Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə37/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   33   34   35   36   37   38   39   40   ...   98

orqan tərəfindən məhkəmə qərarının icrasına zərurət qalmadan)
hüquqi vəziyyəti dəyişdirir (mübahisələndirmə və məcburetmə
haqqında iddialar arasında dəqiq fərqləndirmə aparmaq üçün
məcburetmə haqqında iddia haqqında müvafiq fəsilə, eləcə
də inzibati aktlarla bağlı fəsildə əlverişli və əlverişsiz inzibati
aktlar arasındakı fərqlərə dair qeydlərə bax). 
Mübahisələndirmə haqqında iddia və müvafiq olaraq, bu
iddia ilə bağlı çıxarılan məhkəmə qərarı bütöv inzibati akta
və ya yalnız onun ayrıla bilən hissələrinə istinad edə bilər.
Bu, İPM-in 70-ci maddəsinin mətnindən irəli gəlir. Həmin
maddəyə əsasən, məhkəmə inzibati aktı, yalnız onun qanuna
zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını
pozduğu hallarda ləğv edir. Beləliklə, İPM-in 70-ci maddəsi
İİQ-nin inzibati orqan tərəfindən inzibati icraat haqqında
hüquq normalarının və ya maddi hüquq normalarının
pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul
edilmiş inzibati aktın qanunsuz sayılmasını nəzərdə tutan
67.1-ci maddəsinin təzahürüdür. İnzibati aktın qismən ləğv
edilməsi, həmin aktın hissələrə ayrıla bildiyi hallarda
mümkündür. Diskresion səlahiyyətlər çərçivəsində qəbul
edilmiş qərarlara münasibətdə isə, bu, nadir hallarda (yalnız
inzibati orqanın inzibati aktın qismən qanuna zidd olduğunu
bildiyi halda, məhz bu cür qərar çıxaracağına əsaslar olduqda)
baş verə bilər. Əks halda, məhkəmə qeyri-qanuni olaraq
inzibati orqanın yerinə onun diskresion səlahiyyətini həyata
keçirmiş olardı. Bu səbəbdən diskresion səlahiyyətlər
çərçivəsində qəbul edilmiş qərarların (bununla bağlı sonrakı
hissələrdə ətraflı danışılacaq) qismən ləğvi, bir qayda olaraq,
istisnadır. 
148


Əlverişli və əlverişsiz inzibati aktların (bax: İİQ-nin
2.0.10 və 2.0.11-ci maddələri) fərqləndirilməsi iddianın
növlərinə təsir göstərir. Mübahisələndirmə haqqında iddianın
predmetini, yalnız (ən azı qismən) əlverişsiz inzibati akt
təşkil edə bilər. 
Qeyd: Hər hansı əlverişli şəraiti yaradan halın (məsələn,
icazənin) təmin edilməməsi əlverişsiz inzibati akt sayılmır,
çünki belə bir qərar hüquqi vəziyyəti dəyişmir, sadəcə və
yalnız hüquqların genişlənməsinin qarşısını alır. Beləliklə,
bu cür qərara qarşı mübahisələndirmə haqqında deyil, məcbu-
retmə haqqında iddia qaldırılmalıdır. 
İddiaçının iddia qaldırmazdan əvvəl yuxarı inzibati orqana
inzibati şikayət verdiyi halda, mübahisələndirmə haqqında
iddianın predmetini (əlavə olaraq) şikayət instansiyasının
qərarı da təşkil edə bilər (bax: İİQ-nin 71-ci və ondan
sonrakı maddələri, eləcə də İPM-in 32.2-ci maddəsi).
Bununla belə, İİQ-nin 60-cı maddəsində nəzərdə tutulmuş
mənada əlavə müddəalara qarşı iddia qaldırılması problematik
ola bilər (xüsusilə, söhbətin müstəqil, yaxud əsas inzibati
aktdan asılı olan göstərişlərdən getdiyini müəyyən etməyin
zəruri olduğu hallarda). 
Beləliklə, inzibati hüququn tətbiqi üçün həlledici olan
inzibati orqanın necə hərəkət etməli olduğu deyil, faktiki
olaraq necə hərəkət etdiyidir. Müəyyən hallarda, publik və
ya xüsusi hüququn biri-birindən fərqləndirilməsi iddiaçının
dəqiq nə istəməsindən də asılı olur.
149


Misal:
Bir sahibkar yaşayış ərazisində anbar tikintisi üçün
icazə alır. Anbarın tikintisi qonşuları narahat etdiyi üçün
onlar bunun qarşısını almaq istəyirlər. Qonşuların bir
neçə imkanı mövcuddur. Bir tərəfdən, onlar bu mübahisənin
publik-hüquqi qaydada həlli yolunu seçə və inzibati
məhkəmədə tikinti icazəsinə qarşı mübahisələndirmə
haqqında iddia qaldıra bilərlər. Digər tərəfdən isə, onların
mülki-hüquqi qaydada sahibkardan tikinti işlərinin
dayandırılmasını tələb etmələri də mümkündür. Lakin
mülki-hüquqi qaydada iddia qaldırılması iddiaçılar üçün
çox şey vəd etmir. Çünki mülki məhkəmə icraatı gedişində
sahibkar ona verilmiş tikintiyə icazəni təqdim edə və
nəticədə, qonşular anbarın tikintisinə dözmək məcburiyyəti
qarşısında qala bilərlər. 
Polis bir restoran sahibini vergidən yayınmaqda təqsir-
ləndirir və bildirir ki, ona bu barədə (restoran sahibinin
istehlak edilmiş spirtli içki üçün zəruri vergi ödəməməsi
barədə) məlumatı həmin restoranın müştərilərindən biri
verib. Bununla əlaqədar polis reyd keçirir, lakin hər şeyin
qaydasında olduğunu müəyyən edir. Restoran sahibi polis-
dən bu məlumatı vermiş müştərinin adının açıqlanmasını
tələb edir və bildirir ki, məqsədi həmin şəxsə qarşı işgüzar
nüfuza dəymiş ziyanın əvəzinin ödənilməsinə dair iddia
qaldırmaqdır. Amma polis bu məlumatı verməkdən imtina
edir və bunu məlumatın konfidensiallığı ilə əsaslandırır.
Restoran sahibi müvafiq məlumatın verilməsi tələbi ilə
iddia qaldırır. Məlumatın verilməsi hüquqi nəticə yarat-
madığı üçün restoran sahibi inzibati akt qəbul edilməsini
150


deyil, inzibati orqanın faktiki xarakterli hərəkət etməsini
tələb edir.
Mübahisələndirmə haqqında iddianın mühüm növlərindən
biri İPM-in 72-ci maddəsində təsbit olunmuşdur. Bu norma
mübahisələndirmə haqqında iddia ilə bağlı elə bir halı
nəzərdə tutur ki, orada iddianın icraata qəbul edilməsindən
sonra inzibati akt barəsində mübahisə əhəmiyyətini itirmiş
olsun (bax: İİQ-nin 64-cü və 65-ci maddələri). (Bununla
bağlı, həmçinin müəyyən etmə haqqında iddia fəsli çərçivəsində
İPM-in 72-ci maddəsi ilə bağlı qeyd olunanlara bax). 
II. Mübahisələndirmə haqqında iddianın 
xüsusi mümkünlük şərtləri
Mübahisələndirmə haqqında iddianın mümkün sayılması
üçün ümumi mümkünlük şərtləri ilə yanaşı (bununla bağlı
daha ətraflı məlumat almaq üçün mümkünlük şərtlərinə dair
fəslə bax), aşağıdakı xüsusi mümkünlük şərtləri də mövcud
olmalıdır: 
– İddia qaldırmaq səlahiyyəti (bax: İPM-in 35-ci mad-
dəsi);
– İddia qaldırmaq müddətinə riayət edilməsi (bax: İPM-
in 38.1-ci maddəsi). 
1. İddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi)
Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün
sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi
ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu
bildirsin. Bu şərt hər hansı bir şəxsin heç bir əsas olmadan
151


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə