcəni təsdiq edən
vahid formada dövlət nümunəli sənəd-diplom verilir.
Ali təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan
elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi doktorantura və
dissertantura yolu ilə reallaşdırılır.
Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliy-
yət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qayda-
da elmi adlar verilir. Dosent və professor elmi adlarının verilməsi
qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü-
əyyən olunur. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin
Fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor
(doktor) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsi-
nin nizamnaməsi ilə müəyyən edilir.
***
Daim bütövləşməkdə olan dünyanın hər hansı bir nöqtəsində baş
verən geniş miqyaslı ictimai hadisə və proseslər bütün ölkə və xalqların
həyatına təsir edir. Dünyada formalaşmış vahid ictimai-iqtisadi, siyasi-
mədəni məkan bu günün reallığıdır. Bütün bəşəriyyət sözügedən reallıqla
hesablaşmağa “məhkumdir” və bütün sahələrdə bu reallığı nəzərə almaq
zərurəti ilə qarşılaşır.