Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə42/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

inzibati aktın qəbulu arasında səbəbli əlaqə mövcuddursa,
inzibati akt formal-hüquqi baxımdan qanuna zidd sayılmalı
və ləğv edilməlidir.
b. İnzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi
İnzibati akt aşağıdakı hallarda maddi-hüquqi baxımdan
qanuni sayılır: 
– inzibati aktın qəbulu üçün səlahiyyətverici normanın
dispozisiya şərtlərinin mövcudluğu;
– inzibati aktın qanuniliklə bağlı ümumi tələblərə cavab
verməsi;
– inzibati orqanın yol verilən hüquqi nəticəni seçməsi.
Hər hansı bir inzibati aktın qanuniliyini yoxlayan zaman
sonuncu inzibati qərarın hansı tarixdə qəbul olunması, yəni
inzibati aktın və ya şikayət instansiyasının qərarının nə vaxt
qəbul edilməsi nəzərə alınır.
ba) Qanuni əsas
İnzibati orqanın hərəkəti üçün qanuni əsas olmalıdır.
İİQ-nin 11-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qa-
nunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq
və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki,
istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati
hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın
müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməlidir.
Sadəcə, müəyyən bir hərəkətə icazə verilmədiyinin müəyyən
edilməsi inzibati orqanın müdaxiləsi üçün yetərli deyil.
Məsələn, sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə
168


idarə etməsinin qarşısının alınmalı olduğunu müəyyən edən
bir normanı qanuni əsas kimi göstərmək olar. 
Səlahiyyətverici əsas etibarlı, yəni konstitusiyaya uyğun
olmalı və üstün qüvvəyə malik hüquq normaları ilə ziddiyyət
təşkil etməməlidir. Məhkəmənin bununla bağlı şübhələri
olduqda, İPM-in 124-cü maddəsinə əsasən, Konstitusiya
Məhkəməsinə sorğu göndərilməlidir.
Norma dispozisiya şərtlərindən və hüquqi nəticədən ibarət
olur. Səlahiyyətverici əsasın dispozisiya şərtləri müvafiq
normadan irəli gəlir. Azərbaycanda xüsusi inzibati hüquq
sahəsində qanunlar yeni inzibati hüquqa hələ tam uyğun-
laşdırılmadığından maddi inzibati hüquq normalarının tətbiqi
zamanı çətinliklər yarana bilər. Buna görə də inzibati hüququn
ümumi prinsiplərinə ayrıca diqqət yetirmək və inzibati orqan-
ların bu prinsiplərə söykənən fəaliyyətini, xüsusilə tənqidi
baxımdan yoxlamaq lazımdır. Həlledici olan odur ki, məhkəmə
inzibati orqanın davranışını (yəni normanın tətbiqini), prinsip
etibarilə tam şəkildə yoxlamalıdır. Yeganə istisna, yalnız
inzibati orqana verilən və nadir hallarda rast gəlinən
qiymətləndirmə azadlığı ilə bağlıdır.
bb) Xüsusi hallar: Qiymətləndirmə azadlığı
Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin
qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə,
qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində
məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç
bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan
müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində
yalnız məcburetmə haqqında iddialarla bağlı təsbit olunan,
169


lakin nəzəri cəhətdən mübahisələndirmə haqqında iddialara
da şamil oluna bilən qiymətləndirmə azadlığı inzibati orqana
yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə
baxımından məhkəmə qaydasında yoxlanılması mümkün
olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət
məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və
ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən
daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan
gedir. 
Hər iki hal üçün başlanğıc nöqtəsi sözügedən hallara
şamil edilən və müvafiq normalarda təfsirə ehtiyacı olan
dispozisiya şərtləridir. Almaniyada qiymətləndirmə azadlığına
dair ən vacib misallar qismində imtahanla bağlı qərarları və
filmlərin qiymətləndirilməsini göstərmək olar. İmtahanlarda
(misal üçün, hüquq üzrə dövlət imtahanlarında) situasiyadan
asılı olan qiymətləndirmələrin təkrarlanması və başa düşülməsi
elə də asan deyil. Ona görə də məhkəmə təcrübəsində
imtahan komissiyalarının qiymətlərin verilməsi zamanı yalnız
məlum faktlar əsasında və xüsusi imtahan situasiyası nəzərə
alınmaqla qəbul edilə bilən olub-olmaması baxımından
yoxlanıla bilən qiymətləndirmə azadlığı tanınır. Almaniyada
imtahan keçirilməsi qaydaları haqqında əsasnamədə mücərrəd
olaraq göstərilib ki, imtahanı çox uğurlu vermiş namizədlər
«çox yaxşı» qiyməti ala bilərlər. Namizədin nailiyyətinin
çox uğurlu olub-olmaması barədə qərarı isə imtahan komis-
siyası qəbul edir. Məhkəmə, yalnız qərarın anlaşıla bilən
olduğunu və işin dəqiq faktiki halları əsasında, düzgün icraat
çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır. Almaniyada
kinofilmlər bəzən «dəyərli» kimi qiymətlərlə qiymətləndirilir.
170


Bu qərar da qiymətləndirmə azadlığı çərçivəsində qəbul
edilən qərarlar sırasına daxildir, çünki qiyməti verən film
mütəxəssislərinin xüsusi baxış bucağına və biliklərə malik
olmaları səbəbindən filmi məhkəmədən daha yaxşı
qiymətləndirə bilmələri güman edilir. Bütün bu qeyd olunan
məsələlərdə həlledici məqam ondan ibarətdir ki, inzibati
orqan qiymətləndirmə azadlığından yararlandığı bütün
hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla
gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir
izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə
bilən olub-olmamasını yoxlamağa imkan yaradır. Əgər belə
bir əsaslandırma yoxdursa və ya o anlaşıla bilən deyildirsə,
inzibati akt qanuna zidd sayılmalı və ləğv edilməlidir. 
Mühüm məqam: Məhkəmə qiymətləndirmə azadlığının
həyata keçirilməsi məsələsinə münasibətdə inzibati orqanın
bütün imtahan iştirakçılarına bərabər imkanlar yaradıb-yarat-
madığını və ümumi inzibati praktikaya riayət edib-etmədiyini
də qiymətləndirməlidir. Bu şərtlərə o vaxt əməl edilməmiş
hesab olunur ki, imtahan verənlərdən biri imtahanı sakit bir
şəraitdə müxtəlif kitabların köməyi ilə verə bilsin, digər bir
namizəd isə imtahanı qeyri-adekvat səs-küy şəraitində və ya
heç bir köməkçi vasitə olmadan vermiş olsun. Mövcud
inzibati praktika heç bir səbəb olmadan iştirakçıların xeyrinə
və ya ziyanına dəyişdirilə bilməz. Bundan başqa, İİQ-nin
12-ci maddəsinə əsasən, bərabərlik prinsipinə də riayət
edilməlidir. İmtahan vermiş şəxsin üzərinə, onun fikrincə,
ədalətsiz keçirilmiş imtahandan, imtahanın gedişində və ya
imtahandan dərhal sonra şikayət vermək və beləliklə də, im-
tahanın nəticələrini gözləməmək vəzifəsinin qoyulması ağla-
171


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə