Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   16   17   18   19   20   21   22   23   ...   98

İPM-in 20.2-ci maddəsinin 1-ci cümləsində nəzərdə tu-
tulmuş şərtlər mövcud olduqda, məhkəmənin rəsmi təqdimetmə
qaydalarına riayət etmək vəzifəsi aradan qalxır (əgər xarici
ölkədə yaşayan və ya Azərbaycan Respublikasının ərazisində
olduğu yeri olmayan proses iştirakçısı İPM-in 20.2-ci mad-
dəsində müəyyən edilmiş öhdəliyə baxmayaraq, məhkəmə
sənədlərini almaq üçün müvəkkil təyin etməmişdirsə). Belə
olan hallarda, məhkəmə təqdim edilməli olan sənədləri
məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə
bilər (lakin o bunu etmək vəzifəsi daşımır). Məcəllədə
bununla bağlı fərqli qayda nəzərdə tutulmadığı üçün «bilər»
sözü elə başa düşülməlidir ki, məhkəmə binasının elanlar
lövhəsinə asılma minimal şərt kimi yerinə yetirilməlidir. 
Prosesə qənaət səbəbindən İPM-in 21-ci maddəsi məhkəmə
aktının 40 nəfərdən çox şəxsə elan edilməsinin tələb olunduğu
hallarda sadələşdirilmiş təqdimetmə imkanını nəzərdə tutur.
Bu halda, məhkəmə müvafiq məhkəmə aktının kütləvi in-
formasiya vasitələrində (gündəlik qəzetlərdə) dərc olunma
yolu ilə elan edilməsi haqqında qərardad qəbul edə bilər.
Qərardadda məhkəmə aktının nə vaxt və hansı (hüquqi
mübahisə ilə bağlılığı olan ərazi üzrə) gündəlik qəzetdə dərc
olunacağı göstərilməlidir. Eyni zamanda, qərardadda məhkəmə
aktları və sənədlərinin gündəlik qəzetdə dərc olunduğu
vaxtdan 2 həftə sonra təqdim olunmuş sayılması (bax: İPM-
in 21.8-ci maddəsi) və proses iştirakçılarının İPM-in 21.9-
cu maddəsinə müvafiq olaraq dərc olunmuş məhkəmə aktının
bir nüsxəsinin onlara verilməsini tələb etmək hüququna
malik olduqları göstərilməlidir. Məhkəmə bu qərardadı
kütləvi informasiya vasitələrində dərc etmə qaydasında və
77


ya məhkəmənin elanlar lövhəsində asmaqla təqdim edə
bilməz. Əksinə, həmin qərardad bütün proses iştirakçılarına
bilavasitə təqdim olunmalıdır (bax: İPM-in 21.3-cü maddəsi).
Məhkəmənin dərc olunma haqqında qərardadından şikayət
verilə bilməz (bax: İPM-in 21.5-ci maddəsi). Bununla belə,
kütləvi informasiya vasitələrində dərc olunma yolu ilə elan
etmə üçün İPM-in 21.1-ci maddəsində sadalanmış şərt aradan
qalxarsa, yəni 41 nəfər proses iştirakçısından biri iddiadan
imtina edərsə, məhkəmə həmin qərardadı ləğv etməlidir. 
Qalan hallarda qərardadın ləğvi məhkəmənin diskresion
səlahiyyətindən asılı olur (bax: İPM-in 21.4-cü maddəsi).
Məhkəmə müvafiq məhkəmə aktını kütləvi informasiya
vasitələrində dərc etdirməklə eyni zamanda aktın özünü və
ya həmin aktın tam mətni ilə harada və necə tanış olmaq
barədə məlumatı məhkəmənin elanlar lövhəsindən asmalıdır
(bax: İPM-in 21.6-cı maddəsinin 1-ci və 3-cü cümlələri).
Əgər məhkəmə qərarları gündəlik mətbuatda dərc olunarsa,
onların tam formada asılması və ya dərc olunması zəruri
deyil. Belə olan hallarda, elanlar lövhəsində məhkəmə aktının
nəticə hissəsini və ondan şikayət qaydası haqqında məlumatı
asmaq kifayətdir (bax: İPM-in 21.6-cı maddəsinin 2-ci və 3-
cü cümlələri). Məhkəmə iclasının vaxtı və məhkəməyə
çağırış haqqında qərardadlar isə tam şəkildə elanlar lövhəsindən
asılmalı və dərc olunmalıdır (bax: İPM-in 21.7-ci maddəsi).
Məhkəmə aktının kütləvi informasiya vasitələrində dərc ol-
unmasına baxmayaraq, proses iştirakçıları həmin aktın bir
nüsxəsinin onlara verilməsini tələb etmək hüququna malikdirlər
(bax: İPM-in 21.9-cu maddəsi). Bu hüquq və İPM-in 21.8-
ci maddəsində əksini tapmış təqdimetmə fiksiyası (təqdimet-
78


mənin baş tutmuş hesab olunması) barədə proses iştirakçıları
İPM-in 21.10-cu maddəsinə müvafiq olaraq, dərc etmə
çərçivəsində, eləcə də məhkəmənin elanlar lövhəsindən
asılma zamanı məlumatlandırılmalıdırlar. 
Təqdimetmə barədə müddəaların pozulması, prinsip
etibarilə təqdimetmənin etibarsızlığı ilə nəticələnir. Lakin
bu qayda, təqdimetmə zamanı yol verilmiş qeyri-dəqiqliklərə,
yaxud qüsurlu qeydlərə şamil olunmur, bir şərtlə ki, müvafiq
sənədin ünvanlandığı şəxs təqdimetmənin kimə və nəyə aid
olduğunu müəyyən edə bilsin. İPM-də və MPM-də təqdimet-
mə ilə bağlı yol verilmiş digər qüsurların aradan qaldırıl-
ması nəzərdə tutulmamışdır. Ona görə də məsələn, MPM-in
135.3-cü maddəsində təsbit edilmiş qaydanın əksinə olaraq,
məhkəmə sənədinin yetkinlik yaşına çatmamış şəxsə verilməsi
təqdimetmənin etibarsızlığı ilə nəticələnəcəkdir (sənədin ün-
vanlandığı şəxs onu vaxt itkisinə yol vermədən əldə etdikdə
belə). Təqdimetmənin etibarsızlığı isə, onun səbəb olduğu
müddət axımının başlanmaması deməkdir. Yəni ünvanlanan
şəxs bu zaman sənədləri almamış şəxs qismində nəzərdən
keçirilməlidir. Əlbəttə, məhkəmə təqdimetməni yenidən
həyata keçirə bilər, lakin onun qüvvəsi geriyə şamil olunmur. 
2. Müddətlər 
İPM-də müxtəlif növ müddətlər nəzərdə tutulmuşdur. Bir
tərəfdən, Məcəllədə məhkəməyə aid olan müddətlər (məsələn,
məhkəmə qərarının hazır formada dəftərxanaya təqdim
edilməsi müddəti (bax: İPM-in 69.7-ci maddəsi), məhkəmə
bildirişləri ilə bağlı müddətlər (bax: İPM-in 62-ci maddəsi)),
digər tərəfdən isə, tərəflərə aid olan müddətlər (məsələn,
79


İPM-in 51-ci maddəsi, etiraz və izahatların təqdim edilməsi
üçün müddətlər (bax: İPM-in 47.2 və 48.2-ci maddələri),
iddia qaldırma müddətləri (bax: İPM-in 38-ci maddəsi))
nəzərdə tutulmuşdur. Tərəflərə aid olan müddətləri qanunla
nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin
olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş
müddətlər müddətin başlanması və davamının qanunla
müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia
qaldırma müddətləri (bax: İPM-in 38-ci maddəsi) və şikayət
vermə müddətləri (bax: İPM-in 85.1-ci maddəsi) aiddir.
Hakim tərəfindən təyin olunmuş müddətlərdən fərqli olaraq
(bax: MPM-in 132-ci maddəsi), qanunla müəyyən olunmuş
müddətlər uzadıla bilməzlər. Tərəfin qanunla nəzərdə tutulmuş
müddəti buraxması hüquqi nəticələr doğurur (məsələn,
iddianın və şikayətin mümkün sayılmaması). Qanunla
müəyyən edilmiş müddətin buraxılması zamanı tərəfin yeganə
imkanı İPM-in 24-cü maddəsinə uyğun olaraq prosessual
müddətin bərpasına dair ərizə verməkdir. 
Məhkəmə tərəfindən təyin olunan müddətlərin uzadılmasına
isə yol verilir, çünki bu halda, müddətin nə vaxtdan və hansı
müddətə verilməsini hakim özü müəyyən edir. Bu cür
müddətin buraxılması qanunla nəzərdə tutulmuş hüquqi
nəticələr yaratmır. Bununla belə, hakim tərəfindən təyin ol-
unmuş müddətlərin buraxılması son nəticədə tərəfin hüquqi
mübahisəni uduzmasına (vaxtında kifayət qədər izahat təqdim
etməməsi səbəbindən) gətirib çıxara bilər. Belə hallarda,
prosessual müddətlərin bərpa olunması mümkün deyil, çünki
İPM-in 24.1-ci maddəsi açıq-aşkar yalnız «bu Məcəllə ilə»
müəyyən olunmuş, yəni qanunla nəzərdə tutulmuş müddətlərə
şamil edilir.
80


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə