Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə41/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   37   38   39   40   41   42   43   44   ...   98

tələb edən inzibati akt (bax: İİQ-nin 65.1.4-cü maddəsi),
yaxud faktiki səbəblər üzündən icrası mümkün olmayan
inzibati akt (bax: İİQ-nin 65.1.5-ci maddəsi), eləcə də kimə
ünvanlandığı aydın olmayan inzibati akt (bax: İİQ-nin 65.1.6-
cı maddəsi) aiddir. Qeyd olunan bu müstəsna hallar mövcud
olduqda, inzibati aktın qanuna zidd deyil, birbaşa etibarsız
sayılması onsuz da heç bir sual doğurmur. İnzibati aktın
müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu
qismən təşəkkül tapmamış hazırkı inzibati strukturlarda baş
verə bilər. Hətta inzibati orqanların səlahiyyətləri aydın
şəkildə qanunla tənzimləndiyi hallarda belə, səlahiyyəti ol-
mayan inzibati orqanın səhvən qərar qəbul etməsi realdır.
Bu kimi hallarda inzibati akt etibarsız sayılarsa, onda müvafiq
səlahiyyəti olmayan inzibati orqan mövcud olmayan bir
inzibati orqanla eyniləşdirilmiş olardı. Bu baxımdan, hüquqi
nəticələr böyük əhəmiyyət kəsb edir. Ona görə də İİQ-nin
65.1.2-ci maddəsində yalnız açıq-aşkar müvafiq səlahiyyətə
malik olmayan inzibati orqanların başa düşülməsi tövsiyə
edilir. Misal üçün, belə bir hal o zaman yarana bilər ki,
vətəndaşların yaşayış və ya olduğu yer üzrə qeydiyyatını
aparan inzibati orqan tikintiyə icazə versin, yaxud tikinti
idarəsi hər hansı bir şəxsin vətəndaşlığını tanısın. Bu cür
inzibati aktların qaydasında olmadığını aydın şəkildə görmək
mümkündür və ona görə də inzibati akt açıq-aşkar müvafiq
səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul olunduğuna
görə yararsız sayılmalıdır. Əksinə, səlahiyyətli olduğu rayonun
hüdudlarından kənarda yerləşən evin tikintisinə icazə vermiş
inzibati orqanın hərəkəti isə yalnız qanuna zidd hesab
olunmalı və onun mübahisələndirilməsinə yol verilməlidir.
164


ab) Lazımi qaydada həyata keçirilən inzibati icraat
İnzibati icraatla bağlı mühüm qaydalar İİQ-nin 28-ci və
ondan sonrakı maddələrində tənzimlənmişdir. Bu qaydalar
arasında aşağıdakılar xüsusilə vurğulanmalıdır:
– ərizənin verilməsi, ərizənin forması (bax: İİQ-nin 28.1.1-
ci və 30-cu maddələri);
– vəzifəli şəxslərə etiraz etmək üçün əsaslara dair müddəalar
(bax: İİQ-nin 42-ci maddəsi);
– işin hallarının obyektiv araşdırılması prinsipinə riayət
edilməsi (bax: İİQ-nin 24-cü maddəsi);
– İİQ-nin 61-ci maddəsinə əsasən, inzibati aktın dəqiq və
aydın əsaslandırılması (burada yalnız özünənəzarətə və
vətəndaşın başa düşməsinə xidmət edən əsaslandırmanın
olması nəzərdə tutulur. Həmin əsaslandırmanın hüquqi
və faktiki baxımdan düzgün olması isə, maddi-hüquqi
baxımdan yoxlamaya aid olan bir məsələdir);
– Dinlənilmə haqqında müddəaların nəzərə alınması (bax:
İİQ-nin 21.1-ci maddəsi).
Dinlənilmə çox mühüm əhəmiyyət kəsb edən məsələdir.
Hər hansı bir şəxsin maraqlarına müdaxilə edən inzibati
aktın qəbulundan əvvəl o, əhəmiyyətli hallar və faktlar
barədə fikir bildirmək imkanına malik olmalıdır, bir şərtlə
ki, İİQ-nin 21.3-cü maddəsində sadalanmış və istifadəsi
inzibati orqanın diskresion səlahiyyətinə aid olan müstəsna
hallar mövcud olmasın. Əgər iddiaçı inzibati aktın qanuna
zidd olmasına istinad edirsə və buna əsas kimi dinlənilməməsini
göstərirsə, onda o, dinlənilmiş olacağı halda, nələri bildirəcəyini
təsvir etməli və hələ inzibati icraat mərhələsində ikən uğur
165


qazanacağını əsaslandırmalıdır. Əks halda, məhkəmə inzibati
icraatla bağlı qayda pozuntusunun inzibati orqanın qərarına
təsir göstərib-göstərmədiyini müəyyən edə bilməz (bax:
İPM-in 70.1-ci maddəsi).
ac) İnzibati aktın forması
İİQ-də inzibati aktlar üçün məcburi olaraq daim riayət
edilməli olan bir forma təsbit edilməmişdir. Sözügedən qa-
nunun 57.1-ci maddəsinə əsasən, qanunda başqa forma (təcili
hallarda şifahi forma da daxil olmaqla) nəzərdə tutul-
mamışdırsa, inzibati akt yazılı formada qəbul edilir. Şifahi
formada qəbul edilmiş inzibati akt İİQ-nun 57.4-cü maddəsinə
müvafiq olaraq, bu normada sadalamış hallarda yazılı formada
təsbit olunmalıdır.
İİQ-nin 59.1.5-ci maddəsində inzibati akta qarşı hüquqi
müdafiə vasitələrinə dair nəzərdə tutulmuş rekvizitlər
inzibati aktın qanuna zidd olması ilə nəticələnəcək formal
tələb deyil. Başqa sözlə, hüquqi müdafiə vasitələrinə dair
rekvizitlərin olmaması İİQ-nin 73.2-ci maddəsinə müvafiq
olaraq, yalnız şikayət və ya iddia icraatı çərçivəsində daha
uzun şikayət və ya iddia müddətlərin yaranmasına aparıb
çıxarır.
aç) Forma ilə bağlı qüsurların aradan qaldırılması
Əgər inzibati aktın tərtibi ilə əlaqədar forma və icraata
dair qüsurlar mövcud olarsa, inzibati orqanın həmin qüsurları
aradan qaldıra bilib-bilməməsi məsələsi ortaya çıxır. İİQ-
nin 63-cü maddəsində qüsurların aradan qaldırılması ilə
bağlı yalnız açıq-aşkar xarakter daşıyan yazı və hesab
166


səhvlərinin düzəldilməsi nəzərdə tutulmuşdur. Bu normanın
analogiya qaydasında inzibati icraatda yol verilmiş digər
qüsurlara (misal üçün, həyata keçirilməmiş, lakin həyata
keçirilə bilən dinləmələrə) tətbiq oluna bilib-bilməməsi
barədə düşünmək mümkündür. Çünki iddiaçı icraat, məsələn,
inzibati şikayət üzrə icraat çərçivəsində hələ işin faktiki
halları ilə bağlı fikrini ifadə edə bilərsə, onda inzibati aktı
hər hansı bir formal səhvə görə ləğv etmək üçün hüquqi
müdafiə marağı mövcud olmayacaqdır. 
Əgər hər hansı bir səhv düzəldilməyibsə, bu zaman forma
ilə bağlı qüsur nəzərə alınmaya da bilər. Lakin bu, forma ilə
bağlı müddəanın pozulmasının qərara təsir etmədiyi (bax:
İPM-in 70-ci maddəsinin 1-ci abzasının 2-ci cümləsi) və
müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar qərarın qəbul
ediləcəyi çox nadir hallarda baş verir. Buna misal olaraq,
aşağıdakı halı göstərmək olar. Fərz edək ki, inzibati orqan
üçün məcburi nəticə nəzərdə tutan hüquq normalarına əsasən,
iddiaçının rüsum ödəməli olması nəzərdə tutulmuşdur. Lakin
inzibati orqan bu barədə müvafiq qərar qəbul edərkən İİQ-
nin 21-ci maddəsində təsbit edilmiş zəruri dinləməni həyata
keçirməmişdir. Göstərilən bu misalda inzibati akt iddiaçının
zəruri dinləməsi həyata keçirilmiş olduğu halda da eyni cür
qəbul edilmiş olacaqdı. Başqa sözlə, sözügedən hallarda
icraatda yol verilmiş qüsur və inzibati aktın qəbulu arasında
zəruri səbəbli əlaqə mövcud olmayacaqdır. Lakin hər bir
halda vətəndaşın sonradan inzibati məhkəmə icraatında din-
lənilməsi zəruridir. 
Əgər inzibati aktın qəbul edilməsi zamanı yol verilən
formal səhvin düzəldilməsi mümkün deyilsə və həmin səhvlə
167


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə