Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə51/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   47   48   49   50   51   52   53   54   ...   98

3. İnzibati orqan tərəfindən məcburi olaraq və ya
diskresion səlahiyyət əsasında qəbul edilən qərar-
lar
Mübahisələndirmə haqqında iddiada olduğu kimi burada
da məcburi olaraq və ya diskresion səlahiyyət əsasında qəbul
edilmiş qərarlar fərqləndirilir. Başqa sözlə, məhkəmənin
qərarı inzibati orqanın müəyyən bir inzibati aktı qəbul etmək
öhdəliyi daşıyıb-daşımamasından, yaxud bu aktın qəbulu ilə
əlaqədar diskresion səlahiyyətə malik olub-olmamasından
asılıdır.
İddiaçının konkret bir inzibati aktın qəbulu ilə bağlı
qaldırdığı məcburetmə haqqında iddia çərçivəsində
məhkəmənin qərarı İPM-in 73-cü maddəsinə əsasən çıxarılır.
a) Məcburi olaraq qəbul edilən qərar 
(İPM-in 73.1-ci maddəsi)
Əgər inzibati aktın qəbulu üçün şərtlər mövcuddursa və
inzibati orqan tərəfindən qəbul edilməli olan qərar qanunla
məcburi olaraq müəyyən edilibsə, yəni inzibati orqan,
məhz iddiaçının arzuladığı inzibati aktı qəbul etmək öhdəliyi
daşıyırsa, məhkəmə məcburetmə haqqında iddianın əsaslılığının
yoxlanılması nəticəsində imtinaedici inzibati aktı ləğv etməklə
inzibati orqanın üzərinə iddiaçının arzuladığı inzibati aktı
qəbul etmək öhdəliyi qoyur (bax: İPM-in 73.1-ci maddəsi).
Yəni qeyd olunan hallarda məhkəmə özü inzibati akt qəbul
etmir, çünki hakimiyyətlərin bölgüsü prinsipinə müvafiq
olaraq inzibati aktın qəbulu inzibati orqanların işidir.
204


Misal:
İddiaçı ona pensiya təyin edilməsini istəyir. Bununla
bağlı müvafiq qanunda belə bir norma təsbit olunub:
«Əgər ərizəçinin 65 yaşı tamam olubsa və o, ən azı 30
il sığorta stajına malikdirsə, ona pensiya təyin edilmə-
lidir.»
Əgər məhkəmə iddiaçının bu şərtləri yerinə yetirdiyini
müəyyən edərsə, inzibati orqanın üzərinə arzu edilən inzibati
aktın qəbul edilməsi öhdəliyinin qoyulması haqqında qərar
çıxarır. Çünki inzibati orqan yuxarıda qeyd olunan normaya
əsasən bu qərarla bağlı diskresion səlahiyyətə malik deyil.
b) Diskresion səlahiyyət əsasında qəbul 
edilən qərar (İPM-in 73.3.1-ci maddəsi)
Əgər inzibati orqan inzibati aktı qəbul edib-etməməsi ilə
bağlı diskresion səlahiyyətə malik olarsa, onda məsələ başqa
cür qiymətləndiriləcəkdir. İPM-in 73.3-cü maddəsinə əsasən,
məhkəmə bu kimi hallarda inzibati orqanın diskresion
səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə,
bir qayda olaraq, inzibati orqanın üzərinə İPM-nin 73.1.
maddəsində göstərildiyi kimi, arzu edilən inzibati aktı qəbul
etmək öhdəliyi qoya bilməz. Ona görə də İPM-in 73.2-ci və
73.3.1-ci maddələrində aydın şəkildə təsbit edilmişdir ki,
məhkəmə belə hallarda iddiaçının tələbinə uyğun olan qərar
qəbul etmək iqtidarında deyil. İnzibati orqanın təkcə səhvə
yol verməsi, hələ iddiaçının nəyisə tələb edə bilməsi
205


hüququnun yaranmasına gətirib çıxarmır, bir şərtlə ki, tələbin
irəli sürülməsinə əsas verən normada inzibati orqan üçün
diskresion səlahiyyət nəzərdə tutulmuş olsun.
Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata
keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları
qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ
sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz
hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin
mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı
özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion
səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə
bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz
diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya
bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət
mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə
məhdudlaşır və hüququn icrasını əhatə etmir. Yəni məhkəmə
İPM-in 73.2-ci maddəsində təsbit olunmuş qaydaya uyğun
surətdə hərəkət edir. Həmin müddəaya əsasən, məhkəmə
inzibati orqanın üzərinə müvafiq məsələyə dair yeni qərarın
qəbul edilməsi öhdəliyi qoyur. Bu zaman məhkəmənin
diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı müəyyən
etdiyi məsələlər inzibati orqan üçün məcburi xarakter daşıyır
və inzibati orqan yeni inzibati aktı məhkəmənin hüquqi
mövqeyini nəzərə almaqla qəbul etməlidir. Beləliklə, İPM-
in 73.2-ci maddəsində söhbət iddiaçının «xeyrinə» olan
qərardan gedir, çünki sözügedən müddəanın tətbiqi çərçivəsində
məhkəmə inzibati orqanın qərarını yoxlayarkən bu qərarın
ləğvinə aparıb çıxaran və diskresion səlahiyyətin həyata
keçirilməsi ilə əlaqədar olan qüsurlar müəyyən edir ki,
206


onların da inzibati orqan tərəfindən təkrarlanması yolver-
ilməzdir. 
Qeyd: İnzibati orqan diskresion səlahiyyətə malik olduğu
hallarda da (bax: İİQ-nin 14-cü maddəsi) tam sərbəst deyildir.
Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata
keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs
inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata
keçirilməsini tələb etmək hüququna malikdir (bax: İİQ-nin
16.2-ci maddəsi). O bu tələbi İPM-in 73.2-ci maddəsinə
əsasən, inzibati orqanın yenidən (bu dəfə düzgün) qərar
qəbul etməsinə dair məcburetmə haqqında iddia qaldırmaqla
məhkəmə qaydasında həyata keçirə bilər. 
Əgər iddiaçı inzibati aktın qəbul olunması ilə bağlı
müraciət edibsə və məhkəmə inzibati orqanın üzərinə yalnız
yeni inzibati akt qəbul edilməsi öhdəliyi qoyursa, bu o
deməkdir ki, iddiaçı ərizədə istədiyindən daha az nəticəyə
nail olub. Ona görə də məhkəmə iddianı qismən rədd
etməlidir ki, bu da xərclərlə bağlı iddiaçı üçün mənfi
nəticələrə gətirib çıxara bilər. Lakin iddiaçı əvvəlcədən
ərizəsini inzibati orqanın yalnız yeni qərar qəbul etməli
olması ilə əsaslandırmaqla göstərilən mənfi nəticələrdən yan
keçə bilər.
Misal:
35 yaşlı iddiaçı cavabdeh qismində çıxış edən
inzibati orqana ömürlük dövlət qulluqçusu təyin olunması
ilə bağlı ərizə ilə müraciət etmişdir. Bununla bağlı mü-
vafiq qanun normasında aşağıdakı qayda təsbit olun-
muşdur: «İnzibati orqan 30 yaşı tamam olmuş dövlət
207


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə