230
siya mübadiləsidir, ünsiyyət insanların bir-birini qavramasıdır,
ünsiyyət qarşılıqlı təsirdir.
Fəaliyyətin psixoloji xarakteristikasını xatırlayaq: insanlar
fəaliyyət prosesində işin məqsədini bir-birinə izah edir, ayrı-ayrı
əməliyyatlarla bir-birini tanış edir, nöqsanları müəyyən edir, onları
aradan qaldırmaq üçün məsləhətləşirlər. Bu prosesdə ünsiyyət ancaq
və ancaq insanların birgə fəaliyyətinin təşkilinə xidmət edir .
Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi bütün mühitlərdə
ikitərəfli və çoxtərəfli əlaqələri isti, tam anlaşıqlı və tam səmimi
qurma bacarıqlarını özündə cəmləşdirən vacib insani keyfiyyət
ünsiyyət mədəniyyətidir.
Ünsiyyət mədəniyyəti tərbiyəsi şəxsiyyətin yüksək ünsiyyət
mədəniyyəti sahibi olmasına yönəldilmiş təlim-tərbiyə sistemidir.
Böyüyən nəslin hər bir üzvü yüksək ünsiyyət mədəniyyəti tələb
edən çox mürəkkəb münasibətlər sistemi daxilində fəaliyyət göstə-
rəcəyinin qaçılmazlığını dərk etməli və bu tərbiyəyə yiyələnməlidir.
Pedaqoji ünsiyyətin səciyyəvi cəhəti bu fəaliyyətin məqsədi
ilə müəyyən olunur.
Pedaqoji ünsiyyət pedaqoqlar və şagirdlər arasında qarşılıqlı
fəaliyyətin məqsəd və məzmunundan irəli gələn çoxplanlı prosesdir.
O, kommunikasiyanın, qarşılıqlı anlaşmanın və qarşılıqlı təsirin ya-
radılması və inkişafı ilə xarakterizə olunur.
Göründüyü kimi, pedaqoji ünsiyyət təhsil prosesində mürəkkəb
və çoxplanlı xarakter daşıyır. Pedaqoji ünsiyyətdə müəllimin və
şagirdlərin “normativ statusu” əks olunur. Onların məzmunu nizam-
namə sənədləri, tədris planları və proqramları ilə müəyyən olunur. Bu
mənada, pedaqoji ünsiyyət müəllimlərin şagirdlərlə qarşılıqlı təsirinin
sosial-normativ formalarıdır. “Müəllim-şagird” pedaqoji sistemi
müəyyən mədəni bilik kimi çıxış edir. Burada sosial əhəmiyyəti olan
davranış normalarının yerinə yetirilməsi böyük rol oynayır.
Pedaqoji fəaliyyətin məhsuldarlığı müəllimin pedaqoji texno-
logiyaya yiyələnməsi səviyyəsindən çox asılıdır. Pedaqoji praktika-
nın təhlili göstərir ki, təlim, təhsil, tərbiyə vəzifələrinin həllində ya-
ranan bir çox ciddi çətinliklər müəllimin uşaqlarla ünsiyyəti düzgün
qura bilməməsi nəticəsində əmələ gəlir. Ona görə də hər bir müəlli-
min qarşısında pedaqoji ünsiyyətin texnologiyasına yiyələnmək
231
vəzifəsi durur. Uşaqlarla ünsiyyət prosesində pedaqoji yaradıcılıq,
pedaqoji yaradıcılıq prosesində uşaqlarla ünsiyyət müəllimin peşə
fəaliyyətinin spesifik xarakteristikasını ifadə edir. Pedaqoji ünsiyyət
müəllimlərin və şagirdlərin qarşılıqlı sosial-psixoloji təsir sistemi-
dir. Onun məzmunu informasiya mübadiləsi, tərbiyəvi təsir göstər-
mək, kommunikativ vasitələrin köməyi ilə qarşılıqlı münasibətləri
təşkil etməklə bağlıdır. Bununla əlaqədar olaraq demək lazımdır ki,
pedaqoji fəaliyyətdə ünsiyyət tədris vəzifələrini həll etmək vasitəsi-
dir, təhsil prosesinin sosial-psixoloji təminatıdır, müəllimlərlə
şagirdlərin qarşılıqlı münasibətlərinin təşkili qaydasıdır.
Beləliklə, pedaqoji ünsiyyət texnoloji planda yaradıcılığın xü-
susi növüdür. O, informasiyanı vermək bacarığında, şagirdin vəziy-
yətini başa düşmək bacarığında, uşaqlarla qarşılıqlı münasibətləri
qurmaq bacarığında, özünün psixi vəziyyətini idarə etmək bacarı-
ğında öz ifadəsini tapır.
Pedaqoji ünsiyyətin mərhələləri və onların həyata keçirilmə
texnologiyası xüsusi əhəmiyyət kəsb edir. Həmin mərhələlər bun-
lardır: 1) pedaqoji ünsiyyətin modelləşdirilməsi; 2) pedaqoji ünsiy-
yətin bilavasitə təşkili; 3) pedaqoji ünsiyyətin idarə olunması;
4) pedaqoji ünsiyyətin texnologiyasının həyata keçirilməsinin gedişi
və nəticələrinin təhlili.
Bu ardıcıllıq pedaqoji prosesdə yaranan ən tipik situasiyaları
açıb göstərir. Pedaqoji ünsiyyətin üslubu müxtəlif olduğundan
onların texnoloji xarakteristikası da, təbii ki, müxtəlif olacaqdır
(avtoritar üslub, səhlənkar üslub, demokratik üslub, qarışıq üslub).
Pedaqoji cəhətdən məqsədəuyğun qarşılıqlı münasibətləri ya-
ratmağın texnologiyası pedaqoji ünsiyyətlə qırılmaz surətdə bağ-
lıdır. Belə münasibətlərin yaradılmasında müəllim şəxsiyyəti mü-
hüm amildir. Müəllimlərlə şagirdlərin qarşılıqlı anlaşması yaranan
münasibətlərin əsasıdır.
232
6.8. Pedaqoji innovasiyalar
İnnovasiya (ingiliscə “innovation” – sözündən götürülüb,
mənası “yenilik” deməkdir) dedikdə geniş mənada təlim, təhsil-
tərbiyə prosesinin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə
pedaqoji sistemdə həyata keçirilən yeniıik başa düşülür. İnnovasiya,
yəni yenilik pedaqoji sistemin daxili ehtiyatları hesabına (in – daxili
deməkdir) baş verir. İnnovasiya keyfiyyətcə təkmilləşmiş pedaqoji
sistemdə vəhdət halında götürülmüş ideyalar, proseslər, vasitələr və
nəticələrdir. Pedaqoji sistemin yeniləşməsi üçün çox vacib və aktual
bir işdir, o, səriştəli təhlil, yaradıcı müəllim tələb edir .
Son onillikdə çox şey dəyişmişdir. Yeni paradiqmalar, konsep-
siyalar, innovasiyalar və investisiyalar (sərmayələr), dövlət standart-
ları və alternativ tədris planları, yeni tip məktəblər yaradılmışdır.
Pedaqoji proses pedaqoji sistemdə baş verir. Pedaqoji sistem
komponentlərin (hissələrin) sabit və möhkəm birliyidir. Əgər bu
birlikdə baş verən dəyişikliklər (yeniliklər) müəyyən edilmiş həddi
keçərsə, onda sistem dağılar, onun yerində başqa xassələri olan yeni
sistem əmələ gələr. Hər hansı pedaqoji sistemin strukturu bir-birilə
qarşılıqlı əlaqədə olan elementlərin məcmusundan ibarətdir: 1) şa-
girdlər; 2) təlim və tərbiyənin ümumi və xüsusi məqsədləri; 3) təlim
və tərbiyənin məzmunu; 4) təlim və ərbiyə prosesi; 5) müəllimlər;
6) texniki təlim vasitələri; 7) təlim və tərbiyə işinin təşkili formaları;
8) təlim, təhsil-tərbiyə prosesinin idarə olunması; 9) təlim və tərbiyə
prosesinin texnologiyası; 10) təlim və tərbiyə prosesinin nəticələri.
Bu sistemin komponentlərindən hər biri ən kiçik elementlərə
parçalana bilər. Başqa sözlə, pedaqoji sistem qarşıya qoyulmuş
məqsədə çatmağı təmin edən sabit təşkilati-texnoloji kompleksdir.
Pedaqoji sistem texnologiyasız ola bilməz. Texnologiya olan yerdə
keyfiyyət də olur. Keyfiyyət pedaqoji sistemin imkanlarını müəyyən
edir və o, müəyyən mənada idarəetmədən asılıdır. Təlim və tərbiyə
prosesinin məhsuldarlığı həmişə pedaqoji sistemin təkmilləş-
dirilməsi ilə bağlıdır.
Pedaqoji sistemin təkmilləşdirilməsinin iki başlıca yolu vardır:
intensiv yol (fransız sözü “intensif” sözündən götürülmüşdür, məna-
sı “gücləndirmək”, “məhsuldarlığı artırmaq” deməkdir) və ekstensiv
Dostları ilə paylaş: |