Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə74/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   236

 

227 


li,  harmonik  inkişaf  etdirmək.  Məzmun  təhsil,  tərbiyə  prosesinin 

mayasıdır.  Bunsuz  yerdə  qalan  parametrlər  öz  əhəmiyyətini  itirir. 

Onun  seçilmə,  düzülmə  mexanizmi  “Təhsil  standartları”  ilə  müəy-

yənləşir. Metodlar əsasən məqsəd və vəzifənin yerinə  yetirilməsini 

təmin edən  ən  zəruri, çoxşaxəli  və  çoxtərkibli  komponentdir.  Bun-

ların  seçilməsi,  komplektləşdirilməsi  və  tətbiqi müvafiq  qanunauy-

ğunluqlarla həyata keçirilir. Vəzifələr, metodların yardımçıları məz-

munun  daha  mükəmməl  mənimsənilməsinə  xidmət  göstərən  para-

metrdir. Forma, bütün parametrləri məqsədyönlü və səmərəli həya-

ta  keçirmək,  təhsilin  iqtisadi  tərəfinin  daha  optimal  istifadə  mode-

lini  təmin  etmək  vəzifələrini  yerinə  yetirir.  Formanın  üç  toplananı 

var: 1) idarəetmə forması; 2) təlim-tərbiyənin təşkili forması; 3) tə-

lim-tərbiyə  prosesinə  nəzarət  və  qiymətləndirmə  forması.  Əsas 

parametrlərə daxil olan alt parametrlərin dəyişməsi ilə bütün sistem-

də  daim  təkmilləşmə,  yeniləşmə  baş  verir.  Nəzərə  almaq  lazımdır 

ki, həyatda hər cür şeyin ölçüsü  var. İnsanı təlim etməyin, ona tər-

biyə verməyin başlıca amalı da bu ölçüləri onlara öyrətmək, həmin 

ölçülər çərçivəsində davranmaq bacarıqları formalaşdırmaqdır. Dahi 

Nizami demişdir: 

“Bir inci saflığı varsa da suda, 

Artıq içiləndə dərd verir o da.” 

Bütün bu texnologiyaların məcmusu pedaqoji prosesin həyata 

keçirilməsi texnologiyasını təşkil edir. Bunların içərisində fəaliyyə-

tin təşkili texnologiyası mərkəzi yer tutur. Əslində bu, pedaqoji pro-

sesin  fəaliyyətinin  əsasında  qoyulan  niyyətin  və  layihənin  reallaş-

dırılmasıdır. 

Pedaqoji  prosesi  həyata  keçirmə  gedişində  ona  pedaqoji  rəh-

bərliyi  uşaqların  müstəqilliyini,  təşəbbüskarlığını  və  yaradıcılığını 

inkişaf etdirməklə üzvi surətdə uyğunlaşdırmaq lazımdır. Bu zaman 

müəllimlərin  idarəedici  təsirini  və  şagirdlərin  özünüidarə  fəaliy-

yətini əlaqələndirməyin rasional ölçüsünü tapmaq olduqca vacibdir. 

Pedaqoji  prosesin  gedişində  möhkəm  əks  əlaqənin  yaradılması 

müəllimlərin  təşkilatçılıq  fəaliyyəti  ilə  şagirdlərin  özünüidarəsini 

korreksiya etmək üçün lazımdır. Bu əks əlaqə təhlilləndirici vəzifə-

ləri effektli həll etmək üçün zəruridir. 



 

228 


Texnoloji  yanaşma  təhsil  sahəsində  konseptual  problemlərin 

və  müxtəlif  xarakterli  layihələrin,  pedaqoji,  psixoloji,  sosial  məq-

sədlərin  yerinə  yetirilməsində  və  aşağıdakı  problemlərin  həllində 

yeni imkanlar açır: 

 

pedaqoji prosesin nəticələrinin əvvəlcədən yüksək dəqiqliklə 



müəyyən edilməsində və prosesin idarə olunmasında; 

–  qazanılmış  praktik  təcrübənin  elmi  əsaslarla  təhlili,  sistem-

ləşdirilməsi və ondan səmərəli istifadə olunmasında; 

–  təhsil,  təlim-tərbiyə  və  sosial  problemlərin  kompleks  həl-

lində; 

– şəxsiyyətin hərtərəfli inkişafını təmin edən əlverişli şəraitin 



yaradılmasında; 

– təhsil sistemində effektivliyi təmin etmək üçün ehtiyatlardan 

səmərəli istifadə olunmasında; 

– təlim prosesində təhsil alanlara təsir edən qeyri-normal hal-

ların azaldılmasında; 

– sosial-pedaqoji problemlərin həlli üçün yeni texnoloji yanaş-

maların, modellərin işlənilməsində və daha effektli metodların seçil-

məsində.  

Yapon  pedaqoqu  T.Sakomotonun  fikrincə,  pedaqoji  prosesdə 

texnoloji  yanaşmalara  pedaqogika,  sosial  pedaqogika,  psixologiya, 

sosiologiya,  politologiya,  elm  və  təcrübənin  digər  sahələrində elmi 

yanaşmaları zənginləşdirərək onun inkişafını təmin edən və keyfiy-

yətli  təlim-tərbiyə  prosesinin  qurulmasına  şərait  yaradan,  təlim-tər-

biyə  prosesində  təfəkkürün,  idraki  prosesin  sistemli  inkişafı  kimi 

baxılmalıdır.  

 

 



6.7. Pedaqoji ünsiyyətin texnologiyası 

 

Pedaqoji  ünsiyyətin  texnologiyası  texnologiyalar  içərisində 



bəlkə də ən mürəkkəbidir. Ünsiyyət elmlərarası kateqoriyalar sırası-

na  daxildir.  O,  fəlsəfə,  sosiologiya,  ümumi  və  sosial  psixologiya, 

pedaqogika və digər elmlərdə geniş təmsil olunur. Həmin elmlər ün-

siyyəti  öz  bilik  sahələrinin  vəzifələri  və  spesifikası  ilə  əlaqədar 

öyrənir.  



 

229 


Psixologiyada ünsiyyətə belə tərif verilir: iki və daha çox ada-

mın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məq-

sədi  ilə  öz  səylərini  əlaqələndirməyə  və  birləşdirməyə  yönəldilmiş 

qa-rşılıqlı  təsirinə  ünsiyyət  deyilir.  Ünsiyyətin  predmeti  başqa 

adamdan  ibarətdir.  K.Marks  yazırdı  ki,  insan  həmişə  “başqa  insan 

kimi  ən  böyük  bir  sərvətə...”  tələbat  hiss  edir.  Ünsiyyət  tələbatı 

insan  tələbatları  içərisində  xüsusi  yer  tutur.  L.S.Vıqotski  ünsiyyət 

tələbatına  uşağın  inkişafının  əsas  və  hərəkətverici  qüvvəsi  kimi 

xüsusi əhəmiyyət verirdi. Ən ümumi şəkildə ünsiyyət situasiyasının 

iki  tipini  fərqləndirmək  olar.  Onlara  birgə  fəaliyyətdə  ünsiyyət  və 

şəxsi (şəxsiyyətə məxsus) ünsiyyət deyilir. Ünsiyyət (S – S) fəaliy-

yətlə  (S  –  O)  ilə  təsvir  olunur.  Onları  qarşılıqlı  əlaqədə  belə  təsvir 

etmək olar:  

 

 

 



Birgə  fəaliyyət  şəraitində  ünsiyyət  funksional  xarakter  kəsb 

edir, yəni onun mövzusu birgə fəaliyyətin obyekti ilə müəyyən olu-

nur.  Bu  zaman  birgə  fəaliyyəti  həyata  keçirmək  üçün  yolların 

axtarılması ünsiyyətin əsas məqsədini təşkil edir.  

Bir  sıra  hallarda  isə  insanlar  bir-birinə  birgə  fəaliyyətin  ob-

yekti  haqqında  deyil,  hər-hansı  bir  adam,  onun  münasibətləri  haq-

qında  informasiya  verirlər.  Bəzən  adamın  özü  ünsiyyətin  mövzu-

suna çevrilir: o başqalarına özü haqqında danışır. Adamların şəxsiy-

yətlərarası qarşılıqlı münasibətlərə aid müxtəlif hadisələri öz arala-

rında müzakirə etməsi hallarına da az təsadüf olunmur. Belə ünsiy-

yətə şəxsi ünsiyyət deyilir.  

Şəxsi ünsiyyəti ən ümumi şəkildə belə təsvir etmək olar: 

S



–S



 

S



Burada  S

1

  –  haqqında  danışılan,  S



2

  –  danışan,  S

3

  –  məlumat 



alan şəxsdir.  

Müasir  psixologiyada  ünsiyyətin  üç  tərəfini  –  kommunikativ, 

interaktiv və perseptiv tərəflərini fərqləndirirlər. Ünsiyyət informa-

    S               S 

             

 



Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə