Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə38/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   34   35   36   37   38   39   40   41   ...   98

başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına
xidmət edir. 
Başqa sözlə, iddiaçı yalnız öz (subyektiv) hüquqlarının
pozulduğunu bildirməlidir. Hüquqların həqiqətən də pozu-
lub-pozulmadığı iddianın əsaslılığı ilə bağlı olan bir məsələdir.
Bu qayda da iddianın mümkünlüyü çərçivəsində geniş yoxla-
malar aparılmasının qarşısının alınmasına yönəlmişdir.
Subyektiv hüquq hər hansı bir şəxsin (idarəetmənin bir
qolu olan inzibati orqanın deyil) qanun, müqavilə və ya
inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri
etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik
nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia
ərizəsində belə bir tələb hüququna istinad etməlidir. Subyektiv
hüquqlara, xüsusilə konstitusiyada təsbit olunmuş əsas
hüquqlar, eləcə də adi qanunlardan irəli gələn subyektiv
hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv
hüquqlarla eyniyyət təşkil edir.
Subyektiv hüququn mövcud olub-olmaması normanın
qoruyucu təyinata malik olub-olmaması əsasında müəyyən
edilməlidir. Konkret halda, barəsində söhbət gedən hüquq
norması müstəsna olaraq və ya ən azı fərdi maraqların da
(təkcə ictimai maraqlara deyil) qorunmasına xidmət etmə-
lidir.
Subyektiv hüquqları ümumi şəkildə üç qrupa ayırmaq
olar: 1) qoruyucu hüquqlar; 2) iştirak hüquqları; 3) müəyyən
hərəkətlərin edilməsini tələb etməyə dair hüquqlar. Qoruyucu
hüquqlar şəxslərə dövlətin onların qanunla qorunan azadlıq
sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdax-
ilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. İştirak
152


hüquqları şəxslərə iştirak etmək imkanları yaradır. Buraya,
misal üçün, vətəndaşların seçki hüququ aiddir. Üçüncü qrupa
aid olan hüquqlar isə, vətəndaşın dövlətdən müəyyən
hərəkətlərin edilməsini tələb etmək hüquqlarını əhatə edir. 
Burada nəzərə alınmalı olan vacib məsələ ondan ibarətdir
ki, qanunla və ya başqa əsaslarla aidiyyətin nəzərdə tutulması
özü-özlüyündə maraqlı şəxsin məhkəmə qaydasında qorunmaq
hüququna malik olması demək deyil (məsələn, başqa inzibati
orqanlar tərəfindən yol verilmiş pozuntularından). İcra
hakimiyyəti daxilindəki münaqişələr iddia qaydasında
məhkəmədə deyil, subordinasiya baxımından yuxarı instansiya
orqan tərəfindən həll edilir.
Əlverişsiz (yükləyici) inzibati aktın ünvanlandığı şəxs
həmin inzibati akta qarşı mübahisələndirmə haqqında iddia
qaldırmağa bütün hallarda səlahiyyətli olacaqdır. Çünki id-
diaçının onun üçün əlverişsiz (yükləyici) nəticələr yaradan
inzibati aktın ləğv edilməsinə dair maddi-hüquqi tələbi
mövcuddur. Əlverişsiz (yükləyici) inzibati aktın tərifi İİQ-
nin 2.0.11-ci maddəsində verilmişdir. Həmin tərifə əsasən,
maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu
məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifələr
qoyan akt əlverişsiz (yükləyici) inzibati aktdır. Əlverişsiz
(yükləyici) inzibati aktın (məsələn, rüsum təyin edilməsi,
tikintinin sökülməsi, restoran işlətmək icazəsinin ləğv edilməsi
barədə qərar) qəbulu həmişə inzibati aktın ünvanlandığı
vətəndaşın hüquqlarına müdaxilə deməkdir. Əgər inzibati
orqanın hərəkəti üçün heç bir qanuni əsas yoxdursa, onda
onun müdaxiləsi qanuna zidd sayılmalıdır. Bununla belə,
qanuna zidd olub-olmama müstəsna olaraq iddianın əsaslılıq
hissəsi çərçivəsində yoxlanılmalı olan bir məsələdir. 
153


Misal:
İddiaçı ona məxsus mini marketin bağlanması
haqqında qərardan şikayət vermək istəyir. Bu qərarın
qəbul edilməsinə səbəb işlərin pis getməsi səbəbindən
onun uzun müddət vergi ödəməməsi olmuşdur.
Səlahiyyətli inzibati orqan bunu mağazanın işlədilməsi
üçün şərtlərin mövcud olmaması kimi qiymətləndirmiş
və dinlənilmə hüququ təmin edildikdən sonra iddiaçının
sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan et-
mişdir.
İPM-in 35.1-ci maddəsinə müvafiq olaraq, iddiaçı
iddia qaldırmaq səlahiyyətinə malik olmalıdır. Bu
səlahiyyət o halda mövcud ola bilər ki, iddiaçı
mübahisələndirilən inzibati aktın onun subyektiv-publik
hüquqlarını pozduğunu iddia edə bilsin. Hər hansı
əlverişsiz (yükləyici) hakimiyyət tədbiri bütün hallarda
ünvanlandığı şəxsin fundamental hüquqlarına, yəni ən
azı, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü
maddəsində təsbit olunmuş hüquqlarına müdaxilə edir.
İddia qaldırmaq səlahiyyətinin yaranması üçün hüquq
pozuntusunun ən azı mümkün olması kifayət etdiyinə
görə təsvir olunan kazusda iddiaçının iddia qaldırmaq
səlahiyyəti vardır. Bununla belə, o, iddia ərizəsində
həmin hüquq pozuntusuna da istinad etməlidir (bax:
İPM-in 35.1-ci maddəsi).
İddia qaldırmaq səlahiyyəti yalnız o halda mövcud olmur
ki, hüquqa müdaxilə açıq-aydın və birmənalı şəkildə nəzərə
çarpmasın. 
154


Əgər inzibati aktın qəbul edilməsi tələbinin mümkün
olub-olmaması sual doğurarsa (yəni məcburetmə haqqında
iddialarda) və ya inzibati aktın qəbulu bir vətəndaş üçün
əlverişsiz, digəri üçün isə əlverişli şərait yaradarsa (yəni
mübahisələndirmə haqqında iddialarda), bu zaman iddia
qaldırmaq səlahiyyəti barədə normanın yoxlanılması çətin-
ləşəcəkdir. İkinci halda hər hansı bir üçüncü şəxs, bir qayda
olaraq, digər şəxsə ünvanlanmış əlverişli inzibati aktın onun
üçün əlverişsiz nəticələr yaratdığını iddia edir. Belə bir
üçüncü şəxsə ən bariz misal kimi tikinti sifarişçisinə verilmiş
tikinti icazəsinə qarşı iddia qaldırmaq istəyən qonşunu göstər-
mək olar. Burada hansı tikinti hüququ müddəalarının üçüncü
şəxsə (qonşuya) də subyektiv tələblə çıxış etmək hüququ
verməsi dəqiq araşdırılmalıdır. Beləliklə, qeyd olunan halda
olduğu kimi, hər hansı bir normanın üçüncü şəxslərin də
hüquqlarını qoruyub-qorumadığı təfsir vasitəsilə müəyyən
edilməli olan bir məsələdir. 
Misal:
Qonşu yan tərəfdə yerləşən torpaq sahəsinin
mülkiyyətçi sinə verilmiş tikinti icazəsinə qarşı iddia
qaldırır və bunu onunla əsaslandırır ki, tikintisinə icazə
verilmiş ev onun evinə düşən zəruri təbii işığın qarşısını
alır.
Qeyd olunan halda inzibati məhkəmə icraatında faktiki
olaraq üç tərəf iştirak edir: 1) verilmiş tikinti icazəsinə qarşı
iddia qaldırmış iddiaçı; 2) tikintiyə icazə əldə etmiş tikintinin
sifarişçisi; 3) tikintiyə icazəni vermiş inzibati orqan. Üçbucaq
155


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə