Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə46/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   42   43   44   45   46   47   48   49   ...   98

eləcə də inzibati orqanın qəbul etdiyi qərarın əsaslandırma
hissəsinin işin mahiyyətinə yaxın olub-olmadığını yoxlayır.
Bu zaman qərar qəbul edən (yaxud hərəkət edən) dövlət
qulluqçusunun istinad etdiyi əsaslandırma onun şəxsi
mülahizələrinə deyil, konkret hala tətbiq olunan qanunun
güddüyü məqsədə söykənməlidir. Deyilənlərdən başqa,
məhkəmə sözügedən hallarda, barəsində göstəriş verilmiş
tədbirin mütənasib, yəni yararlı, zəruri, habelə uyğun
(məqsədlə vasitə arasındakı tarazlığa riayət olunması) olub-
olmadığını yoxlayır.
Misal:
İnzibati orqan oğurluq hadisəsini müəyyən etdikdən
sonra əcnəbini ölkədən çıxarır. O bu tədbiri onunla
əsaslandırır ki, müvafiq əcnəbinin ölkə ərazisində
qalması daha arzu olunmur və o, bir daha Azərbaycana
gələ bilməz. Belə olan halda inzibati orqanın diskresion
səlahiyyət həddini açıq-aşkar aşdığı göz önündə
olacaqdır. Çünki onun sözügedən əcnəbiyə münasibətdə
tətbiq etdiyi tədbir qeyri-mütənasibdir. Belə ki, ölkə
ərazisinə daxil olmağa qadağa qoyulması (xüsusilə,
yuxarıda qeyd olunan əsaslandırma ilə) yaşayış icazəsinin
hüquqauyğun surətdə bitməsi üçün müəyyən olunmuş
həddi aşır.
Əgər konkret halın xüsusiyyətlərindən asılı olaraq yalnız
bir tədbir yararlı, zəruri və mütənasibdirsə, dolayısı ilə
desək,  diskresion səlahiyyət «sıfır»a endirilibsə, inzibati
184


orqan məhz həmin tədbiri tətbiq etməlidir. Əks halda, inzibati
orqan diskresion səlahiyyətin həddini aşmış və beləliklə,
qanunsuz inzibati akt qəbul etmiş olardı. İnzibati orqanın
diskresion səlahiyyətinin belə bir şəkildə məhdudlaşdırılmasına
xüsusilə, bərabərlik prinsipinin tətbiqi nəzərə alınmalı olan
hallarda rast gəlinir. Həmin prinsipə əsasən, inzibati orqan
eyni faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni
qərarlar qəbul etməlidir. Yəni əgər müvafiq inzibati orqan
ərizəçiyə öz diskresion səlahiyyəti çərçivəsində (və haqlı
olaraq) ev tikintisi üçün icazə verirsə, o, digər ərizəçinin
eyni əsaslarla verilmiş ərizəsini rədd edə bilməz. Çünki
məzmunca fərqli inzibati aktın qəbul edilməsi üçün heç bir
maddi-hüquqi əsas olmayacaq. 
Qərarın diskresion səlahiyyət əsasında qəbul edilməsi ilə
kifayətlənməyərək, məhkəmənin həmin qərarı icraatın
gedişində yoxlaması mühüm əhəmiyyət kəsb edir. Diskresion
səlahiyyətdən istifadə zamanı səhvə yol verilmişdirsə,
məhkəmənin çıxaracağı qərar iddianın növündən asılı ola-
caqdır.
Əgər söhbət mübahisələndirmə haqqında iddiadan
gedirsə, onda inzibati orqan müvafiq inzibati aktı ləğv
edəcəkdir. Çünki həmin akt diskresion səlahiyyətdən istifadə
zamanı səhvə yol verilməklə qəbul edilən və bununla da qa-
nunsuz olan inzibati akt hesab ediləcəkdir. Hər halda bu, id-
diaçının hüquqlarının həmin akt nəticəsində pozulduğu
hallara aiddir (bax: İPM-in 70.1-ci maddəsi). İİQ-nin 14-cü
maddəsinə əsasən, bu zaman pozulmuş hüquq diskresion
səlahiyyətdən istifadə zamanı səhvə yol verilməməsinə olan
hüquqdur.
185


Misal:
İnzibati orqan iddiaçıya evini sökməsi barədə göstəriş
vermiş və bunu həmin evin ətrafdakılar üçün təhlükə
yaratması ilə əsaslandırmışdır. İnzibati orqanın bu
tədbiri görməsi üçün istinad etdiyi normada aşağıdakılar
nəzərdə tutulmuşdur: «Əgər hər hansı bir ev təhlükə
yaradarsa, inzibati orqan həmin evin sökülməsi barədə
göstəriş verə bilər.» Bu norma inzibati orqana diskresion
səlahiyyətdən istifadə ilə əlaqədar hərəkət azadlığı
verir. Bununla da o, təhlükə mövcud olan təqdirdə
evin sökülməsinə dair göstəriş verilməsi və ya hər
hansı bir başqa tədbirə əl atması arasında seçim edə
bilər.
Əgər məhkəmə evin sökülməsi barədə göstərişi
qeyri-mütənasib olduğu üçün qanunsuz hesab edərsə,
inzibati orqanın əvəzinə qoruyucu hasarın tikilməsi
göstərişini verə bilməz. Çünki onun inzibati orqanın
fəaliyyəti ilə bağlı konkret hüquq tətbiq etmək səlahiyyəti
yoxdur. Başqa sözlə, məhkəmə yalnız inzibati aktı
ləğv edə bilər və ləğv etməlidir (bax: İPM-in 70.1-ci
maddəsi).
Göstərilən halla bağlı məhkəmə qərarının nəticə
hissəsi belə olacaq: «Cavabdehin ... tarixli ... №-li
inzibati aktı ləğv edilir.»
(Diskresion səlahiyyət əsasında qəbul edilmiş qərarlara
qarşı məcburetmə haqqında iddia verilərkən inzibati
məhkəmənin qərarı ilə bağlı aşağıda «Məcburetmə haqqında
iddia» bölməsində qeyd olunanlara bax).
186


3. İddiaçının hüquqlarının pozulması 
(İPM-in 70-ci maddəsi)
İPM-in 35-ci maddəsinə əsasən, hüquqi maraqların yalnız
pozulma imkanını şərtləndirən iddia qaldırmaq səlahiyyətindən
fərqli olaraq, mübahisələndirmə haqqında iddialarda yuxarıda
qeyd edilən şərtlərə riayət edilməsi üçün əlavə olaraq,
inzibati aktın qəbul edilməsi ilə iddiaçının subyektiv
hüquqlarının faktiki olaraq pozulmuş olması tələb edilir. İd-
diaçının inzibati orqanlardan ümumi olaraq qanunların
hüquqauyğun icrasını tələb etmək hüququ yoxdur. Başqa
sözlə, o, yalnız öz hüquqlarının pozulduğu hallarda, həmin
hüquq pozuntularından qorunma tədbirləri görə bilər.
Əgər əlverişsiz və qanunsuz inzibati aktın birbaşa ünvan-
landığı şəxs onu mübahisələndirirsə, bu zaman heç bir
problem yaranmır. Çünki qanunsuz inzibati akt (inzibati
aktın forması və inzibati icraatla bağlı mühüm normaları
pozan və ya maddi hüquq baxımından qanunsuz olan inzibati
akt) hər bir halda vətəndaşların Azərbaycan Respublikası
Konstitusiyasının 24-cü maddəsi ilə təminat verilən
azadlıqlarını pozur. 
Misal:
İnzibati orqan iddiaçının sahibkarlıq fəaliyyətini
davam etdirməsini qadağan etmiş və bunu onunla
əsaslandırmışdır ki, o, hər bir sahibkardan tələb olunan
etibarlılıq keyfiyyətinə artıq cavab vermir. Bu halda
söhbət iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçir-
ilməsindən getdiyi üçün müvafiq qərar birbaşa onun
maraqlarına toxunur. İddiaçının sahibkarlıq fəaliyyətinin
187


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə