Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə48/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

Qeyd olunan kazusla bağlı məhkəmə qərarının nəticə
hissəsi aşağıdakı kimi yazılır:
«Cavabdehin .... №-li, 2 fevral 2009-cu il tarixli qərarı
iddiaçının tələb olunan 1000 manat əvəzinə yalnız 700
manat ödəməli olması hissəsində dəyişdirilir.»
Mahiyyət baxımından bununla inzibati aktın qismən ləğvi
arasında heç bir fərq yoxdur. Əgər baxılan kazusda söhbət
inzibati aktın qismən ləğvindən getmiş olsaydı, məhkəmə
qərarının nəticə hissəsi aşağıdakı məzmunda yazıla bilərdi:
«Cavabdehin .... №-li, 2 fevral 2009-cu il tarixli qərarı
məbləğin 700 manatı keçdiyi hissədə ləğv edilir. İddia qalan
hissədə rədd edilir.»
c) İnzibati aktın icrasının dönüşü 
(İPM-in 71-ci maddəsi)
Yuxarıda qeyd olunanlardan başqa, İPM-in 71-ci maddəsinə
əsasən, məhkəmə iddiaçının ərizəsi əsasında inzibati orqanın
üzərinə inzibati aktın icrasının nəticələrini aradan qaldırmaq
barədə öhdəlik qoya bilər. İcranın nəticələrini aradan qaldırmaq
mümkün olmadıqda isə, məhkəmə inzibati orqan tərəfindən
kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. 
Misal:
İddiaçı divarın sökülməsi barədə qərara qarşı iddia
qaldırır. İddianın hələ icraatda olmasına baxmayaraq,
inzibati orqan divarı sökür. Əslində, inzibati orqan
bunu edə bilər, çünki İPM-in 41.1-ci maddəsinə görə
192


mübahisələndirmə haqqında iddia inzibati aktın icrasını
dayandırmır. Buna baxmayaraq, iddiaçı İPM-in 71.1-
ci maddəsinə müvafiq olaraq, ərizə verərək artıq icra
olunmuş inzibati aktın nəticələrinin inzibati orqan
tərəfindən aradan qaldırılmasını tələb edə bilər. Lakin
inzibati orqanın üzərinə yeni divar tikmək öhdəliyinin
qoyulması problematik ola bilər. Belə hallarda, inzibati
orqanın İPM-in 71.3-cü maddəsinə əsasən kompensasiya
ödəməsi daha real görünə bilər.
İddiaçı dotasiya ilə bağlı pulun geri qaytarılması
haqqında qərara qarşı iddia qaldırır. Hüquqi mübahisənin
gedişində iddiaçı tələb olunan məbləği inzibati orqana
ödəyir. Pulun geri qaytarılması haqqında qərar etibarlı
sayıldığı üçün (bax: İİQ-nin 64.1-ci maddəsi) iddiaçı
bu qərara qarşı qaldırdığı mübahisələndirmə haqqında
iddia üzrə icraatı davam etdirməlidir. Eyni zamanda,
o, İPM-in 71.1-ci maddəsinə əsasən, inzibati aktın
icrasının nəticələrinin aradan qaldırılmasını, yəni ödədiyi
pulun geri qaytarılmasını tələb edə bilər.
C. Məcburetmə haqqında iddia 
(İPM-in 2.2.2, 33, 73-cü maddələri)
I. Ümumi məsələlər
Məcburetmə haqqında iddiaya dair mühüm normalar
İPM-in bu iddia növünü təsbit edən 2.2.2-ci, məcburetmə
haqqında iddianın tətbiqi sferasını müəyyənləşdirən 33-cü
və məhkəmə yoxlamasının hədlərini, eləcə də iddia təmin
193


edildiyi halda, məhkəmə qərarının nəticə hissəsini müəyyən
edən 73-cü maddələrində əks olunmuşdur. Məcburetmə
haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati
orqandan İİQ-nin 2.0.10-cu maddəsində nəzərdə tutulmuş
mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt
qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin
genişləndirilməsini tələb edə bilər. Bu, həm inzibati orqanın
inzibati aktın qəbulundan imtina etdiyi (bax: İPM-in 33.1-ci
maddəsi), həm də inzibati orqanın ərizənin baxılmamış
saxlanılması haqqında qərar qəbul etdiyi (bax: İİQ-nin 34-
cü maddəsi), eləcə də hərəkətsizlik səbəbindən ümumiyyətlə
inzibati aktın qəbul edilməsinə dair ərizəyə baxmadığı (bax:
İPM-in 33.2-ci maddəsi) hallara şamil olunur. Sonuncu
hal hərəkətsizliyə qarşı iddianın bir növünü təşkil edir və
bu barədə kitabın sonrakı hissələrində ətraflı bəhs olu-
nacaqdır.
İnzibati orqana inzibati aktın qəbul edilməsi ilə bağlı
ərizə daxil olduqda, onun dörd formada hərəkət etmək
imkanı olur:
1) O, ərizəni təmin edir və inzibati aktı qəbul edir. Bu
halda, icraat bitir, yəni şikayət instansiyasında icraata
və ya iddia icraatına ehtiyac qalmır;
2) O, qərarın qəbul edilməsini qismən və ya tamamilə
rədd edir. Bu zaman imtinaedici inzibati akt qəbul
olunur. Ərizəçi bu qərardan ya şikayət instansiyasına
şikayət verə, ya da iddia ərizəsi ilə məhkəməyə müraciət
edə bilər (bax: İİQ-nin 72.1-ci maddəsi);
3) O, hərəkətsizlik nümayiş etdirir və heç bir qərar qəbul
etmir. Belə olan halda iddiaçı, barəsində yuxarıda
194


söhbət gedən hərəkətsizliyə dair iddia imkanından
istifadə edə bilər; 
4) Eyni mübahisə predmeti barəsində inzibati orqanın
qərarı və ya məhkəmə qərarı mövcud olduğu halda,
inzibati orqan İİQ-nin 34.2-ci maddəsinə müvafiq
olaraq, ərizənin baxılmamış saxlanılması haqqında
qərar qəbul edə bilər. Həmin qərara qarşı məcburetmə
haqqında iddia ilə məhkəməyə müraciət etmək olar.
II. Xüsusi şərtlər
1. İnzibati orqana ərizə verilməsi
Məcburetmə haqqında iddia onunla səciyyələnir ki,
şəxs İİQ-nin 28.1.1-ci maddəsinə əsasən inzibati aktın
qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin
və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni iddiaçı
inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb
etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət
edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli
inzibati orqana müraciət etməlidir. Bu, İİQ-nin 66-cı mad-
dəsindən irəli gəlir. İddiaçı inzibati orqandan inzibati aktın
qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin
edilməsini tələb etmək istəyirsə, bu zaman məcburetmə
haqqında iddia düzgün iddia növü olmayacaq. Bu kimi
hallarda iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmalıdır
ki, bu barədə də kitabın sonrakı hissələrində daha ətraflı
bəhs olunacaqdır.
195


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə