Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə50/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   46   47   48   49   50   51   52   53   ...   98

Çünki bu iddia növü iddiaçının məqsədinə çatmasına daha
çox imkan yaradır. İİQ-nin 60-cı maddəsində sadalanmış
əlavə müddəalardan, yalnız 60.2.4-cü maddədə nəzərdə tu-
tulmuş əlavə şərtlər mübahisələndirmə haqqında iddia
vasitəsilə müstəqil qaydada mübahisələndirilə bilər.
4. İddia qaldırmaq səlahiyyəti 
(İPM-in 35-ci maddəsi)
Məcburetmə haqqında iddiada da iddiaçı iddia qaldırmaq
səlahiyyətinə malik olmalıdır. Bu o deməkdir ki, inzibati
aktın qəbuluna dair ərizənin rədd olunması və ya arzu edilən
inzibati aktın qəbul edilməməsi onun (ictimaiyyətin deyil)
hüquqlarını ən azı pozmaq imkanına malik olmalıdır.
5. İddia müddəti 
(İPM-in 38.2-ci maddəsi)
İddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən
imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30
gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati
akt qanuni qüvvəyə minir. Məcburetmə haqqında iddianın
xüsusi mümkünlük şərtlərinin yoxlanılması üçün
mübahisələndirmə haqqında iddia ilə əlaqədar deyilənlər,
müvafiq olaraq burada da tətbiq olunur.
III. Məcburetmə haqqında iddianın əsaslılığı
İPM-in 73.1-ci maddəsinə əsasən, məcburetmə haqqında
iddia aşağıdakı hallarda əsaslı sayılır: 
• iddiaçı inzibati aktın qəbulunu tələb etmək hüququna
malik olduqda (bu mənada qanunun mətnində qeyd
200


olunan «inzibati aktın qəbulundan imtina olunmasının
qanuna zidd olduğu» ifadəsi çaşdırıcıdır);
• iddiaçı əsl cavabdehi seçmiş olduqda;
• inzibati aktın qəbulundan imtina olunması ilə iddiaçının
hüquqları faktiki olaraq konkret şəkildə pozulduq-
da;
• iş məhkəmənin qərar qəbul edə bilməsi üçün «yetişmiş»
olduqda (bax: İPM-in 73.2-ci maddəsi).
İddiaçı inzibati orqandan arzuladığı inzibati aktın qəbulunu
və ya inzibati orqanın diskresion səlahiyyətini qüsursuz
həyata keçirilməsini tələb etmək hüququna malik olduqda,
inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi
qanunsuz sayılır. Bu vəziyyət, mülki hüquqda tərəflərin
tələb irəli sürərkən hər hansı qanuni əsasa istinad etməli
olduqları vəziyyətlə oxşardır. Başqa sözlə, iddiaçının belə
bir tələblə çıxış edə bilməsi üçün həmin tələbi nəzərdə tutan
bir qanun mövcud olmalıdır.
1. İddia tələbinin qanuni əsası
Vətəndaşların nəyisə tələb edə bilməsi hüququ heç də
istənilən publik hüquq normasının tənzimetmə predmetini
təşkil etmir. Müvafiq qaydanın yalnız ictimaiyyətin maraqları
üçün deyil, həm də iddiaçının maraqları üçün nəzərdə
tutulması zəruridir. Əgər tələb hüququ normanın mətnindən
irəli gəlirsə, bu halda heç bir problem yaranmır. Məsələn:
«...... şərtlər mövcud olduqda, ərizəçiyə taksi idarə etmək
üçün lisenziya verilməlidir.» Lakin əksər hallarda normanın
201


mətnindən ərizəçi üçün tələb hüququnun yaranması birmənalı
olaraq görünmür. 
Məsələn, iddiaçının qonşuya məxsus torpaq sahəsindən
gələn və onu narahat edən tüstüyə görə polisin həmin qonşu
barəsində tədbir görməsini tələb etdiyi halda, iddia tələbinin
əsası kimi belə narahatedici şəxslərə qarşı polisin tədbir
görmək səlahiyyətini nəzərdə tutan qanun norması çıxış
edəcəkdir. Səlahiyyətverici norma inzibati orqanın müvafiq
fəaliyyətinə əsas verən normadır. Belə normanın iddiaçının
tələbinin əsası qismində istifadəsinin mümkünlüyü onun
eyni zamanda iddiaçının qorunmasına xidmət edib-et-
məməsindən asılıdır. Belə vəziyyət o halda mövcud olur ki,
normanın tənzimləməli olduğu işin faktiki halları (qoruma
sferası) ümumi ictimai təhlükəsizliklə yanaşı, iddiaçının
qorunmalı olan maraqlarını da əhatə etsin. Yuxarıda göstərilən
misalda narahatlıq yaradan və ya sağlamlıq üçün təhlükəli
olan tullantıların havaya buraxılmasının qarşısının alınması
təkcə ictimaiyyətin sağlamlıqla bağlı maraqlarına deyil, həm
də iddiaçının marağına xidmət edir. Ona görə də qeyd olunan
vəziyyətdə iddiaçı inzibati orqandan, ən azı diskresion
səlahiyyətini qüsursuz həyata keçirməyi tələb etmək hüququna
malikdir. Bununla yanaşı, tələb hüququ inzibati orqanın
praktikasından da irəli gələ bilər. Yəni əgər inzibati orqan
10 iş üzrə eyni qaydada fəaliyyət göstəribsə, onda o, eyni
mühüm faktiki hallara malik olan 11-ci işdə də həmin 10
işdə tətbiq olunan praktika əsasında qərar qəbul etməlidir
(bax: İİQ-nin 12-ci və 13-cü maddələri). 
Qeyd edilənlərlə yanaşı nəzərə alınmalıdır ki, inzibati
orqan tərəfindən tətbiq edilən normalar məhkəmə üçün
202


məcburi deyil. Hakim hüququ bilir. O, inzibati orqanın
inzibati aktı qanun normaları ilə əsaslandırmasına baxmayaraq,
iddiaçının tələbinin irəli gələ biləcəyi başqa normaların
olub-olmadığını yoxlamalıdır. Normanın dispozisiya şərtinin
faktiki mövcudluğuna dair əlavə araşdırmaların aparılması
zəruri olarsa, məhkəmə işin hallarının araşdırılması prinsipinə
müvafiq olaraq əlavə araşdırmalar aparmağa borcludur.
Əlbəttə, məhkəmə inzibati orqandan və ya iddiaçıdan fərqli
olaraq, başqa normalara və (və ya) faktlara əsaslandıqda, bu
barədə tərəflərə müvafiq qaydada məlumat verməlidir. 
2. İddia tələbinin qanuni əsasındakı 
dispozisiya şərtlərinin mövcudluğu
İddia tələbinin qanuni əsasındakı maddi şərtlərin mövcud-
luğu normanın bütün dispozisiya şərtlərinin yerinə yetirilməsini
şərtləndirir. 
Misal: 
Ərizəçi restoran işlətmək üçün zəruri etibarlılıq
şərtlərini təqdim etdikdə, ona restoran işlətmək üçün
lisenziya ve rilməlidir.
Bu normanın dispozisiya şərti ərizəçi tərəfindən zəruri
etibarlılıq şərtlərinin təqdim olunmasıdır. İnzibati orqan
həmin şərtləri qiymətləndirir və bu qiymətləndirmə məhkəmə
yoxlamasının predmetini təşkil edə bilər.
203


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə