Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə35/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   31   32   33   34   35   36   37   38   ...   98

ləmələrində və qərarlarında mümkünlüklə bağlı hər hansı
münasibət bildirilməsi lüzumsuzdur. 
Nəyisə yaddan çıxarmamaq üçün bütün mümkünlük
şərtlərini (prosessual şərtlər, işin mahiyyəti üzrə qərar qəbul
etmək üçün şərtlər) nəzərdə tutan yoxlayıcı siyahı (check
list) hazırlamaq və onu ən azı nəzərdən keçirmək faydalı ola
bilər. 
İşin mahiyyəti üzrə qərar qəbul etmək üçün ən mühüm
şərtlər aşağıda ətraflı göstərilmişdir. Az əhəmiyyət kəsb
edən mümkünlük şərtləri yalnız mövzunun tam əhatə edilməsi
baxımından təsvir edilmişdir. 
İşin mahiyyəti üzrə qərar qəbul edilməsi üçün tələb olunan
şərtlərə, ilk öncə, iddianın lazımi qaydada qaldırılması
aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində əksini tapmış
minimal məzmuna malik olmalıdır. Həmin məzmun təqdim
edilmiş ərizənin məhkəməyə ünvanlanan, eləcə də hüquqi
və (və ya) faktiki baxımdan aydınlaşdırılmalı predmetə
malik olan iddia kimi tanınmasını təmin edir. İddiaçının
istəyi faktların təsvir olun 
masından və iddia tələbinin
bildirilməsindən sonra kifayət qədər aydın olmalıdır. Vəkillə
təmsil olunmamış şəxslər müraciət edərkən minimal məzmunla
bağlı tələblər cüzi xarakter daşımalıdır. Cavabdehin kimliyi
müəyyən edilməli və məhkəməyə çağırış vərəqəsinin həqiqətən
də ona çata bilməsini təmin edəcək ünvan göstərilməlidir.
İddianın bütün prosessual hərəkətlər kimi hər hansı bir
şərtdən asılı edilməsinə yol verilmir.
Məhkəməyə müraciət edən şəxs prosessual fəaliyyət qa-
biliyyətinə malik olmalıdır. Vəkillə təmsil olunma halında
139


müvafiq etibarnamə mövcud olmalıdır. Bu şərtlər mövcud
deyilsə, məhkəmə heç bir halda iddia ərizəsinin üzərindən
sükutla keçə bilməz. Əksinə, o, İPM-in 46.3-cü maddəsinə
uyğun olaraq, ərizədəki qüsurları iddiaçının nəzərinə çatdırmalı
və ona iddia ərizəsinin müvafiq tələblərə uyğunlaşdırılması
üçün ağlabatan müddət təyin etməlidir. 
Mümkünlük şərtləri ən geci şifahi məhkəmə baxışının
başa çatması zamanı (həlledici an) mövcud olmalıdır. Ümu-
miyyətlə, bütün hallarda qüvvədə olan prosessual hüququn
tətbiq edilməsi ümumi prinsipdir. 
B. İddianın mahiyyəti üzrə qərar qəbul 
edilməsi üçün məhkəmə ilə bağlı şərtlər 
• Azərbaycan məhkəmələrinin aidiyyətinin mövcudluğu
(bu, yalnız xarici ölkə ilə bağlılıq yarandıqda sual doğura
bilər);
• Mübahisələrə inzibati məhkəmələrdə baxılmalı olması
(bax: İPM-in 1.1-ci maddəsi); Bu o deməkdir ki, söhbət
inzibati hüquq münasibətləri ilə bağlı yaranan
mübahisələrdən getməlidir. Belə mübahisələr, mübahisə
predmetini İİQ-ə (bax: həmin qanunun 1.1 və 2.0.2-ci
maddələri) əsasən qəbul edilmiş və ya qəbul edilməsi
arzu edilən inzibati aktların təşkil etdiyi bütün hallarda
mövcud olur. Eyni zamanda, inzibati orqanlar İİQ-nin
1.2-ci maddəsinə əsasən faktiki xarakterli hərəkətlər et-
dikdə də, söhbət inzibati mübahisələrdən gedir. Bu
barədə artıq yuxarıda bəhs edilmişdir (bax: Fəsil 1, A I);
• İddianın predmet aidiyyəti (bax: İPM-in 2-ci maddəsi);
• İddianın ərazi aidiyyəti (bax: İPM-in 8-ci maddəsi).
140


C. İddianın mahiyyəti üzrə qərar qəbul 
edilməsi üçün tərəflərlə bağlı şərtlər 
• Tərəfin mövcud olması (bax: İPM-in 1.2-ci maddəsi,
MPM-in 254-cü maddəsi).
Tərəfin heç vaxt mövcud olmaması, eləcə də, mövcud
olsa da iddianın qaldırılmasından əvvəl vəfat etməsi, ləğvi
və ya müflisləşməsi mümkündür. Əgər tərəfin mövcudluğu
iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən
sonra başa çatarsa, onda İPM-in 1.2-ci maddəsinə müvafiq
olaraq MPM-in 254-cü maddəsinin qaydaları tətbiq olunur.
Bunun nəticəsi olaraq, hüquqi mübahisə üzrə icraat MPM-
in 256-cı maddəsinə əsasən hüquq varisinin müəyyən edilməs-
inə qədər dayandırılır. Bu halda, icraat hüquq varisinin
müəyyən edilməsindən sonra davam etdirilə bilər.
• Prosessual hüquq qabiliyyəti (bax: İPM-in 25-ci maddəsi). 
Prosessual hüquq qabiliyyəti dedikdə, məhkəmə icraatında
tərəf ola bilmək qabiliyyəti başa düşülür. Hüquq qabiliyyətinə
malik şəxs tərəf kimi iştirak etmək qabiliyyətinə malikdir.
Aktiv və passiv tərəf kimi iştirak etmək qabiliyyəti (yəni
iddiaçı və ya cavabdeh tərəfdən, yaxud üçüncü şəxs qismində
hüquqi mübahisədə iştirak etmək) bir-birindən fərqləndirilmə-
lidir.
• Tərəf olmaq qabiliyyəti (bax: İPM-in 25-ci maddəsi). 
Hər bir fiziki və hüquqi şəxs tərəf olmaq qabiliyyətinə
malikdir.
141


• Prosessual fəaliyyət qabiliyyəti (bax: İPM-in 26-cı mad-
dəsi). 
Prosessual fəaliyyət qabiliyyəti prosessual hərəkətləri edə
bilmək, yəni hər hansı bir məhkəmə prosesini şəxsən və ya
nümayəndə vasitəsilə aparmaq qabiliyyətidir (bax: İPM-in
26.1-ci maddəsi). Daha sonra, mülki hüquq normalarına
əsasən, məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin
inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi
hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli
sayılan şəxslər də prosessual fəaliyyət qabiliyyətinə malikdir
(bax: İPM-in 26.1.2-ci maddəsi). Bu o deməkdir ki, prinsip
etibarilə hüququn mənsub ola bildiyi hər kəs (inzibati orqanlar
da) prosessual fəaliyyət qabiliyyətli sayılırlar. 
İcraatda iştirak edən inzibati orqanlar və hüquqi şəxslər
İPM-in 26.2-ci maddəsinə əsasən, səlahiyyət verilmiş nü-
mayəndələr vasitəsilə prosessual fəaliyyət qabiliyyətinə
malik olurlar. 
İnzibati məhkəmə icraatında məhdud fəaliyyət qabiliyyətli
və ya fəaliyyət qabiliyyəti olmayan şəxslərə gəldikdə isə,
İPM-in 26.3-cü maddəsi MPM-in qanuni nümayəndə ilə
təmsil olunmanı nəzərdə tutan 49-cu maddəsinə göndəriş
edir.
• Məhkəmədə hüquqi cəhətdən etibarlı hərəkətlər etmək
qabiliyyəti (İPM-in 31-ci maddəsi). 
Prinsip etibarilə prosessual fəaliyyət qabiliyyətinə malik
hər kəs məhkəmə qarşısında hüquqi cəhətdən etibarlı hərəkətlər
etmək qabiliyyətinə də malikdir, bir şərtlə ki, qanunda qanuni
142


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə