Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə39/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   35   36   37   38   39   40   41   42   ...   98

xarakterli bu cür hallarda da, əvvəlcə üçüncü şəxsin (inzibati
aktın qəbul edilməsində birbaşa iştirak etməmiş qonşu)
qanunun müddəalarına istinad edərək tikinti icazəsinə qarşı
subyektiv müdafiə hüququ ilə çıxış edə bilib-bilməməsi
yoxlanılmalıdır. Bu müddəalar elə bir şəkildə ifadə olunmalıdır
ki, normanın qoruyucu xarakteri təkcə ictimaiyyətə deyil,
üçüncü şəxsin özünə də şamil edilsin. Üçüncü şəxslərin
hüquqlarının belə bir şəkildə qorunub-qorunmadığı qanundan
irəli gələ bilər. Yəni müvafiq norma elə bir tərzdə ifadə
edilməlidir ki, onun əsasında qonşuluq hüquqlarına müdaxilə
edilib-edilməməsi məsələsini birbaşa müəyyən etmək mümkün
olsun. Buna misal olaraq, Almaniyanın «Restoranlar haqqında»
Qanununun 5-ci paraqrafının 3-cü hissəsini göstərmək olar.
Həmin normada aşağıdakılar nəzərdə tutulmuşdur:
§ 5. Əlavə şərtlər
Sahibkarlıq fəaliyyəti üçün icazə almalı olan sahibkar-
ların üzərinə aşağıdakılardan qorunma ilə bağlı istənilən
zaman əlavə şərtlər qoyula bilər:
1. müştərilərin həyat, sağlamlıq və ya əxlaqla bağlı
təhlükələrə qarşı istismarı;
2. restoranda çalışan şəxslərin həyat, sağlamlıq və
ya əxlaqına qarşı təhlükələr;
3. «Tullantılardan mühafizə haqqında» federal qa-
nunda nəzərdə tutulmuş mənada ətraf mühitə zərərli
təsirlər və restoranın yerləşdiyi ərazinin, yaxud qonşu
torpaqların sakinləri, eləcə də ictimaiyyət üçün yarana
biləcək digər əsaslı zərərlər, təhlükələr və ya nara-
hatçılıqlar. 
156


Bu müddəada birmənalı şəkildə hansı şəxslər dairəsinin
müvafiq olaraq nələrdən qorunmalı olmalarını görmək olar.
Əgər üçüncü şəxslərin belə bir şəkildə qorunması bilavasitə
qanundan irəli gəlməzsə, onda, normanın qoruma məqsədi
onun ictimaiyyəti, yaxud ayrı-ayrı şəxsləri qoruyub-qoru-
maması sualı əsasında, habelə mətn və ya həmin normanın
daşıdığı məna əsas götürülməklə müəyyən edilməlidir.
Sözügedən halda belə bir mövqedən çıxış etmək olar ki,
tikinti hüququnda çox vaxt qonşunun subyektiv hüquqları
da nəzərdə tutula bilər. Bu, bir tərəfdən, ərazidən tikinti
məqsədləri üçün istifadəyə dair qərarların qonşunun da
hüquqlarına toxunması, digər tərəfdən isə, tikinti hüququ ilə
bağlı mübahisələrdə aşkar surətdə müəyyən edilə bilən ayrı-
ayrı tərəflərin (konkret halda, bilavasitə qonşunun) qorunmalı
olan maraqlarının tez-tez fərdi şəkildə nəzərə alınmalı olması
ilə əlaqədardır. Buraya, misal üçün, yol verilən tullantı
hədlərini və ya yanğından mühafizəyə dair şərtləri nəzərdə
tutan normalar daxildir. 
Yuxarıda göstərilən misalda iddiaçı tikintiyə icazənin
onun hüquqlarını pozduğuna uğurlu şəkildə istinad edə və
buna əsas kimi qeyd edə bilər ki, həmin icazə hər hansı bir
evin kifayət qədər təbii işıqlandırılmasına yol verən və
qonşuluq münasibətlərinə şamil edilən «ətrafdakı vəziyyətin
nəzərə alınması prinsipi»nin pozulması ilə verilmişdir.
Bunun həqiqətən də belə olub-olmaması isə, müvafiq
iddianın əsaslılıq hissəsinin yoxlanılması vasitəsilə müəyyən
edilir.
157


Misal: 
İddiaçı Bakıda bir taksi şirkətinin sahibidir. Bakı
şəhərinin nəqliyyat xidməti taksi xidməti sahəsində
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün
lisenziyalar verməyə başlayır. X-ə də belə bir lisenziya
verilir. B iddia edir ki, şəhərdə həddindən çox taksi
var və bu, onun şirkətinin mövcudluğunu təhlükə altına
alır. 
Sahibkarlıq fəaliyyətinə icazə verilməsi haqqında müddəalar
ərizəçinin fərdi hüquqlarını və bundan başqa, onun işçilərini,
eləcə də bilavasitə qonşuları qoruya bilər. Lakin həmin müd-
dəalar rəqabətdən qorunmaq təyinatına malik deyillər. Eyni
zamanda, qeyd olunan kazusda iddiaçının əsas hüquqlarının
pozulmasından da söhbət gedə bilməz. Əsas hüquqlar fərdi
azadlıqları qoruyur. Rəqabət halları Azərbaycan Respublikası
Konstitusiyasının 35-ci maddəsində təsbit edilmiş əmək
hüququna toxunmur. Başqa sözlə, belə situasiyalarda iddiaçının
əmək hüququ məhdudlaşdırılmır. Ona görə də sözügedən
halda normanın üçüncü şəxsləri qorumaq təyinatına malik
olması və iddia qaldırmaq səlahiyyəti inkar edilməlidir. 
2. İddianın verilməsi müddəti
Mübahisələndirmə haqqında iddia İİQ-nin 62-ci mad-
dəsindəki qay dalar əsas götürülməklə, inzibati akt haqqında
məlumat ve ril diyi vaxtdan 30 gün müddətində və ya inzibati
şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası
qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırıl-
malıdır (bax: İPM-in 38-ci maddəsi). Əgər iddiaçı iddianı
158


mübahisə 
lən 
dirilən qərarı qəbul etmiş inzibati orqana 30
gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə
riayət edilmiş hesab olunur. İİQ-nin 72.1-ci maddəsinə
əsasən, iddiaçı inzibati aktdan şikayəti ya inzibati qaydada,
ya da məhkəmə qaydasında verə bilər. 
İnzibati aktda və ya inzibati şikayətlə bağlı şikayət in-
stansiyasının qərarında hüquqi müdafiə vasitələri barədə
zəruri məlumat (bax: İİQ-nin 59.1.5 və 73.2-ci maddələri)
olmadıqda, iddia müddətinin nə qədər davam etməsi barədə
qanunda heç nə deyilmir. Belə hallarda İİQ-nin 73.2-ci mad-
dəsindəki 6 aylıq müddətin analogiya qaydasında tətbiqi
mümkündür (həmin müddətin yalnız inzibati şikayətlə bağlı
nəzərdə tutulmasına baxmayaraq). Bununla belə, yaxşı olardı
ki, qanunverici bu məsələni aydın şəkildə tənzimləsin.
İddia müddətinə riayət edilmədiyi bütün hallarda müddətin
bərpası məsələsi ortaya çıxır (bununla bağlı kitabın əvvəlki
hissələrində ətraflı qeydlər əksini tapıb), eləcə də inzibati
aktda hüquqi müdafiə vasitələri barədə məlumatın olub-ol-
maması yoxlanılır. 
İddianın mümkün sayılmadığı hallarda məhkəmə İPM-in
35.3-cü maddəsinə əsasən, qərardad qəbul edir. Bu müddəa
təkcə İPM-in 35.1 və 35.2-ci maddələrinə əsasən iddia
qaldırmaq səlahiyyətinin mövcud olmadığı halları deyil,
mümkün sayılmama ilə bağlı bütün halları əhatə edir.
III. Əsaslılığın yoxlanılması
Mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır
ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və
bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. İPM-in
159


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə