Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə45/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   41   42   43   44   45   46   47   48   ...   98

Əslində bu kimi hallarda radio elanları vasitəsilə əhaliyə
qapı və pəncərələri bağlamaq və qaz sızan ərazidən
keçməməklə bağlı xəbərdarlıq etmək, eləcə də qaz
kəmərinin məxsus olduğu müəssisəyə kəmərin qəzalı
hissəsini dərhal təmir etmək və ya bu istiqamətdə
lazımi hesab etdiyi digər addımlar atması tapşırığı
vermək yararlı olardı.
Bəzən yararlılığın qiymətləndirilməsi bir qədər mürəkkəb
olur. Məsələn, hər hansı bir evin uçma təhlükəsi mövcuddursa,
həmin evin mülkiyyətçisindən tikilinin davamlılığına dair
planları təqdim etməsini tələb etmək ilk baxışdan elə də
məntiqli görünmür. Lakin belə bir tədbir inzibati orqana,
ümumiyyətlə hansı hərəkətin yararlı olmasını, o cümlədən
onun hansı tapşırığı verməli olmasını yoxlamaq üçün mühüm
əhəmiyyət kəsb edə bilər.
İnzibati orqanın hərəkəti həmçinin zəruri  olmalıdır.
Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib
amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər va-
sitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun
sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan
mümkün olan bir neçə yararlı davranış variantından maraqlı
şəxsə münasibətdə ən yumşağını seçsin.
Misal:
Polis işçisi əyləc mayesi axdığına görə əyləci
işləməyən bir nəqliyyat vasitəsi müəyyən edir. Bu təh-
lükəli vəziyyətin aradan qaldırılması üçün bir neçə
180


yararlı çıxış yolu mümkün ola bilər. Misal üçün, polis
işçisi nəqliyyat vasitəsini avtomobil yolunun kənarında
saxlatdıra və onun sürücüsündən maye axan yerin
altına bir qab qoyulmasını, bununla da mayenin oraya
tökülməsinin təmin olunmasını tələb edə bilər. Yaxud
belə hallarda nəqliyyat vasitəsinin təmir edilmə məqsədilə
dərhal emalatxanaya aparılması barədə də göstəriş ver-
ilməsi mümkündür. Nəhayət, polis işçisi avtomobilin
tullantı məntəqəsinə aparılmasını tələb edə bilər.
Bununla belə, sözügedən halda sonuncu tədbir tətbiq
oluna bilməz. Çünki yuxarıda göstərildiyi kimi, konkret
halda vətəndaşın hüquqlarına daha az müdaxilə edən
bir neçə yararlı tədbir mövcuddur.
İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni
uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə,
hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının
məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq
edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQ-
nin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların
davranışına şamil edilməli olan prinsipdir.
Misal:
Fərz edək ki, Bakıda havanın temperaturu mənfi 10
dərəcədən aşağıdır. Evsiz-eşiksiz olan bir neçə insan
isinmək üçün inzibati orqanın yaxşı qızdırılmış binasına
daxil olur. İnzibati orqanın rəhbəri onların binadan
çıxarılması barədə göstəriş verir. Binadan çıxarılma
barədə tədbir yararlı hesab olunur, çünki bu tədbir
181


binada nizam-intizama riayət edilməsi və oraya bu
qaydaları pozan şəxslərin daxil olmaması kimi arzu
edilən məqsədə nail olunmasına yönəlmişdir. Eyni za-
manda, qeyd olunan tədbiri zəruri və ən yüngül vasitə
saymaq da olar. Belə ki, o, inzibati orqanın binasına
yalnız nizam-intizamı pozmayacaq şəxslərin daxil ol-
masını təmin etmək üçün yeganə imkandır. Lakin
bütün bunlara baxmayaraq, bayırda havanın çox soyuq
olduğu bir şəraitdə sözügedən şəxslərin binadan çıxarıl-
maları qeyri-mütənasibdir. Çünki belə olan təqdirdə
maraqlı şəxslərin sağlamlıqlarına xələl yetirilməsi və
inzibati orqanın hərəkəti ilə çatılmalı olan məqsədlər
arasında qeyri-tarazlıq mövcud olacaqdır.
Lakin havanın temperaturu müsbət 5 dərəcədən yuxarı
olarsa, vəziyyət başqa cür qiymətləndiriləcəkdir. Bu zaman
sağlamlığı təhlükə altına qoya biləcək aktual vəziyyətin
mövcudluğunun yoxlanılması üçün yenidən təhlil aparıl-
malıdır.
Bununla əlaqədar həlledici amil ondan ibarətdir ki, inzibati
orqan diskresion səlahiyyətlər daxilində qəbul etdiyi qərarda
öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırsın.
Məqsəd, bir tərəfdən, həmin qərarın məhkəmə tərəfindən
yoxlanılması, digər tərəfdən isə, onun vətəndaş tərəfindən
anlaşılması üçün şərait yaratmaqdır (bax: İİQ-nin 61.3-cü
maddəsi). 
Məhkəmə inzibati orqanın qanunla ona həvalə edilmiş
diskresion səlahiyyəti sezib-sezmədiyini və bu səlahiyyəti
həyata keçirib-keçirmədiyini yoxlayır.
182


Misal:
Fərz edək ki, qanunda aşağıdakı məzmunlu bir müd-
dəa təsbit olunmuşdur: «Azərbaycan Respublikasında
olan əcnəbi cinayət törətdikdə ölkədən çıxarıla bilər.»
İnzibati orqan oğurluq etmiş əcnəbini tutur və onun
ölkədən çıxarılmasını bununla əsaslandırır ki, qanunda
bu, məcburi tədbir qismində təsbit edilmişdir. Belə bir
dəlilin gətirilməsi onu göstərir ki, inzibati orqan qeyd
olunan halda qanunla ona verilmiş diskresion səlahiyyəti
sezməmişdir. Ona görə də əcnəbinin ölkədən çıxarıl-
masına dair inzibati akt məhkəmə tərəfindən ləğv
edilməlidir (bax: İPM-in 74-cü maddəsi).
Bundan başqa, məhkəmə inzibati orqanın diskresion
səlahiyyəti düzgün istifadə edib-etmədiyini də yoxlayır.
Burada, məhkəmə «inzibati orqanın yerinə olsaydı, eynilə
hərəkət etmiş olardımı?» məsələsini yoxlamır. Məhkəmə
müvafiq fəaliyyəti göstərən dövlət qulluqçusunun da vəziyyətini
nəzərə almır. Çünki inzibati orqanın diskresion səlahiyyətinin
mahiyyəti ondan ibarətdir ki, inzibati orqan bir neçə alternativ
hərəkət imkanlarından birini seçə bilər və seçməlidir.
Hakimiyyətlərin bölünməsi prinsipinə əsasən, yalnız hüquqi
yoxlama (nəzarət) məhkəmənin vəzifəsidir. İPM-in 74-cü
maddəsinə əsasən, məhkəmə yalnız obyektiv baxımdan
diskresion səlahiyyətlərin həyata keçirilməsinin qanuniliyini
və bu zaman diskresion səlahiyyətlərin qanunla müəyyən
olunmuş hədlərinə inzibati orqanın əməl edib-etmədiyini,
183


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə