257
bunları yalnız bəzi insanların bilməsi zəruridir, digərlərinin isə
bilməsinə ehtiyac yoxdur.” Daha sonra Rassel yazır ki, on dörd
yaşına qədər uşaqlara elə şeylər öyrədilməlidir ki, bunları hamı
bilməlidir. Konkret ixtisaslaşma ilə bağlı biliklər isə sonradan
öyrədilməlidir. On dörd yaşına qədərki təhsilin əsas məsələlərindən
biri oğlanlarda və qızlarda və xüsusi həvəsin kəşf olunması məqsədi
daşımalıdır ki, onların harada olmasından asılı olmayaraq gələcək
illərdə bunu inkişaf etdirə bilsinlər. Bu səbəbdən hər bir kəs fənlərin
yalnız elementar başlanğıclarını öyrənməlidirlər
1
.
Akademik S.Xəlilov yazır: “Təhsilə yalnız milli və ya yalnız
ümumbəşəri hadisə kimi yanaşmaq olmaz. Təhsilin mahiyyətindən
irəli gələn və bütün dövrlər və ölkələr üçün qorunub saxlanan əsas
prinsiplərlə yanaşı, konkret dövrün, konkret ictimai situasiyanın və
konkret milli gerçəkliyin, milli düşüncə tərzinin xüsusiyyətləri də
mütləq nəzərə alınmalıdır. Təhsil özü sosial institut olmaqla yanaşı,
həm də və daha çox dərəcədə ictimai şüurun inkişafını təmin etdiyi,
onun strukturunun özünəməxsusluğunu qoruyub saxladığı üçün
ictimai həyatın və milli məfkurənin ayrılmaz tərkib hissəsidir. Təh-
sil həm də milli ruhun inkişafını təmin edən mühüm vasitələrdən
biridir” .
Bütün dünya xalqlarının tarixi göstərir ki, istər hərbi, istər
siyasi və ya iqtisadi müstəvidə böhran keçirdikdən sonra yeni inki-
şaf potensialı əldə etmək, milli gücü səfərbər etmək üçün ən mühüm
vasitə insanların şüurunun yenidən yönəldilməsidir ki, bu da ilk
növbədə təhsil sistemindəki islahatlar vasitəsilə həyata keçirilir.
1807-ci ildə, Almaniya Fransa istilası altında olanda alçaldılmış,
təhqir olunmuş, ruhdan düşmüş və biganəliyə qapılmış alman xal-
qını özünə qaytarmaq, ona inam və ruh vermək üçün böyük alman
filosofu İ.Fixte “Alman xalqına müraciət”lə çıxış etmişdi. Müraciə-
tin əsas ideyası, məqsədi bütün alman xalqını səfərbər etmək idi.
Lakin maraqlıdır ki, söhbət hərbi səfərbərlikdən getmirdi. Fixte al-
man ruhunu yenidən yüksəltmək və bu biabırçı vəziyyətdən xilas
olmaq üçün çıxış yolunu yeni milli təhsil sisteminin qurulmasında
görürdü.
1
Bax: Bertrand Russel. On Education. London, Routledge, 1994, p.169.
258
Vaxtilə Amerika Birləşmiş Ştatlarının prezidenti olarkən Bill
Klinton göstərirdi ki, əgər biz hamı üçün təhsil almaq imkanı və
təhsil sisteminin yüksək keyfiyyətini təmin edə bilməsək, XXI əsrdə
biz vahid Amerika ola bilmərik. Bizdən hər bir Amerikalıya dünya-
nın ən yaxşı təhsil müəssisələrində ən yaxşı müəllimlərdən ən yaxşı
təhsil almaq üçün şərait yaratmaq tələb olunur. Bu isə o deməkdir
ki, bizdə yüksək standartlar, böyük ümidlər və təhsil sahəsi ilə bağlı
olan hər bir kəsdə yüksək məsuliyyət hissi olmalıdır.
Xüsusi tətbiqi məqsədlər üçün gizli saxlanılan ən yeni biliklər
istisna olmaqla əvvəlki nəsillərin əldə etdiyi bütün biliklər – bəşə-
riyyətin ümumi bilik xəzinəsi bütün xalqlar və millətlər üçün açıq-
dır. Habelə milli xüsusiyyətlərindən asılı olaraq uşaqların qavrama
qabiliyyəti arasında böyük fərq yoxdur. Əsas fərq bu biliklərin ya-
yılması, mənimsədilməsi prosesini necə təşkil etməkdədir.
Prof. S.Xəlilov göstərir ki, təhsil öz səviyyə və yönümündən
asılı olaraq üç müxtəlif məqsədə xidmət edə bilər. Birincisi, bilik və
təcrübə bu və ya digər fəaliyyət sahəsində istifadə olunmaq, prak-
tikada tətbiq edilmək üçün əldə edilir. Həkimlərin, bəstəkarların,
mühəndislərin və s. (yaradıcılıq fəaliyyətindən fərqli olaraq hazır
bilik və vərdişlərə əsaslanan fəaliyyət) bu qəbildəndir. İkincisi, bi-
lik və təcrübə başqalarına öyrətmək üçün əldə edilir. Müəllimlik sə-
nəti qarşısına heç bir başqa praktik məqsəd qoymadan, yalnız təhsil
sisteminin kadrla təmin olunmasına, başqa sözlə, onun öz inkişafına
xidmət edir. Fənn müəllimləri əslində fizik, riyaziyyatçı yox, məhz
fizika müəllimi, riyaziyyat müəllimi olduğu kimi, müəllim-mühən-
dis, müəllim-həkim də peşəsinə görə məhz müəllimdir. Üçüncüsü,
bilik və təcrübənin səviyyəsini yüksəltmək, yeni biliklər əldə etmək
üçün lazım olan fəaliyyət sahəsi-elmi iş də ilkin təhsil mərhələsini
tələb edir. Yəni ancaq əvvəlki nəsillərdən miras qalan bilik və təcrü-
bə öyrənildikdən sonra hər bir nəsil öz payını bura əlavə edə bilər.
Yeni biliklərin alınması istiqamətində fəaliyyət nəzəri yaradıcılıq-
alimlik, yeni təcrübə əldə etmək sahəsində fəaliyyət isə əməli yara-
dıcılıq (yaradıcı-həkim və ya alim-həkim, ixtiraçı-mühəndis və s.)
adlanır. Birinci - bilik və təcrübənin tətbiqinə, ikinci – yayılmasına,
üçüncü artırılmasına xidmət edir. Lakin bu fərqlər təhsilin məq-
sədində və yüksək mərhələsində özünü göstərən fərqlərdir. İlkin
259
mərhələdə isə hər üç istiqamət üst-üstə düşür. Yəni bütün hallarda
əvvəlcə keçmiş nəsillərin əldə etdiklərini öyrənmək, mənimsəmək
lazımdır. Bu isə sözün dar mənasında, məxsusi mənada təhsildir. Bu
mərhələdə təhsil hələ başqa fəaliyyət sahələri ilə çarpazlaşmır və
xalis təhsil sahəsi kimi mövcud olur .
Bünövrədə və ilk mərhələlərdə daxili bölgü, şaxələnmə yox-
dur. Yalnız məqsədə (müxtəlif məqsədlərə) yaxınlaşdıqca ümumi
təhsil prosesində şaxələnmə başlanır və getdikcə dərinləşir. Hansı
sahə üçün kadr hazırlanmasından asılı olaraq təhsil bu və ya digər
ictimai fəaliyyət sahəsi ilə sıx surətdə əlaqələnmiş olur .
Təbii olaraq sual yaranır: Keçmiş nəsillərin əldə etdiklərini
öyrənərkən, mənimsəyərkən üstün amil nədir?
- Təhsil sadəcə bilikləri mənimsətmək üçündürmü? Əgər belə-
dirsə, onda hansı bilikləri, hansı səviyyədə və hansı yolla?
- Təhsil gəncləri şəxsiyyət kimi formalaşdırmaq, kamil mənə-
viyyatlı, vətənpərvər və humanist insan nəsli yetişdirmək üçündür-
mü? Əgər belədirsə, bunun yolları hansılardır və buna necə nail ol-
maq mümkündür?
- Təhsil sərbəst düşüncə, əməli fəaliyyət, praktik quruculuq
vərdişləri aşılamaq üçündürmü?
Əgər belədirsə, onda hansı vərdişləri və necə? Bu zaman bilik
və əməli vərdişin əlaqəsi və nisbəti necə olur? Buna uyğun təşkilati
struktur necə seçilir.
Təhsilin funksional xüsusiyyətlərinin hərtərəfli və dəqiq mü-
əyyən olunması bu cür sualları cavablandırmaq üçün əsas ola bilər.
Lakin pedaqoji ədəbiyyatın təhlilindən belə aydın olur ki, “təhsil”
anlayışının əsas funksional xüsusiyyətləri tam və dəqiq şəkildə mü-
əyyənləşdirilməmişdir. Odur ki, təhsilə verilən təriflər nöqsanlardan
azad deyildir. Bizim subyektiv anlamımıza görə məqbul sayıla bilə-
cək tərif Ə.X.Paşayevə və F.A.Rüstəmova məxsusdur, baxmayaraq
ki, bu tərifin də çatışmayan cəhətləri də vardır. Tərif belədir: “Təh-
sil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual
və emosional sferalarını inkişaf etdirmək, onu həyata hazırlamaq
məqsədi ilə müasir standartlara uyğun olaraq müəyyənləşdirilmiş
məzmunun tədris müəssisələrində və özünütəhsil yolu ilə mənimsə-
nilmə səviyyəsinin qəbul olunmuş meyarlarla yoxlanılan, qiymət-
Dostları ilə paylaş: |