Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə78/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   236

 

242 


Pedaqoji  fikir  tarixində  Y.A.Komenski  didaktikanın  əsasını 

qoymuşdur.  Y.A.Komenski  “Böyük  didaktika”  əsərini  yazmaqla 

didaktikanın “elmi-pedaqoji-metodik” sistemini yaratmışdır. 

1632-ci ildə çex dilində yazılmış və ilk dəfə olaraq 1657-ci il-

də  Amsterdamda  latın  dilində  çap  olunmuş  “Böyük  didaktika”  elə 

bir tarixi şəraitdə yazılmışdır ki, bu zaman feodalizm cəmiyyətində 

məktəblərin böyük əksəriyyəti monastr  və kilsələrə məxsus idi. Bu 

məktəblərdə başlıca olaraq din öyrədilirdi, digər fənlərin (qrammati-

ka, ritorika, dialektika, hesab, coğrafiya, astronomiya, musiqi) mate-

rialları isə dini aspektdə tədris olunurdu, təlim metodları ehkam xa-

rakteri daşıyırdı. O  yalnız  yaddaşın köməyi ilə biliklərin mənimsə-

nilməsinə  və  onların  şagirdlər  tərəfindən  müstəqil  mühakimələrsiz 

qəbul edilməsinə əsaslanırdı. Biliklərin belə mənimsənilməsi əzbər-

çilik adlanırdı. Öyrənənlər kilsə kitablarının mətnlərini başa düşmə-

dən, onları dəfələrlə təkrarlamaq yolu ilə mexaniki  qaydada öyrən-

məyə  çalışırdılar.  Şagidlərin  müstəqil  fikrinin  təzahürü  nəinki  qiy-

mətləndirilmirdi,  həm  də  küfr  kimi  qəddarcasına  cəzalandırılırdı. 

Şagirdlərdə  təlimə  maraq  oyadılmasında  başlıca  vasitə  məcburilik 

idi. Təhsilin, təlimin belə sxolastik forması hakim dairələrin ideolo-

giyasına xidmət edirdi. Ona görə də kütləvi təhsil forması heç cürə 

təşəkkül tapa bilmirdi. 

Y.A.Komenskinin  ideyaları  orta  əsrlərə  məxsus  məktəblərdə 

sxolastikanı  inkar  edərək,  yeni  tipli  məktəbin  yaranma  zərurətini 

irəli atdı. Y.A.Komenski pedaqoji fikir tarixinə böyük məktəb isla-

hatçısı,  novator  pedaqoq  kimi  daxil  olmuş,  pedaqogikanın  bir  elm 

kimi formalaşmasını təmin etmiş aşağıdakı məsələləri işləmişdir: 

- təlimin ana dilində aparılması ideyasını irəli sürmüşdür; 

- yaş dövrlərini müəyyən etmişdir. O, yaş dövrlərini hər biri altı 

illə  əhatə  olunan  dörd  qrupa  bölmüşdür:  a)  uşaqlıq  dövrü  (0-6  yaş), 

ana qucağı məktəbi; b) yeniyetməlik dövrü (6-12 yaş), ana dili mək-

təbi; c) gənclik dövrü (12-18 yaş), latın dili məktəbi və ya gimnaziya-

lar; ç) kamillik dövrü (18-24 yaş) institutlar, akademiyalar, səyahət-

lər. O, hər bir yaş dövrünün özünəməxsus xüsusiyyətlərini “Ana qu-

cağı məktəbi”, “Böyük didaktika”, “Dillərə açıq qapı” adlı əsərlərin-

də geniş şərh etmişdir.  



 

243 


Y.A.Komenskinin didaktikasının əsas müddəaları ilə bağlı belə 

ümumiləşmə vermək olar: 

 

təlimin sinif-dərs sistemini irəli sürmüş, dərsin əlamətlərini, 



təşkili  xüsusiyyətlərini  “Böyük  didaktika”  əsərində  təhlil  etmişdir, 

hamının təhsil almasını zəruri saymışdır. 

 

təlimin  prinsipləri  və  metodlarını  əsaslı  şəkildə  işləmiş,  tə-



limdə  şüurluluq  və  fəallıq,  əyanilik,  biliklərin  möhkəmləndirilməsi 

kimi prinsipləri geniş təhlil etmişdir. 

 

tədris ilini müəyyən etmiş, onu rüblərə bölmüş, hər rübdə tə-



tillərin verilməsini zəruri saymış, məcburi məşğələnin, dərsin aşağı 

siniflərdə dörd, yuxarı siniflərdə 5-6  saat (45 dəqiqə olmaqla) apa-

rılmasını,  tədris  ilinin  sentyabrda  başlayıb  iyunda  qurtarmasını  zə-

ruri saymışdır. 

 

şəkilli dərslik - “Real aləm şəkillərdə” adlı kitab yazmış, hə-



min kitabda 150 şəkil əsasında 150 dərsin təşkili məsələlərini işlə-

mişdir. 


 

müəllim, onun şəxsiyyəti, mənəvi dəyərləri haqqında qiymətli 



fikirlər söyləmiş, müəllimi günəşə, memara, bağbana bənzətmişdir. 

 



tərbiyənin  məqsədi,  məzmunu,  metodları  haqqında  bu  gün 

də əhəmiyyətini itirməyən fikirlər irəli sürmüşdür. 

 

məktəb  dərslikləri,  onların  tərtibi  prinsipləri  haqqında  oriji-



nal  fikirlər  söyləmişdir.  Dərslikləri  “Qızıl  gül  bağı”,  “Bənövşə”, 

“Səhər”, “Qapı”, “Darvaza” və s. adlandırmağı məsləhət bilmişdir. 

 

ailə tərbiyəsinə geniş yer vermiş, uşağı qızıldan qiymətli, şü-



şədən kövrək adlandırmış, ana südünü ən müqəddəs qida hesab et-

mişdir. O, ailə tərbiyəsinə dair qiymətli fikirlərini “Ana qucağı mək-

təbi” əsərində vermişdir. 

 



müharibələrin  əleyhinə  olmuş,  qılınc  və  oxları  orağa  çevir-

məyi  zəruri  saymış,  insanlığın  xoşbəxtliyini,  normal  yaşayışını  tə-

min  etmək  üçün  hərbi  cəbbəxanaları  dağıtmağı  irəli  sürmüşdür.  O, 

bu  kimi  ictimai-fəlsəfi  fikirlərini  “Dünyanın  dolaşıq  yolları”  adlı 

əsərində şərh etmişdir. 

Y.A.Komenski  ideyalarını  tənqidi  nöqteyi-nəzərlə  inkişaf  et-

dirərək Pestalotsi, Herbart, Uşinski, Disterveq  və başqaları didakti-

kaya önəmli töhfələr verə bilmişlər. 




 

244 


Ömrünün 50 ilini uşaqların təlim-tərbiyəsinə sərf edən, təlimi 

əməklə birləşdirməyə üstünlük verərək xüsusi tipli orta ümumtəhsil 

məktəbi  və  institut  yaradan  İ.Pestalotsi  (1746-1827)  ən  nümunəvi 

ibtidai məktəblər üçün elementar təhsil nəzəriyyəsini işləyib hazırla-

mışdır. 

İ.Pestalotsinin  didaktikasındakı  ən  faydalı  elmi-pedaqoji 

ideyalarını belə səciyyələndirmək olar: 

- müəllimin ən başlıca vəzifəsi özünün nümunəvi fəaliyyətinin 

əsası kimi uşağın əqli fəaliyyətini inkişaf etdirib möhkəmləndirmək; 

- təlimin tərbiyəedici xarakterinə üstünlük vermək; 

- hər cür təhsil formalarını  əbədi qanunlara (mütərəqqi qayda 

və qanunlara) tabe etmək; 

- ağılın köməyi ilə predmetin dərk edilməsinə nail olmaq; 

-  öyrətmə  prosesində  müşahidəyə  (adi  müşahidəyə,  ilkin  mü-

şahidəyə, mütəşəkkil müşahidəyə, sabit müşahidəyə) üstünlük vermək; 

- təlimin sxolastik metodlarından yan keçmək; 

- təlim prosesində əyaniliyə üstünlük vermək . 

İ.F.Herbart  (1776-1841)  “Pedaqogikadan  birinci  mühazirə-

lər”, “Tərbiyənin məqsədindən doğan ümumi pedaqogika” adlı əsər-

lərində didaktikanın ümumi məsələlərinə və təlimin tərbiyəedici xa-

rakterinə dair dəyərli fikirlər söyləmişdir. 

İ.F.Herbartın  didaktikasının  əsas  müddəalarından  aşağı-

dakıları qeyd etmək olar: 

- təhsil sistemində qədim dillərə üstünlük verilməsi; 

- biliklərin verilməsi, mənimsənilməsi və möhkəmləndirilmə-

sində psixoloji yanaşmalara üstünlük verilməsi; 

-  biliklərin  dərinləşdirilməsi  üçün  vahidlərin  müəyyənləşdiril-

məsi; 

- müqayisədən idrak vasitəsi kimi istifadə olunması; 



-  ardıcıllığın,  sistemliliyin,  aydınlığın,  assosiasiyanın  metod 

kimi qəbul edilməsi. 

İ.F.Herbart  Y.A.Komenskinin  ənənəvi  sinif-dərs  sistemini 

tənqidi surətdə götür-qoy edərək (tənqidi təfəkkür süzgəcindən keçi-

rərək)  etika  və  psixologiyanın  nəzəri  nailiyyətlərinə  əsaslanan  sis-

tem yarada bilmişdir. İ.F.Herbartın təlim sisteminin hədəfi belədir: 



düzgün  pedaqoji  rəhbərlik,  intizam  və  onunla  bağlı  olan  təlim 


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə