Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə30/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   26   27   28   29   30   31   32   33   ...   98

bağlı isə, iddianın təmin edilməməsi haqqında qərar çıxarıla
bilər). Prosessual həmiştirakçılar arasında qarşılıqlı olaraq
avtomatik təmsilçilik münasibəti yaranmır (bax: İPM-in
30.3-cü maddəsi). 
Prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər
mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik ol-
sunlar və ya eyni faktiki və hüquqi hallara söykənən
hüquq və vəzifələrə malik olduqlarını bildirsinlər (bax:
İPM-in 30.1-ci maddəsi). İPM-in 30-cu maddəsində əksini
tapmış şərtlərə əlavə olaraq, onun 37-ci maddəsində təsbit
edilmiş şərtlər də mövcud olmalıdır, çünki təcrübədə daim
bir neçə tələb irəli sürülür. Beləliklə, iddia tələbləri arasında
bağlılıq və eyni məhkəmənin səlahiyyəti mövcud olmalıdır. 
Birgə mülkiyyətçilər və ya vərəsələr də İPM-in 30.1-ci
maddəsinə əsasən, müştərək hüquqi maraqlar əsasında pros-
essual həmiştirakçılar kimi çıxış edə bilərlər. 
Prosessual həmiştirakçıların oxşar tələblərlə çıxış etmələri
də zəruri deyil. Qeyd olunan normaya əsasən, prosessual
həmiştirakçılığa yol verilməsi üçün həlledici meyar həmin
tələblərə birlikdə baxılması və buna dair birgə qərarın qəbu-
lunun məqsədəuyğun olmasıdır. Buna misal olaraq, bir neçə
restoran sahibinin restoranların bağlanması haqqında mətn
baxımından oxşar olan qərarlardan şikayət vermələrini göstər-
mək olar. 
İPM-in 30-cu maddəsi prosessual həmiştirakçılığın
mahiyyətini  təsvir edir. Bu mahiyyət onunla səciyyələnir
ki, prosessual həmiştirakçılıq çərçivəsində müxtəlif proses-
sual-hüquq münasibətləri yanaşı, lakin bir-birindən asılı ol-
117


mayaraq həyata keçirilir. Bu münasibətlər üzrə icraatlar
yalnız zahirən biri-biri ilə bağlıdırlar. 
b) Zəruri prosessual həmiştirakçılıq
İPM-in 30.4-cü maddəsinə uyğun olaraq, zəruri prosessual
həmiştirakçılıq  maddi-hüquqi və prosessual səbəblərdən
mövcud ola bilər. Zəruri prosessual həmiştirakçılığın xü-
susiyyəti ondan ibarətdir ki, burada bütün prosessual həmişti-
rakçılar haqqında vahid qərarın qəbulu zəruri olsun. 
Zəruri prosessual həmiştirakçılığın prosessual nəticələri
aşağıdakılardır:
• Prosessual hərəkətlər yalnız bütün həmiştirakçılar tərəfind-
ən birlikdə edilə bilər;
• Şifahi məhkəmə iclasına gəlməyən prosessual həmiştirakçı
məhkəmə iclasında iştirak edən digər həmiştirakçı
tərəfindən təmsil edilmiş sayılır (bax: İPM-in 30.4-cü
maddəsi);
• Hər hansı bir prosessual həmiştirakçı tərəfindən hüquqi
müdafiə vasitəsindən (şikayət və s.) istifadə edilməsi
başqa prosessual həmiştirakçıların lehinə/əleyhinə təsir
edir. 
IV. Üçüncü şəxslərin iştirakı: Cəlbetmə
İPM-in 27-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının
iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb edilən üçüncü
şəxslər aiddir. Üçüncü şəxslər inzibati məhkəmə icraatında
cəlb edilmə vasitəsilə iştirak edə bilərlər ki, bu da İPM-in
28-ci maddəsi ilə tənzimlənir. Bu qayda həm iddia icraatına,
həm də müvəqqəti xarakterli müdafiə icraatına şamil olunur. 
118


İnzibati məhkəmə icraatında cəlbetmə hallarına prosessual
həmiştirakçılıqdan daha tez-tez rast gəlinir. Cəlbetmə əsasən
iki məqsəd daşıyır. Bir tərəfdən, cəlbetmə vasitəsilə həm
cəlb olunmuş şəxsin, həm də mübahisə tərəflərinin mənafeləri
qorunmalı, digər tərəfdən isə, növbəti hüquqi mübahisənin
yaranmasının qarşısını almaq üçün qərarın hüquqi qüvvəsi
cəlb edilmiş şəxsə də şamil olunmalıdır. 
Cəlb edilən şəxs məhkəmə prosesində tərəfə çevrilmir.
Yəni o, sadəcə İPM-in 27.0.3-cü maddəsində nəzərdə tutulmuş
mənada cəlb edilən şəxs və bununla da hüquqi mübahisədə
üçüncü şəxsdir. Cəlbetmə vasitəsilə o, özünün və ya
başqalarının maraqlarını təmsil etmək imkanı qazanır. Cəlb
edilmiş şəxsin tərəflərdən hər hansı birini dəstəkləməsi
zəruri deyil. 
İPM-də adi (bax: İPM-in 28.1-ci maddəsi) və zəruri cəl-
betmə  (bax: İPM-in 28.2-ci maddəsi) biri-birindən
fərqləndirilir. Bu iki cəlbetmə növündən konkret halda
hansının tətbiq edilməsi üçüncü şəxslə mübahisəli hüquq
münasibəti arasındakı əlaqədən asılıdır. 
Hər iki cəlbetmə formasının tətbiqi üçün şərt, işin
məhkəmə icraatına qəbul edilmiş olmasıdır. Yəni iddia artıq
məhkəməyə daxil olmuş, lakin cavabdehə hələ təqdim
edilməmiş olmalıdır. Cəlbetmə iddia qaldırılması ilə birlikdə,
eləcə də hüquqi mübahisənin gedişində həyata keçirilə bilər.
Cəlbetmənin həyata keçirilməsi üçün iddianın mümkün
olması zəruri deyil. 
Cəlbetmə hüquqi mübahisənin qanuni qüvvəyə minmiş
qərarla başa çatmasından əvvəl, apellyasiya instansiyası
məhkəməsindəki icraatda da mümkündür. O, cəlbetmə
119


haqqında qərardadın bütün proses iştirakçılarına təqdim
edilməsi ilə başlayır və həmin qərardadın ləğvi, yaxud
hüquqi mübahisənin qanuni qüvvəyə minmiş qərarla həlli
ilə başa çatır. 
Hüquqi mübahisədə iddiaçı və ya cavabdeh tərəfdə iştirak
etməyən, prosessual hüquq qabiliyyətinə malik istənilən
şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb
edilə bilər (bax: İPM-in 25-ci maddəsi). Bu qayda inzibati
orqanlara da aiddir.
Cəlbetmə xidməti vəzifəyə görə məhkəmənin öz təşəbbüsü
ilə və ya məhkəmənin qərarı ilə qanunla qorunan maraqlarına
toxunulan digər şəxslərin vəsatəti əsasında həyata keçirilə
bilər (bax: İPM-in 28.1-ci maddəsi). 
1. Adi cəlbetmə 
Adi cəlbetmə məhkəmə qərarının üçüncü şəxslərin qanunla
qorunan maraqlarına toxunacağı hallarda mümkündür. Burada
həlledici olan yalnız publik-hüquqi və mülki-hüquqi
maraqlardır. Belə maraqlar o zaman mövcud olur ki, cəlb
edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə
predmeti arasında əlaqə olsun və prosesin nəticəsi bu əlaqəyə
toxuna bilsin. İqtisadi və ya başqa faktiki maraqların mövcud-
luğu kifayət deyil. Bu baxımdan hüquqi maraq o zaman
mövcud olur ki, cəlb edilən şəxsin tərəflərdən biri və ya hər
ikisi ilə, yaxud mübahisə predmeti ilə əlaqəsi olsun və
hüquqi mübahisə haqqında yekun qərar onun hüquqi vəziyyə-
tini yaxşılaşdıra, yaxud onun üçün gözlənilən zərərlərin
qarşısını ala bilsin. Burada həlledici məqam cəlb edilən
şəxslə hər hansı bir tərəf arasındakı mövcud hüquq münasibəti
deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. 
120


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə