Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə28/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   24   25   26   27   28   29   30   31   ...   98

İddianın dəyişdirilməsi üçün İPM-in 54-cü maddəsində
təsbit edilmiş mümkünlük şərtlərinin mövcudluğu onunla
nəticələnir ki, hüquqi mübahisənin predmeti yalnız yeni
tələbdən ibarət olur və bu zaman iddianın dəyişdirilməsi
məsələsindən başqa, onun mümkünlüyü və əsaslı olub-ol-
maması məsələsinə baxılmalıdır. İddianın ilkin olaraq başqa
bir predmetə əsaslanması hər halda prosessual xərclərlə
bağlı qərarın qəbul olunması zamanı əhəmiyyət daşıya bilər.
Bu o deməkdir ki, məsələn, müstəsna olaraq əvvəlki mübahisə
predmeti ilə bağlı yaranmış prosessual xərcləri ödəmək
vəzifəsi İPM-in 111.5-ci maddəsinin analogiya qaydasında
tətbiqi əsasında iddiaçının üzərinə qoyula bilər.
İddianın dəyişdirilməsi üçün İPM-in 54-cü maddəsində
təsbit edilmiş mümkünlük şərtləri mövcud olmazsa, bu, yeni
iddianın İPM-in 35.3-cü maddəsinə müvafiq olaraq mümkün
sayılmaması ilə nəticələnəcəkdir. Burada söhbət, ümumi
olaraq, o situasiyalardan gedir ki, iddiaçı başqa mübahisə
predmeti ilə çıxış etsin, yəni iddianın dəyişdirilməsinə səy
göstərsin. Bu zaman İPM-in 54-cü maddəsinin şərtləri
yoxlanılmalıdır. Belə ki, İPM-in 54.1-ci maddəsinə əsasən,
inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı
olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini
məqsədəuyğun hesab etdikdə, iddianın dəyişdirilməsi
mümkündür. Əgər digər proses iştirakçıları iddianın dəy-
işdirilməsi ilə razı olarlarsa və (və ya) məhkəmə iddianın
dəyişdirilməsini məqsədəuyğun hesab edərsə, hüquqi mübahisə
yeni (dəyişdirilmiş) iddia tələbi ilə davam etdirilir. 
Bununla belə, ilkin olaraq irəli sürülmüş tələbin prosessual
taleyi barədə sual meydana çıxa bilər. Bu suala təfsir vasitəsilə
109


cavab vermək lazımdır. İddiaçının yeni tələblə yanaşı,
əvvəllər irəli sürdüyü tələbi (yardımçı qisimdə) saxlamaq
istəməsi mümkündür. Belə olan halda söhbət, həm bir neçə
tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsindən (bax:
İPM-in 37-ci maddəsi), həm də bu tələblərin yalnız zahirən
bir iddiada birləşdirilməsinin mümkünlüyündən gedə bilər.
İddiaçı öz ilkin tələbini yeni, genişləndirilmiş tələblə yanaşı
irəli sürə bilər. Lakin o, öz ilkin tələbini yeni iddia tələbinə
yardımçı qisimdə də irəli sürə bilər. Birinci halda, məhkəmə
hər iki tələb üzrə mümkünlük şərtlərini yoxlamalıdır. İkinci
halda, yardımçı tələbin mümkünlüyü yalnız o zaman yoxlanılır
ki, iddiaçının irəli sürdüyü yardımçı tələbin xidmət etdiyi
«mümkün halın» (əsas/yeni tələbin uğursuzluğa düçar olması)
baş vermə ehtimalı mövcud olsun.
Bu zaman bir neçə tələbin obyektiv olaraq bir iddiada
birləşdirilməsi ilə bağlı Məcəllədə əksini tapmış mümkünlük
şərtləri, habelə ilkin olaraq irəli sürülmüş tələbin mümkünlük
və əsaslılıq şərtləri yoxlanılmalıdır. Lakin elə hallar ola bilər
ki, yeni tələblə çıxış etmə, eyni zamanda, əvvəlki iddiadan
imtina kimi başa düşülsün. Bu, iddiaçının iddiadan birtərəfli
qaydada imtina edə bilməsindən, yaxud cavabdehin iddiadan
imtina edilməsinə razılıq verməsindən asılıdır (bax: İPM-in
55-ci maddəsi). Əgər belə olarsa, onda İPM-in 111.3-cü
maddəsi əsas götürülməklə yalnız məhkəmə xərcləri barədə
qərar qəbul edilir. Yox, əgər iddiadan imtina mümkün sayıl-
mazsa, əvvəlki tələblə bağlı işə mahiyyəti üzrə baxılaraq
qərar çıxarılmalıdır. 
Ona görə də məhkəmə qərarındakı təsviretmə üçün
aşağıdakı məsələlər biri-birindən fərqləndirilməlidir:
110


1. Əgər iddiaçı əvvəlki tələbini saxlamazsa və ondan yol
verilən şəkildə imtina edərsə, məhkəmə qərarının təsviri
hissəsində iddianın əsasının dəyişdirilməsi mümkün qədər
iddiaçının izahatlarından əvvəl qısaca təsvir olunmalıdır.
Əsaslandırıcı hissədə yalnız iddianın əsasının dəyişdirilməsinin
mümkün sayılmaması əsaslandırılmalı və xərclər məsələsi
İPM-in 110.1 və 111.3-cü maddələri əsasında həll edilməlidir.
Bu halda İPM-in 35.3-cü maddəsinə əsasən qərardadın nəticə
hissəsi belə olacaqdır: «İddia mümkün sayılmasın».
2. Əgər iddiaçı yeni iddia tələbi ilə çıxış edərkən əvvəlki
iddia tələbini də yardımçı qisimdə saxlayarsa və ya əvvəlki
iddiadan imtina edilməsi (bax: İPM-in 55.2-ci maddəsi)
mümkün sayılmazsa, onda qərarın təsviri hissəsində həm
yeni, həm də əvvəlki iddia ilə bağlı hallar biri-birinin ardınca
təsvir edilməlidir. Qərarın əsaslandırıcı hissəsində isə,
məhkəmə yeni iddianın mümkünlüyünü, yeni iddia mümkün
sayılmadıqda, əvvəlki iddianın mümkünlüyünü və əsaslılığını
yoxlamalıdır. Yalnız bu cür hallarda yardımçı tələb əhəmiyyət
kəsb edə bilər. Çünki dəyişdirilmiş yeni iddia mümkün və
əsaslandırılmış olsaydı, məhkəmənin yardımçı tələbi yoxla-
masına ehtiyac qalmazdı. Beləliklə, yuxarıda təsvir olunan
misal o halları əhatə edir ki, yeni iddia hər hansı səbəbdən
mümkün sayılmasın və yardımçı tələbə baxmaq lazım gəlsin.
Bu cür hallarda məhkəmə, yalnız əvvəlki iddianın mahiyyəti
üzrə qərar qəbul edir. 
İPM-in 37-ci maddəsinə müvafiq olaraq, sonradan bir
neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi
formasında iddia dəyişikliyi o halda baş verir ki, iddiaçı
əvvəlcə irəli sürdüyü tələbə əlavə olaraq başqa faktiki hala
111


istinad etsin və bununla da (bu, müntəzəm olaraq belə olur)
tələbini genişləndirmiş olsun. Belə bir dəyişikliyin mümkün
sayılması üçün də İPM-in 54 və 37-ci maddələrində nəzərdə
tutulmuş şərtlər mövcud olmalıdır. 
Misal:
İddiaçı ona 2009-cu ilin yanvar-aprel ayları üçün
pensiya ödənilməsini tələb edir. Prosesin gedişində o,
iddiasını 2009-cu ilin aprel-dekabr aylarına görə pensiya
ödənilməsi tələbi ilə genişləndirir. 
Məhkəmə qərarındakı təsviretmə üçün bununla bağlı
xüsusi qaydalar yoxdur. 
2. İddianın subyektə görə dəyişdirilməsi
İddianın subyektə görə dəyişdirilməsi dedikdə, prosesdə
tərəfin dəyişməsi və ya prosesə tərəfin daxil olması başa
düşülür. Yəni burada söhbət obyektiv olaraq prosesdə iştirak
edən tərəfin başqa bir tərəflə əvəz olunması, yaxud artıq
mövcud olan hüquqi mübahisəyə yeni tərəfin daxil olmasından
gedir.
Bu zaman tərəfin qanunla nəzərdə tutulmuş dəyişmə
imkanları ilə tərəfin özünün təşəbbüs göstərdiyi dəyişmə
imkanları biri-birindən fərqləndirilməlidir. Birinci halda yeni
tərəf hüquqi mübahisəyə olduğu kimi daxil olmalıdır. Belə
hallarda proses təkrarlanmır.
Tərəfin qanunla nəzərdə tutulmuş dəyişməsi növləri MPM-
in 54-cü və 58-ci maddələrində əksini tapmışdır. Bu qaydaların
112


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə