Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə52/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   48   49   50   51   52   53   54   55   ...   98

qulluqçusunu ömürlük dövlət qulluqçusu təyin edə
bilər.» Cavabdeh inzibati orqan iddiaçının ömürlük
dövlət qulluqçusu təyin olunması ilə bağlı ərizəsini
rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı
ömürlük dövlət qulluqçusu təyin olunmaq üçün müəyyən
edilmiş yaş həddinə çatmamışdır. İddiaçı buna cavab
olaraq inzibati orqanın üzərinə onu ömürlük dövlət
qulluqçusu təyin etmək öhdəliyinin qoyulmasına dair
iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 
İddiaçının tələb hüququnun irəli gəldiyi yuxarıda
qeyd olunan normada inzibati orqan üçün diskresion
səlahiyyət nəzərdə tutulmuşdur. Lakin inzibati orqanın
iddiaçının ərizəsini rədd etmək üçün gətirdiyi əsas
sözügedən normanın şərtləri ilə bir araya sığmır, çünki
iddiaçının yaşı həmin normada nəzərdə tutulmuş min-
imum yaş həddini artıq keçmişdir. Bu isə o deməkdir
ki, inzibati orqan ona verilən diskresion səlahiyyəti
düzgün həyata keçirməmişdir. Bununla belə, məhkəmə
cavabdehin üzərinə arzu olunan inzibati aktı qəbul
etmək və iddiaçını ömürlük dövlət qulluqçusu təyin
etmək öhdəliyi qoyulması haqqında qərar çıxarmaya-
caqdır. O, iddia tələbini tam həcmdə təmin edə bilməz.
Yəni məhkəmə İPM-in 73.2-ci maddəsinə müvafiq
olaraq, mövcud imtinaedici inzibati aktı ləğv etməklə
inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini
nəzərə almaqla (yalnız) yeni inzibati akt qəbul etmək
öhdəliyi qoyur. Bu zaman məhkəmənin qərarında əks
etdirilməli olan hüquqi mövqedə inzibati orqanın öz
diskresion səlahiyyətindən düzgün istifadə etməməsi
208


və normanı düzgün tətbiq etməməsi qeyd olunur.
Məhkəmə inzibati orqanın üzərinə onun iddiaçını ömür-
lük dövlət qulluqçusu təyin etməsini əngəlləyən başqa
səbəblərin (iddiaçı haqqında pis qiymətləndirmələr,
ştat cədvəlində kifayət qədər ştat vahidinin olmaması
və s.) mövcudluğunun yoxlanılmalı olmasını nəzərə
almaq barədə öhdəlik qoyur. Bu zaman məhkəmə
aydın şəkildə bildirir ki, inzibati orqan düzgün olmayaraq,
baxılan məsələdə əslində problem təşkil etməyən yaş
məsələsini əsas götürmüşdür. 
Məhkəmə məzmun baxımından öz fikrini yalnız
qərarın xüsusi əhəmiyyət kəsb edən əsaslandırma
hissəsində bildirir (bax: İPM-in 69.1.3-cü maddəsi).
Qərarın nəticə hissəsində (bax: İPM-in 69.1.4-cü mad-
dəsi) yeni qərar qəbul edilərkən yalnız məhkəmənin
hüquqi mövqeyinin nəzərə alınmalı olması öhdəliyi
əksini tapır. 
Nəticə hissəsi: Cavabdehin ….tarixli (iş nömrəsi...)
inzibati aktı ləğv edilir. Cavabdehin üzərinə iddiaçının
…. tarixli ərizəsinə məhkəmənin hüquqi mövqeyi
nəzərə alınmaqla baxaraq yeni qərar qəbul etmək
öhdəliyi qoyulur. İddia qalan hissədə rədd edilir.
Yeni inzibati akt qəbul edilənədək işin faktiki və ya
hüquqi halları ilə bağlı həlledici dəyişikliklər baş verməzsə,
onda inzibati orqan məhkəmənin hüquqi mövqeyini nəzərə
almağa borcludur. 
İPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin, «bir
qayda olaraq», iddiaçının tələbinə uyğun qərar qəbul edə
209


bilməməsindən gedir. Diskresion səlahiyyətin nəzərdə
tutulduğu hallarda məhkəmə, İPM-in 73-cü maddəsinə
əsasən, inzibati orqandan iddia tələbində göstərilən inzibati
aktı qəbul etməyi yalnız o halda tələb edə bilər ki, işin
xüsusi halları ilə bağlı olaraq, yalnız bir qərar variantının
qəbulu mümkün olsun, yəni yalnız bir münasib, zəruri və
adekvat qərarın mümkün olması səbəbindən diskresion
səlahiyyət sıfıra bərabər olsun. Belə vəziyyət çox nadir
hallarda yaranır. Çünki məhkəmələr, prinsip etibarilə
hakimiyyətlərin bölünməsi prinsipinə riayət etməlidirlər.
Onlar üzərilərinə inzibati orqanın əvəzinə diskresion səlahiyyəti
daha yaxşı həyata keçirmək vəzifəsi götürə bilməzlər.
Məhkəmə araşdırması nəticəsində inzibati orqanın öz diskre-
sion səlahiyyətindən düzgün istifadə etməsi müəyyən ol-
unarsa, verilən iddia rədd edilir.
Misal:
Sürücülük vəsiqəsi almaq üçün bir yazılı və bir
praktiki imtahanın verilməsi, habelə avtomobil idarə
etmək üçün ümumi yararlılığın (məsələn, görmə qa-
biliyyətinin kifayət qədər olması) mövcudluğu zəruridir.
Sürücülük vəsiqəsi verən orqan ərizəçiyə həmin vəsiqənin
verilməsindən imtina etmişdir. Əsaslandırma qismində
həmin orqan bildirmişdir ki, ərizəçi tələb olunan
qaydanın əksinə olaraq, bütün yazılı suallara düzgün
cavab verməmiş, təcrübi imtahanda isə avtomobili
diqqətsiz idarə edərək bir neçə insana xəsarət yetirmək
təhlükəsi yaratmışdır. Bundan başqa, inzibati orqanın
fikrincə, ərizəçi uzaq məsafəni görə bilmədiyindən av-
210


tomobil idarə etməyə yararlı deyil. Ərizəçi qeyd olunan
inzibati orqanın onun barəsində əlverişli inzibati aktın
qəbulundan imtina etməsinə qarşı məcburetmə haqqında
iddia ilə məhkəməyə müraciət edir. Öz iddia ərizəsində
o, bütün sualları düzgün cavablandırdığını, avtomobili
diqqətlə, təhlükəsiz və səhvə yol vermədən idarə
etdiyini, eləcə də uzağı yaxşı gördüyünü iddia edir. 
Məcburetmə haqqında iddianın verildiyi məhkəmə
işin hallarının araşdırılması prinsipi əsasında iddiaçının
bütün yazılı sualları düzgün cavablandırıb-cavabland-
ırmadığını yoxlamalıdır. Lakin konkret imtahan zamanı
avtomobilin necə idarə olunmasına gəlincə isə, burada
inzibati orqan qiymətləndirmə azadlığına malikdir.
Məhkəmə qiymət lən dir mə azadlığını, yalnız inzibati
aktın əsaslandırma hissəsinin yol verilən, etirazsız an-
laşılan olub-olmaması və işin halları ilə bağlı olmayan
əsaslara istinad etmədən tərtib edilib-edilməməsi as-
pektindən yoxlaya bilər.
c) Qiymətləndirmə azadlığı 
(İPM-in 73.3.2-ci maddəsi)
Bununla bağlı, əvvəlcə qiymətləndirmə azadlığı barədə
fəsilə müraciət etmək lazımdır. İddia tələbinin yoxlanılması
zamanı inzibati orqanın qiymətləndirmə azadlığına malik
olduğunun müəyyən edildiyi hallarda, məhkəmənin
qiymətləndirməsi diskresion səlahiyyətin düzgün həyata
keçirilmədiyi hallarda olduğu kimi aparılır.
211


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə