233
yol (latın sözü “extensivus” sözündən götürülmüşdür, mənası
“genişləndirmək”, “uzatmaq” deməkdir).
İntensiv yol pedaqoji sistemin inkişafını daxili ehtiyatlar
hesabına həyata keçirməyi nəzərdə tutur.
Ekstensiv yol isə pedaqoji sistemin inkişafı üçün əlavə qüv-
vələrin (investisiyaların), yeni vasitələrin, avadanlıqların, texnolo-
giyaların, kapital qoyuluşlarının və s. cəlb edilməsinə əsaslanır.
Bəzi aparıcı nəzəriyyəçilər belə bir fikir söyləyirlər ki, yaxın
vaxtlarda pedaqogikada innovasiyalar keçmişə qayıtmağa gətirib
çıxaracaqdır. Qərb məktəbi ekstensiv yolla inkişaf edir. O, yeni in-
novasiya texnologiyaları, tədris fəaliyyətinin müxtəlif növləri ara-
sında vaxt bölgüsünü yenidən aparmaq, sinif işinin diferensiyası və
fərdiləşdirilməsi hesabına pedaqoji məhsulun kəmiyyət göstərici-
lərini artırır. Bu zaman pedaqoji məhsulun keyfiyyəti yaxşılaşırmı?
Bu suala hələlik cavab verilməmişdir. Müstəqil ekspertlərin əksəriy-
yəti bu məsləyə şübhə ilə yanaşırlar.” Pedaqoji sistemin intensiv və
ekstensiv inkişaf yollarını birləşdirmək (innovasiyaları inteqrasiya
etmək) isə həmin sistemin istifadə olunmayan ehtiyatlarının diqqət-
lə tədqiq olunmasını tələb edir. Pedaqoji sistemin səmərəliliyini
bəlkə bu yolla yaxşılaşdırmaq olar.
İnnovasiyaların obyekti aşağıdakı problemlərdir: 1) təlim və
tərbiyə fəaliyyətinin motivasiyasını (öyrənməyə, oxumağa olan ma-
rağı) necə yüksəltmək; 2) dərsdə öyrənilən materialın həcmini necə
artırmaq; 3) təlimin sürətini necə artırmaq; 4) vaxt itkisini necə
aradan qaldırmaq və s.
Yeni pedaqoji ədəbiyyatda innovasiya pedaqogikası (bu onun
qeyri-rəsmi, şərti adıdır) təhsil-tərbiyənin paradiqmalarını dəyiş-
məyi tələb edir. Paradiqma nəzəri və praktik problemlərin həllinin
əsasına qoyulan hakim nəzəriyyədir. İnnovatorlar belə hesab edirlər
ki, klassik pedaqoji nəzəriyyə köhnəlmişdir, yeni şəraitdə indiki
nəsillərə o nəzəriyyə əsasında təhsil-tərbiyə vermək olmaz. Müasir
pedaqogika praktikada o qədər də dəyişdirici təsir göstərə bilmir.
Belə olduğu halda o, inzibati-amirlik dövründə formalaşan ideyaları
ilə ölkəmizin təhsil sistemini “qidalandırmaqda” davam edir.
Əgər pedaqoji fikrin inkişafını təmin etmək istəyiriksə, peda-
qogikanın metodoloji əsasını yeniləşdirmək lazım gələcəkdir. İdeo-
234
loji ehkamlar pedaqogikanı öz təbii inkişaf axarından çıxarmışdır.
Uşaqların anadangəlmə bərabər doğulması, təhsil-tərbiyədə bərabər
imkanlara malik olması kimi qeyri-real metodoloji prinsiplər buna
misal ola bilər. Elm və təcrübə sübut edir ki, təhsil-tərbiyənin kö-
məyi ilə çox şeyi dəyişmək olmaz. Pedaqogikada ziddiyyətli məsə-
lələr çoxdur və ona görə də burada innovasiya son dərəcə vacibdir.
Pedaqoji nəzəriyyənin və onun ardınca məktəbin gedəcəyi yol
təlimin, təhsil-tərbiyə prosesinin fundamental əsaslarını müəyyən-
ləşdirməsindən, yeni elmin və təhsil-tərbiyənin praktikasının hansı
metodoloji əsas üzərində qurulmasından asılıdır. Pedaqogika elmi
nəzəriyyələr sistemidir. Obyektivlik, məqsədəuyğunluq, sabitlik,
ziddiyyətsizlik onun əsas səciyyəvi xüsusiyyətləridir. Hər hansı bir
elmi nəzəriyyə kimi pedaqogikanın sistemini də elmi prinsip layi-
hələşdirir, birləşdirir və saxlayır. Çünki obyektiv nəzəriyyənin əsas
prinsipi ideoloji prinsip yox, ancaq elmi prinsip ola bilər.
6.9. Pedaqoji sistemin optimallaşdırılması
Təhsil, təlim, tərbiyə prosesinin optimallaşdırılması bütünlük-
də pedaqoji sistemə aid edilən innovasiyadır. Optimallaşdırma
(optimum – ən yaxşı) mümkün olan variantlardan ən yaxşısını seçib
götürmək prosesidir. Pedaqoji sistem kimi mürəkkəb, dinamik, çox-
planlı sistemdə təlim, təhsil, tərbiyə prosesinin qurulmasının və təş-
kilinin, orada məqsədlərə nail olmağın minlərlə mümkün variantları
mövcuddur. Konkret şəraitdə onlardan ancaq biri ən yaxşı ola bilər.
Onu axtarıb tapmaq optimallaşdırmanın başlıca vəzifəsidir. Bu
vəzifə mümkün variantları müqayisə etmək və alternativləri qiymət-
ləndirmək yolu ilə həll edilir.
Optimallaşdırma pedaqoji sistemin qarşıya qoyulmuş məqsə-
dinə uyğun olmalıdır. Çünki həmin sistem o məqsədə nail olmaq
üçün yaradılıb. Bu şəraitdə əldə edilən optimallıq digər şərait üçün
yararlı olmaya da bilər. Ona görə ki, optimallaşdırma anlayışı hə-
mişə konkretdir. Optimallaşdırmanın nəzəri və praktik istiqamətləri
vardır.
235
Nəzəri aspektdə – “optimallaşdırma” anlayışının sinonim vari-
antları hesaba (uçota) alma, müqayisə, tutuşdurma hesab olunur.
Praktik aspektdə “optimallaşdırma” pedaqoji sistemin innovasiyası,
yenidən təşkili və qurulması, qarşıya qoyulmuş vəzifələri həll etmək
üçün onun ən yaxşı vəziyyətə gətirilməsi kimi başa düşülür. Opti-
mallaşdırma vəzifələrin həlli meyarlarının seçilməsindən başlayır.
Optimallaşdırmanın meyarı əlamətdir, göstəricidir. Onun əsasında
inkişaf prosesinin mümkün variantları qiymətləndirilir və onlardan
ən yaxşısı seçilir. Məntiq tələb edir ki, meyarda ancaq və ancaq bir
göstərici (parametr) olsun. Amma pedaqogikada o, kompleks halda
olur. Çünki pedaqoji sistemdə baş verən proseslərin səbəb-nəticə
əlaqələrini bir-birindən ayırmaq mümkün deyil. Təlim-tərbiyə pro-
sesi o zaman optimal hesab olunur ki, orada şagirdlər və müəllimlər
yüklənmir və maksimum nəticə əldə olunur. Təcrübə göstərir ki,
müəllim və şagirdlərin həddindən artıq yüklənməsi onların iş qabi-
liyyətini azaldır və sağlamlıqlarına pis təsir göstərir.
Pedaqoji ədəbiyyatda təlim-tərbiyə prosesinin optimallaşdırıl-
masının əsas meyarı kimi bir-biri ilə üzvi əlaqəsi olan iki göstərici
əsas götürülür:
1. Müəyyən şəraitdə şagirdlərin təhsil-tərbiyəsi və inkişafında
maksimum mümkün olan nəticələr əldə etmək;
2. Həmin yaşda olan şagirdlərin sinif və ev işinə ayrılan vaxt
normalarını gözləmək.
Sistemli yanaşma optimallaşdırmanın metodoloji əsasını təşkil
edir. O, pedaqoji prosesin bütün komponentlərini, qarşılıqlı əlaqə-
lərin qanunauyğunluqlarını vəhdətdə götürməli, mürəkkəb dinamik
sistemlərin idarə olunmasının ümumi nəzəriyyəsinə istinad etməyi
tələb edir. Optimallaşdırma pedaqoji prosesi mövcud vəziyyətə, şə-
raitə uyğunlaşdırmağı nəzərdə tutur. Bununla belə, o, özü yeni şərait
yaradır və pedaqoji prosesin ona tabe olmasını tələb edir. Burada
heç bir ziddiyyət yoxdur. Belə ki, hər iki proses arasında qarşılıqlı
əlaqə vardır.
Məktəbin, müəllimin və şagirdlərin fəaliyyətinin aşağıdakı sə-
viyyələri məlumdur:
1) qeyri-kafi səviyyə;
2) böhran səviyyə;
3) müvafiq səviyyə;
4) optimal səviyyə.
Dostları ilə paylaş: |