Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə80/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   236

 

248 


aşkar edilməsindən ibarətdir. 

Didaktikanın problemləri ilə S.T.Şatski, P.P.Blonski, P.N.Qruz-

dev, N.K.Qoncarov, B.P.Yesipov, N.A.Sorokin, Q.İ.Şukina, M.N.Ska-

tkin,  İ.Y.Lerner,  M.İ.Maxmutov,  M.A.Danilov,  Y.K.Babanski, 

M.M.Mehdizadə,  M.Muradxanov,  N.M.Kazımov,  A.O.  Mehrabov, 

Ə.Ə.Ağayev, Y.Ş.Kərimov, Ə.Ə. Abbasov, Ə.X.Paşayev, F.A.Rüs-

təmov, B.A.Əhmədov və başqaları xüsusi məşğul olmuşdur. 

Hazırda təhsil və təlim prosesini və ya onun ayrı-ayrı aspekt-

lərini  təsvir  və  izah  etmək  üçün  onlarla  müxtəlif  modellər  işlənib 

hazırlanmışdır. Bu modellərdə Komenski-Herbart klassik modelinin 

Dyuinin mütərəqqi nəzəriyyəsi və təlimin yeni nəzəriyyələri ilə uz-

laşması açıq-aşkar görünür. Bu onu sübut edir ki, əvvəlki pedaqoq-

lar  nəslinin  əldə  etdiyi  elmi  qənaətlər  inkar  edilmir,  əksinə  onların 

bütün müsbət cəhətləri sonradan yaranan nəzəriyyələrə daxil edilir. 

Didaktikanın əsas məqsədi təlim prosesinin qanunauyğunluq-

ları  əsasında  təhsilin  məzmununun  şagirdlər  tərəfindən  maksimum 

səmərəli mənimsənilməsini, onların tərbiyə olunmasını və inkişafını 

təmin  edən  yolların  və  şərtlərin  müəyyənləşdirilməsidir.  Didaktika 

mütəxəssisləri  çalışırlar  ki,  bəşəriyyətin  əldə  etmiş  olduğu  ictimai 

təcrübənin,  bilik  və  bacarıqların  gənc  nəslə  öyrədilməsində  müəl-

limlərin və şagirdlərin zəhmətini mümkün qədər yüngülləşdirsinlər. 

İctimai-iqtisadi  inkişafın  tələblərini  öyrənmək,  bu  tələblərə  uyğun 

təhsilin  hər  mərhələsinin  məqsəd  və  vəzifələrini  konkretləşdirmək, 

həmin məqsəd və vəzifələri nəzərə alaraq təhsilin məzmununu mü-

əyyənləşdirmək didaktikanın öhdəsinə düşür. 

 

 



7.3. Didaktikanın qolları və əsas anlayışları 

 

Pedaqogikanın  formalaşmış  sahələrindən  biri  olan  didaktika 

özü qollara şaxələnmişdir: ümumi didaktika, xüsusi didaktika, mək-

təbəqədər təlim-tərbiyə didaktikası, məktəb didaktikası, ilk-peşə ix-

tisas  məktəbi  didaktikası,  orta  ixtisas  məktəbi  didaktikası,  ali  mək-

təb didaktikası, hərbi təhsil didaktikası, yaşlıların təhsili didaktikası, 

xüsusi  məktəb  didaktikası,  ixtisasartırma  didaktikası,  əlahiddə  didak-

tika və s. 




 

249 


Ümumi didaktika təlim və təhsil haqqında nəzəriyyə kimi ba-

şa  düşülür.  Didaktikanın  tədqiqat  obyekti  təhsil  prosesidir.  Onun 

predmeti isə didaktik münasibətlərdən, bu münasibətlərin mücərrəd 

səviyyədə  modelləşdirilməsindən  ibarətdir.  Didaktika  müəllimin 

rəhbərliyi  altında  verilən  təhsil  növünü  (yəni  təlimi)  “müəllim-va-

sitə-şagird”  (və  ya  tələbə)  sistemi  dairəsində  tədqiq  edir,  müstəqil 

təhsili isə “öyrənən-material” sistemi çərçivəsində araşdırır. Təlim–

tərbiyə  müəssisələrində  təhsil  müəllimin  rəhbərliyi  altında  verildi-

yindən orta məktəb didaktikası, əsasən təlim haqqında nəzəriyyə he-

sab  edilir.  Ümumi  didaktika  təlim  prosesinin  obyektiv  qanunauy-

ğunluqlarını, onları şərtləndirən amilləri üzə çıxarmağa çalışır. Söh-

bət  bu  və  ya  digər  fənnin,  yaxud  bir  qrup  fənnin  tədrisi  qanunauy-

ğunluqlarından deyil, bütün fənlərin tədrisinə xas olan ümumi qanu-

nauyğunluqlardan  gedir.  Ümumi  didaktika  müəyyən  etmişdir  ki, 

məsələn,  bütün  fənlərin  tədrisində  təkrar  olunan  səciyyəvi  hallar 

vardır; müəllim və şagird fəaliyyətinin bir-birini şərtləndirməsi, təd-

ris vəzifələrini şagirdlərin başa düşməsinə müəllimin rəhbərliyi; təd-

ris  vəzifəsinə  uyğun  gələn  obyektlərin  əlamətlərinə  aid  şagirdlərdə 

təsəvvürlərin əmələ gəlməsi və bu əsasda anlayışların formalaşdırıl-

ması; təlim zamanı formalaşan anlayışların əməli işə tətbiqi; biliyin 

tətbiqi zamanı bacarıq və vərdişlərin formalaşması və s. 

Xüsusi  didaktikaların  (bunlara çox  vaxt “metodikalar”  deyir-

lər; bəzi ədəbiyyatda “xüsusi didaktika”  əvəzinə “fənn didaktikası” 

anlayışı  da  işlədilir,  təbii  ki,  “ümumi  didaktika”  anlayışı  ilə  yanaşı 

“xüsusi didaktika” anlayışının işlənilməsi daha məntiqidir) vəzifəsi 

konkret  fənlərin  təlimi  xüsusiyyətlərini  meydana  çıxarmaqdan  iba-

rətdir.  Ümumi  didaktika  ayrı-ayrı  fənlərin  tədrisi  metodikasına  və 

xüsusi  didaktikaya  əsaslansa  da,  onlara  xas  spesifik  halları  özündə 

ehtiva etmir. Halbuki, konkret fənni (məsələn, botanikanı, zoologi-

yanı, insan anatomiyası və fiziologiyasını, ümumi biologiyanı) təd-

ris edən müəllim üçün iki cəhəti: ümumi didaktikanın müəyyənləş-

dirdiyi qanunauyğunluqların konkret fənnin tədrisində necə təzahür 

etdiyini və konkret fənnin tədrisi üçün səciyyəvi olan qanunauyğun-

luqları  bilməsi  daha  vacibdir.  Xüsusi  didaktikaya,  məsələn,  bioloji 

fənlərin  tədrisi  problemlərini  ümumiləşmiş  şəkildə  əhatə  edən  bio-



 

250 


logiyanın  tədrisi  metodikası,  fizikanın  ayrı-ayrı  sahələrinin  tədrisi 

məsələlərini əhatə edən fizikanın tədrisi metodikası və s. aiddir . 

Ümumi didaktika bütün xüsusi didaktikaları ümumiləşmiş şə-

kildə özündə birləşdirir və onların özəyinə çevrilir, fənlərin tədrisinə 

vahid mövqedən yanaşılmasına imkan verir. 

Didaktikanın  əsas  anlayışları.  Pedaqogikanın  ən inkişaf  et-

miş sahəsi və özünün dəqiq müəyyənləşmiş tədqiqat mövzusu olan, 

habelə  konkret  məsələləri  əhatə  edən  didaktika  bir  sıra  anlayışlara 

istinad edir: təhsilin məzmunu, təhsil sistemi, təhsil sisteminin prin-

sipləri, təhsilin məqsədi, təlim, təlimin mahiyyəti, təlimin mərhələ-

ləri,  təlim  prinsipləri,  təlim  üsulları,  təlimin  təşkili  formaları,  təlim 

vasitələri,  müəllim,  şagird,  dərs,  dərsin  tipləri,  dərsin  mərhələləri, 

təlimdə  mənimsəmə,  təlim  texnologiyaları,  müvəffəqiyyət,  nailiy-

yət, mənimsəməyə nəzarət, şagird nailiyyətlərinin qiymətləndirilmə-

si, bilik, bacarıq , vərdiş və s. 

 

 

 



7.4. Didaktika və idrak nəzəriyyəsi 

 

Didaktikanın problemlərindən biri elmi idrakla təlim arasında 



əlaqənin mahiyyətini açmaqdan ibarətdir. Bu əlaqə qarşılıqlıdır. İc-

timai inkişafın bütün mərhələlərində sözügedən qarşılıqlı əlaqə özü-

nü göstərir. 

Cəmiyyətin  yaşaya  bilməsi  üçün  mühüm  şərtlərdən  biri  odur 

ki, insanlar dünyanın obyektiv inkişaf qanunlarını dərk etsinlər, hə-

min qanunlardan  əməli şəkildə istifadə etməyin  yollarını müəyyən-

ləşdirsinlər.  İkinci  mühüm  şərt  dərk  olunmuş  qanunların  və  onlar-

dan istifadə yollarının gənc nəslə çatdırılmasından ibarətdir. Birinci 

şərti  yerinə  yetirmək  elmi  idrakın,  ikincini  yerinə  yetirmək  təlim 

prosesinin,  təlimi idrakın  funksiyasıdır.  Bu  iki  müxtəlif məqsəd  və 

mahiyyət daşıyan, lakin vəhdət təşkil edən prosesləri - təlim prose-

sini  və  idrak  prosesini  nə  eyniləşdirmək,  nə  də  birini  o  birindən 

uzaq  hesab  etmək  olmaz.  Təəssüf  ki,  bəzi  didaktlar  bu  iki  proses 

arasında olan fərqləri aydın şərh edirlər, lakin onların vəhdətini unu-

durlar, bəziləri isə təlim prosesinin təşkilini idrak prosesinin gedişi 

kimi qələmə verməklə şagirdlərin yaş xüsusiyyətlərini və imkanları-

nı nəzərə almağı yaddan çıxarır və beləliklə də, əslində didaktikanın 



Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə