Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə40/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   36   37   38   39   40   41   42   43   ...   98

70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın
təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalan-
mışdır. Bununla əlaqədar həyata keçirilən yoxlama çərçivəsində
inzibati aktın formal və maddi-hüquqi şərtlərə, xüsusilə,
İİQ-nin 61.3-cü maddəsinin tələblərinə riayət olunmaqla
qəbul edilib-edilməməsi tam şəkildə yoxlanılmalıdır. Qeyd
olunanlara əsasən, iddianın əsaslılığı yoxlanılan zaman,
prinsip etibarilə aşağıdakı məsələlər yoxlanılmalıdır:
• iddianın yönəldiyi cavabdehin düzgün seçilməsi;
• mübahisələndirilən inzibati aktın qanuna zidd olması;
• mübahisələndirilən inzibati aktın qanuna zidd olması
ilə iddiaçının hüquqlarının pozulması arasında səbəbli
əlaqənin mövcudluğu.
1. Cavabdehin düzgün seçilməsi
Əsaslılığın yoxlanılması zamanı, ilk öncə, iddianın doğru
cavabdehə, yəni inzibati aktı qəbul etmiş inzibati orqana
qarşı verilib-verilmədiyi müəyyən edilməlidir. Nəzərə almaq
lazımdır ki, İPM iddiaçıdan cavabdehin adını göstərməyi
tələb etməsinə baxmayaraq (bax: İPM-in 46.1.2-ci maddəsi!),
kimlərin cavabdeh olması məsələsini tənzimləmir.
2. İnzibati aktın qanuniliyi
İnzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) for-
mal-hüquqi baxımdan yoxlanılma; 2) maddi-hüquqi baxım-
dan yoxlanılma.
Ümumi şəkildə demək olar ki, inzibati akt qanunda əksini
tapmış şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır (bax:
160


İİQ-nin 11-ci və 67.1-ci maddələri, eləcə də İPM-in 70.1-ci
maddəsinin 1-ci və 2-ci cümlələri). İnzibati aktın qanuni
hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. İnzibati aktın səlahiyyətli inzibati orqan tərəfindən
qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün
müddəalara riayət olunması (formal-hüquqi baxımdan qa-
nunilik); 
2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması.
Yəni inzibati orqanın əsaslandığı səlahiyyətverici normanın
dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati
aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə
üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). 
İnzibati aktın qanuniliyinin yoxlanılması zamanı inzibati
orqanın hərəkətlərini tənzimləyən prosessual prinsipləri
bilmək vacibdir. Çünki bu prinsiplərin pozulması inzibati
orqanın hərəkətinin qanuna zidd olması ilə nəticələnə bilər.
İnzibati aktın qanuna zidd olub-olmadığı aşağıdakı yoxlama
əsasında müəyyən edilə bilər:
İnzibati orqanın hərəkətlərinin qanuniliyi üçün vacib olan
formal və maddi-hüquqi şərtlərin mövcud olub-olmaması
hər zaman yoxlanılmalıdır (bax: İPM-in 70.1-ci maddəsinin
1-ci və 2-ci cümlələri).
a. İnzibati aktın formal-hüquqi baxımdan qanuniliyi
İnzibati aktın formal-hüquqi baxımdan qanuni hesab
edilməsi üçün onun aşağıdakı şərtlərə cavab verməsi zəruridir:
– səlahiyyətli inzibati orqan tərəfindən qəbul olunma (bu
məsələ başqa cür də təfsir edilə bilər. Bununla əlaqədar
aşağıya bax);
161


– lazımi qaydada həyata keçirilən icraat nəticəsində qəbul
olunma;
– formaya riayət edilməklə qəbul olunma.
Yəni məhkəmə səlahiyyətli inzibati orqanın inzibati icraatı
İİQ-nin 57-ci və ondan sonra gələn maddələrində təsbit
edilmiş qaydalara uyğun olaraq həyata keçirib-keçirmədiyini
yoxlamalıdır.
aa) Aidiyyət
İnzibati orqanın səlahiyyətli olub-olmamasının yoxlanıl-
masına predmet, instansiya və ərazi aidiyyətinin yoxlanılması
daxildir.
İnzibati aktı qəbul etmiş inzibati orqanın səlahiyyətli
olub-olmaması məsələsi ona görə xüsusi əhəmiyyət kəsb
edir ki, İİQ-nin 65-ci maddəsinin hazırkı redaksiyasına
əsasən, inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati
orqan tərəfindən qəbulu da inzibati aktın etibarsızlığı üçün
əsaslardan biri qismində çıxış edə bilər. Müəllifin, eləcə də
Azərbaycanda fəaliyyət göstərən alman mütəxəssislərinin
fikrincə isə, səlahiyyət məsələsi əksər hallarda yalnız for-
mal-hüquqi baxımdan qanuniliyə aid olan bir məsələdir. Bu
barədə aşağıda daha ətraflı şəkildə bəhs olunacaq. 
Yoxlama üçün əsas qismində İİQ-nin 4-cü maddəsində
nəzərdə tutulmuş qaydalar çıxış edir.
Predmet aidiyyətində söhbət inzibati aktın əsl səlahiyyət
daşıyıcısı tərəfindən qəbul edilib-edilməməsindən gedir.
Səlahiyyət daşıyıcıları qismində müvafiq cavabdeh qurumlar
vasitəsilə təmsil olunan əyalət, şəhər və ya rayonlar çıxış
162


edə bilər. İnstansiya aidiyyəti o zaman əhəmiyyət kəsb edir
ki, inzibati orqanlar müxtəlif səviyyələr üzrə bölünmüş
olsun. Belə ki, əgər müxtəlif rayonlara cavabdeh olan
müxtəlif inzibati orqanlar mövcuddursa, onda hər hansı bir
rayonla bağlılığı olan inzibati akt həmin rayon üzrə səlahiyyətli
inzibati orqan tərəfindən qəbul edilmiş olmalıdır. Daha dəqiq
desək, eyni məsələ üzrə yalnız bir inzibati orqan qərar qəbul
edə bilər. Ərazi aidiyyəti İİQ-də ayrıca tənzimlənməmişdir.
Çox güman ki, bununla bağlı qaydalar ayrı-ayrı xüsusi
inzibati qanunlarda əksini tapmışdır.
Yuxarıda qeyd olunanlarla əlaqədar, İİQ-nin 65.1.2-ci
maddəsində təsbit olunmuş qayda problematik hesab edilir.
Həmin normaya əsasən, müvafiq səlahiyyəti olmayan inzibati
orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.
Etibarsız sayılmaq o deməkdir ki, inzibati akt qəbul edildiyi
andan heç bir hüquqi nəticə yaratmır (bax: İİQ-nin 65.2-ci
maddəsi). Beləliklə, sözügedən normanın mətninə uyğun
olaraq, inzibati aktın səlahiyyəti olmayan inzibati orqan
tərəfindən qəbulu heç vaxt onun qanuna zidd olmasına deyil,
əksinə, birbaşa etibarsızlığına səbəb olur. Lakin mətnin bu
cür təfsiri bir çox səbəbdən inandırıcı görünmür. Çünki İİQ-
nin 65-ci maddəsində sadalanmış əsasların müqayisəsi inzibati
aktın yalnız dar şərtlər çərçivəsində, yəni aydın şəkildə
anlaşıla bilən müstəsna hallarda etibarsız sayılması nəticəsinə
gəlməyə əsas verir. Buraya hansı inzibati orqan tərəfindən
qəbul edildiyi məlum olmayan yazılı inzibati akt (bax: İİQ-
nin 65.1.1-ci maddəsi) və ya maraqlı şəxsdən inzibati və ya
cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi
163


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə