Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə36/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   32   33   34   35   36   37   38   39   ...   98

nümayəndəlik nəzərdə tutulmamış olsun. Bu halda, məhkəmə
qarşısında hüquqi cəhətdən etibarlı hərəkətlər etmək qa-
biliyyətinin şərtləri fəaliyyət göstərən orqanın şəxsində
mövcud olmalıdır. Bundan başqa, etibarlı etibarnamə mövcud
olmalıdır. Bununla belə, nə İİQ-də, nə də İPM-də vəkillə
təmsil olunma məcburiyyəti nəzərdə tutulmamışdır. 
Ç. İddianın mahiyyəti üzrə qərar qəbul edilməsi 
üçün mübahisə predmeti ilə bağlı şərtlər 
• Eyni tərəflər arasında eyni hüquqi mübahisə üzrə işin
başqa məhkəmənin icraatında olmaması (bax: İPM-in
45.5.1-ci maddəsi);
Əgər hüquqi mübahisə artıq başqa bir məhkəmənin
icraatına qəbul olunubsa, həmin mübahisə ilə bağlı yeni id-
dianın qaldırılmasına yol verilmir.
• Fərqli qanuni qüvvənin olmaması (bax: İPM-in 78-ci
maddəsi).
Oxşar (iddia ərizəsindən və onun əsasında duran işin
faktiki hallarından irəli gələn) mübahisə predmeti barədə
qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları
üçün məcburidir. 
• Doğru iddia növünün seçilməsi (bax: İPM-in 2.2-ci
maddəsi).
Bununla bağlı ayrı-ayrı iddia növlərini nəzərdə tutan fəslə
bax.
143


• Ümumi xarakterli hüquqi müdafiə ehtiyacı. 
Ümumi xarakterli hüquqi müdafiə ehtiyacı hüquqi
mübahisənin məhkəmə tərəfindən həll edilməsinə olan
maraqdır və o, aşağıdakı hallarda mövcud olmur:
– iddiaçı öz istəyinə başqa yolla daha sadə və daha
məqsədəuyğun şəkildə çata bilərsə;
– iddiaçının öz hüquqi mövqeyini yaxşılaşdırmaq üçün
imkanı yoxdursa;
– və ya hüquqi qaydada hərəkət etmə açıq-aşkar hüquqdan
sui-istifadə anlamına gələrsə.
Ümumi xarakterli hüquqi müdafiə ehtiyacı, həmçinin id-
diaçının əvvəlcə inzibati orqana müraciət etmədən birbaşa
məhkəməyə müraciət etdiyi halda da mövcud olmur (misal
üçün bax: İİQ-nin 66-cı maddəsi).
Ayrı-ayrı iddia növlərində yuxarıda təsvir olunmuş
şərtlərdən başqa xüsusi şərtlər (məsələn, müddətlər və ya
xüsusi iddia qaldırmaq səlahiyyəti) də vardır ki, bunlara da
həmin iddia növlərindən bəhs olunarkən toxunulacaqdır.
144


Beşinci fəsil
İDDİA NÖVLƏRİ  VƏ  ONLARIN  XÜSUSİ
«YOXLANMA  PROQRAMI»
A. Ümumi məsələlər
İPM-də müxtəlif iddia növləri nəzərdə tutulmuşdur.
Məhkəmə iddianın mümkünlüyünün yoxlanılması üçün İPM-
də nəzərdə tutulmuş konkret iddia növünün şərtlərinin
mövcud olub-olmadığını müəyyən edir. 
Düzgün iddia növünün göstərilməsi bir qayda olaraq
hüquqi savadı olmayan iddiaçıdan asılı olan bir məsələ
deyil. Əlbəttə, o, bunu edə bilər, lakin düzgün iddia növünün
seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan,
iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq
istədiyini göstərməsidir. Ərizənin yoxlanılması və lazım
gələrsə, ona düzəliş edilməsini sonda, onsuz da məhkəmə
özü həyata keçirir. Bu baxımdan İPM-in 35-ci maddəsindəki
şərtlər, belə demək mümkündürsə, «yumşaq» təfsir edilməli
və iddiaçının qarşısına həddindən artıq böyük tələblər qoyul-
mamalıdır. İddiaçı istəyi ilə bağlı yanlış iddia ərizəsi təqdim
edibsə, məhkəmə İPM-in 48.1-ci maddəsinə əsasən, bunu
onun nəzərinə çatdırmalıdır ki, o, ərizəsini düzgün iddia
növünə uyğunlaşdıra bilsin. 
İnzibati orqana verilən ərizələrlə bağlı qaldırılan iddia
növləri müvafiq inzibati orqanın qərar qəbul edə bilmək
imkanlarından asılı olaraq dəyişir. Məsələn, inzibati orqan
145


hər hansı bir məsələni mahiyyəti üzrə həll edə, yəni vətəndaşın
ərizəsini təmin, yaxud rədd edə bilər. Lakin elə hallar ola
bilər ki, inzibati orqan hərəkətsizlik göstərsin və ümumiyyətlə,
ərizəni baxılmamış saxlasın (bax: İİQ-nin 34-cü maddəsi).
Vətəndaşların inzibati orqanların bu cür davranışına da
reaksiya vermək imkanları mövcud olmalıdır. Eyni zamanda,
inzibati orqanların fəaliyyətindən hüquqi müdafiəni kifayət
qədər təmin etmək üçün əlverişsiz inzibati aktlara qarşı,
eləcə də İİQ-nin 1.2-ci maddəsində nəzərdə tutulmuş faktiki
xarakterli fəaliyyətlə bağlı iddia qaldırılması mümkün
olmalıdır. 
İPM-in 2-ci, eləcə də 32-ci və ondan sonrakı maddələrində
aşağıdakı iddia növləri təsbit edilmişdir: 
– mübahisələndirmə haqqında iddia; 
– məcburetmə haqqında iddia;
– hərəkətsizliyə qarşı iddia;
– öhdəliyin icrası haqqında iddia;
– müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia;
– müəyyən etmə haqqında iddia; 
– qanunauyğunluq haqqında iddia. 
Əlavə olaraq, İPM-də siyasi partiyalar və kütləvi informasiya
vasitələri ilə bağlı mübahisələrə dair xüsusi icraat növləri
nəzərdə tutulmuşdur. 
Aşağıda mübahisələndirmə haqqında iddianın timsalında
inzibati akt, iddia qaldırmaq səlahiyyəti və diskresion
səlahiyyət kimi əsas anlayışlar ətraflı izah ediləcəkdir. Digər
iddia növləri ilə əlaqədar eyni və ya oxşar suallarla bağlı
həmin iddia növləri barəsindəki hissələrə istinad olunacaqdır. 
146


B. Mübahisələndirmə haqqında iddia 
(İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri)
I. Əsas məsələlər
Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir
ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi
sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini 
ya dəyişdirilməsini məh kə mədən tələb edir. Bu iddia növünə
İPM-in bir çox hissələrində toxunulur (məsələn, İPM-in bu
iddia növünü nəzərdə tutan 2.2.1-ci maddəsi, eləcə də
sözügedən iddia növünün dispozisiya şərtlərini müəyyən
edən 32-ci maddəsi). Nəhayət, İPM-in 70-ci və 71-ci maddələri
mübahisələndirmə haqqında iddiaların məhkəmə tərəfindən
hansı qaydada yoxlanılması və nəticələri əks olunmuşdur
(Məcəllədə bununla bağlı nəzərdə tutulmuş üç pilləli struktura
çox oxşar olan yanaşmaya başqa iddia növlərində də rast
gəlinir). 
İİQ-nin 67.1-ci maddəsində də inzibati orqan tərəfindən
inzibati icraat haqqında hüquq normalarının və ya maddi
hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi
nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması
təsbit edilmişdir. İİQ-nin 67-ci maddəsi inzibati orqanın
fəaliyyət imkanlarını müəyyən etdiyi halda, mübahisələndirmə
haqqında iddiaya dair normalar məhkəmələrin belə iddialarla
necə rəftar etməsini tənzimləyir. 
Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki,
iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik
olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı
hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə (inzibati
147


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə