Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə79/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   236

 

245 


əxlaqca  güclü  xarakterlərin  formalaşmasına  xidmət  edir.  Təlimi 

intizamla  sıx  uyğunlaşdırmaq,  bilikləri  şagirdlərin  hiss  və  iradəsi-

nin  inkişafı  ilə  birləşdirmək  tərbiyəedici  təlimin  mahiyyətini  təşkil 

edir.  Bu  anlayışı  elmə  gətirməklə  İ.F.Herbart  qeyd  etmək  istəyirdi 

ki,  tərbiyəni  təlimdən  ayırmaq  olmaz,  insanın  iradə  və  xarakteri 



onun  ağlı  ilə  eyni  zamanda  inkişaf  edir. İ.F.Herbartın  didaktikaya 

başlıca  töhfəsi  təlimin  mərhələlərini  müəyyənləşdirməkdən  ibarət 

olmuşdur.  Onun  sxemi  belədir:  aydınlıq-assosiasiya-sistem-metod. 

Təlim  prosesi  nəzəri  xarakterli  təsəvvürlərdən  anlamağa  doğru  və 

anlamaqdan  bacarıqlara  doğru  gedir.  Göründüyü  kimi,  bu  sxemdə 

praktika  yoxdur.  Bu  formal  səviyyələr  təlimin  məzmunundan  asılı 

deyil,  onlar  bütün  dərslərdə  və  bütün  fənlər  üzrə  tədris  prosesinin 

gedişini müəyyən edir . 

Danılmazdır ki, İ.F.Herbartın nəzəriyyəsi XIX əsrin ortaların-

da geniş  yayılmış və ondan üstün şəkildə istifadə olunmuşdur.  La-

kin müasir pedaqogikanın verdiyi qiymətə görə, Herbartın didaktik 

sistemi avtoritar xarakter daşımışdır. Təsadüfi deyildir ki,  Amerika 

filosofu, psixoloqu və pedaqoqu Con Dyui (1859-1952) öz didaktik 

sistemini  İ.F.Herbartın  avtoritar  pedaqogikasına  qarşı  qoymuşdur. 

Onun fikrincə, bu yanaşma cəmiyyətin və məktəbin mütərəqqi inki-

şafı ilə ziddiyyət yaradırdı. Buna baxmayaraq, Herbartın didaktikası 

müasir nəzəriyyə və praktikanın inkişafına öz təsirini göstərmişdir. 

Didaktikanın inkişafında rus pedaqoqlarından K.D.Uşinskinin 

(1824-1871) xidməti böyükdür. Onun “İnsan tərbiyənin obyekti ki-

mi.  Pedaqoji  antropologiya”  adlı  əsəri  didaktik  problemlərə  həsr 

olunmuş böyük tədqiqat əsəridir. Təlimin fəlsəfi, fizioloji, psixoloji, 

məntiqi  əsaslarını  küll  şəklində  işləyən  K.D.Uşinski  olmuşdur. 

Y.A.Komenskidən  sonra  didaktikanın  bir  elm  kimi  formalaşmasın-

da K.D.Uşinskinin rolu əvəzedilməzdir. O, özünün didaktik fikirlə-

rini  məharətlə  tərtib  etdiyi  “Uşaq  aləmi” və  “Vətən  dili”  dərsliklə-

rində nəzərə almışdır. 

Antik  dövrlərdən  başlayaraq  sosiallaşma  ilə  yanaşı,  tədricən 

təhsil sistemində son məqsəd kimi şəxsiyyətyönümlü məzmun da öz 

əksini tapır. XX əsrin birinci yarısından başlayaraq Qərbdə pedaqoji 

axtarışlar bu istiqamətdə fəallaşır (R.Şteyner, M.Montessari, S.Fre-

ne). Təhsilin yeni məqsədləri, məzmunu, forma, metod və vasitələri 



 

246 


ilə  bağlı  olan  bu  proses  pedaqoji  axtarışların  nəticələri  kimi,  şəx-

siyyətin səviyyəsinə müvafiq olaraq yeni sosial tələblərə deyil, həm 

də geniş mənada insana istiqamətləşdirilmiş forma olmağa başlayır. 

Beləliklə,  pedaqoji  paradiqmaların  yeni  axtarışları  bir-biri  ilə  əks 

qarşılıqlı iki tendensiyanın – təhsil sferasının fərdi və sosial yönüm-

lü  ideayaların  təsdiqi  və  araşdırılması  kontekstində  aparılır.  Sosi-

allaşdırma və fərdiləşdirmə kimi bir-birinə əks yönümlərin təhsildə 

meydana gələn yeni məqsədlər kimi formalaşmasına səbəb olur. 

Nəzəriyyəçilər  şəxsiyyətin  psixi  inkişafı  ilə  təlimin  əlaqəsini 

müxtəlif cür izah edirlər: 

-

 

müstəqil proses kimi psixi inkişafın nəticələri təlim və tərbi-



yədə istifadə olunur; 

-

 



inkişaf, onunla birlikdə təlim və tərbiyənin məzmunu, dəqiq 

xarakteri vəziyyətdən asılı olaraq dəyişir; 

-

 

inkişaf  təlimdə  yeni  texnologiyaların  tətbiqini  reallaşdırır, 



təlim prosesi də öz növbəsində inkişafı stimullaşdırıb irəli aparır. 

XX  əsrin  əvvəllərində  təhsilin  məzmununda  artıq  bir-biri  ilə 

əks mövqedə duran iki - formal və maddi təhsil konsepsiyaları for-

malaşmağa  başlamışdı.  Formal  təhsil  konsepsiyası  (Hegel  təhsil 

ənənəsi) şagirdlərin ümumi qabiliyyətlərinin, onların təxəyyülü, tə-

fəkkür  və  yaddaşlarının  inkişaf  etməsinə  daha  çox  diqqət  yetirir. 

Maddi  təhsil  konsepsiyası  (C.Dyui)  isə  təhsil  materialının  seçilmə-

sində kriteriya kimi onun vacibliyini və sonrakı həyatda lazımlılığı-

nı əsas götürür. 

Didaktikanın  inkişafında,  müasir  təlim,  təhsil  və  tərbiyə  mo-

dellərinin formalaşmasında Con Dyuinin təlim sistemi müəyyən rol 

oynamışdır.  1895-ci  ildə  Çikaqo  məktəblərinin  birində  öz  eksperi-

mentini başlayan C.Dyui diqqəti şagirdlərin şəxsi fəallığının inkişa-

fına  vermişdir.  O,  müəyyən  etmişdir  ki,  məktəblilərin  maraqlarını, 

həyati  tələbatlarını  nəzərə  almaqla  qurulan  təlim  yadda  saxlamaya 

əsaslanan verbal (söz, kitab) təlimə nisbətən daha yaxşı nəticələr ve-

rir.  Bu  konsepsiyanın  mahiyyəti  belədir:  insan  çətinliklərlə  rastla-

şanda  düşünməyə,  fikirləşməyə  başlayır.  Həmin  çətinlikləri  aradan 

qaldırmaq onun üçün mühüm əhəmiyyət kəsb edir. 

C.Dyuinin fikrincə, düzgün təşkil olunmuş təlim problemli ol-

malıdır.  Müəllim  şagirdlərin  maraqlarının  inkişafına  diqqətlə  nəza-



 

247 


rət etməli, onların gücünə müvafiq problemlər qoymalıdır. Şagirdlər 

öz növbəsində əmin olmalıdırlar ki, onlar problemi həll etməklə öz-

ləri üçün yeni və faydalı biliklər kəşf edərlər. 

İ.F.Herbartın  “ənənəvi”  sistemi  ilə  müqayisədə  C.Dyui  daha 

cəsarətli  yeniliklər  təklif  etmişdir.  C.Dyuinin  sistemində  kitabdan 

oxumaq əvəzinə əsasını şagirdlərin şəxsi idrak fəaliyyəti təşkil edən 

fəal öyrənmə prinsipi, hazır bilikləri verən müəllimin yerini şagird-

lərə  çətinlikləri  aradan  qaldırmaqda  kömək  edən  müəllim  tutmuş, 

hamı üçün stabil tədris proqramları əvəzinə təxmini proqramlar tət-

biq olunmuş, şifahi və yazılı sorğunun yerini nəzəri və praktiki məş-

ğələlər əvəzləmişdir. Şagirdlərin müstəqil tədqiqat işinə sözügedən 

təlim sistemində önəm verilmişdir. 

Ə.Paşayev və F.Rüstəmov haqlı olaraq qeyd edirlər ki, bir çox 

sahələrdə  yenilikçi  xarakter  daşımasına  baxmayaraq  C.Dyuinin  tə-

lim  nəzəriyyəsi  də  nöqsanlardan  azad  deyildi.  Odur  ki,  C.Dyuinin 

“təlim prosesini ancaq problemli qurmaq”, İ.F.Herbartın “təlim pro-

sesini ancaq verbal metodlarla qurmaq” fikirləri pedaqoji praktikada 

tam uğur qazana bilmədi. C.Dyuinin mütərəqqi didaktikasının məh-

dudluğu onda idi ki, şagirdlər biliklərin möhkəmləndirilməsi prose-

sində iştirak etmirdilər. Bütün şagirdlər üçün ümumi olan proqram-

ları  əvəz  edən  natamam  “layihələr”  və  kurslar  təlimdə  nə  varisliyi, 

nə də sistematikliyi təmin edə bilirdi . 

İ.F.Herbartın  və  C.Dyuinin  didaktik  sistemlərinin  təhlili  gös-

tərir ki, onlar sürətlə inkişaf edən həyatın tələblərinə tam cavab ver-

məmişlər.  Sonralar  aparılan  tədqiqatlar  ənənəvi  və  mütərəqqi  sis-

temlərin yaxşı cəhətlərini qoruyub saxlamışdır. 

Didaktikada yeni istiqamətlər içərisində məşhur Amerika psi-

xoloqu və pedaqoqu Ceron Brunerin işləyib hazırladığı “kəşflər et-

mək yolu” ilə öyrətmək konsepsiyası diqqətəlayiqdir. Bu konsepsi-

yaya görə, şagirdlər öz kəşfləri ilə dünyanı dərk etməli, biliklərə yi-

yələnməlidirlər. Belə kəşflər şagirdlərdən əqli qüvvələrin gərginliyi-

ni  tələb  edir  və  məhsuldar  təfəkkürün  inkişafına  olduqca  səmərəli 

təsir göstərir. C.Brunerə görə, yaradıcı təlimin əlaməti təkcə müəy-

yən mövzu üzrə biliklərin toplanması və qiymətləndirilməsi, bunun 

əsasında müvafiq ümumiləşmələrin aparılması deyil, həm də öyrə-

nilən  materialın  çərçivəsindən  kənara  çıxan  qanunauyğunluqların 




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə