Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə44/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   40   41   42   43   44   45   46   47   ...   98

70-ci maddəsində əksini tapmış yoxlama vəzifəsini tamamlayan
nəzarət imkanları vardır. Bu, əslində 74-cü maddənin mətninin
özündən də irəli gəlir. Belə ki, həmin normada nəzərdə tu-
tulmuşdur ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında
hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın
və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud
inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın
qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla
müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion
hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə
həyata keçirilib-keçirilməməsi baxımından qanunsuz olub-
olmadığını yoxlayır.
İPM-in 74-cü maddəsinə əsasən, məhkəmə tərəfindən
inzibati aktların qanuniliyinin yoxlanılması inzibati orqanın
öz diskresion səlahiyyətini düzgün, xüsusilə mütənasiblik
prinsipinə (İİQ-nin 17-ci maddəsi) müvafiq olaraq yerinə
yetirib-yetirmədiyinin yoxlanılması ilə məhdudlaşmalıdır.
Bu, yalnız o hallarda baş verə bilər ki, inzibati orqan ümu-
miyyətlə, diskresion səlahiyyətə malik olduğunu sezmiş və
ona verilmiş diskresion səlahiyyət çərçivəsində hərəkət etmiş
olsun (məsələ ilə ziddiyyət təşkil edən əsaslar nəzərə alın-
madan). Başqa sözlə, müvafiq yoxlama çərçivəsində inzibati
orqanın öz diskresion səlahiyyətini sezib-sezmədiyi, ondan
istifadə edib-etmədiyi və bununla da, ona məxsus olan
diskresion səlahiyyətin hədləri çərçivəsində hərəkət edib-et-
mədiyi yoxlanılır.
Məsələn, inzibati aktın əsaslandırma hissəsi inzibati
orqanın ona verilmiş diskresion səlahiyyəti həyata keçirdiyi
nəticəsinə gəlməyə imkan verməzsə (İİQ-nin 61.3-cü maddəsi),
176


bu zaman diskresion səlahiyyətdən istifadə olunmaması
halı mövcud olur. Lakin inzibati orqan, nəinki ona məxsus
diskresion səlahiyyəti həyata keçirmək hüququna malikdir,
bu, həm də onun vəzifəsidir.  Əgər o, bunu yanlış
qiymətləndirərsə, hüquqazidd hərəkət etmiş olur ki, bu
səhvin də məhkəmə prosesi zamanı aradan qaldırılması
mümkün hesab olunmur. 
Hüquqazidd olaraq diskresion səlahiyyətin həddinin
aşılması, eləcə də diskresion səlahiyyətdən lazımi həddə
istifadə olunmaması o halda baş verir ki, inzibati orqan öz
qərarının hüquqi nəticə hissəsində qanunla müəyyən olunmuş
hədlərdən kənar hərəkət etmiş olsun. Əgər qanun hüquqi
nəticə kimi inzibati orqanın diskresion səlahiyyətində olan
rüsumun 20 manatdan 200 manatadək ödənilməsini nəzərdə
tutursa, rüsum məbləğinin 20 manatdan az və ya 200
manatdan çox müəyyən edilməsi hüquqi cəhətdən yanlışdır.
Çünki inzibati orqan rüsumu bu qaydada müəyyən etməklə
qanunla ona verilmiş diskresion səlahiyyət çərçivəsini aşmış
olardı. 
Müəyyən hallarda işin xüsusiyyətləri və ya hüquqi səbəblər
nəzərə alınmaqla qərarın hüquqi nəticə hissəsi ilə bağlı
yalnız bir qanuni qərarın qəbul edilməsi mümkündür (inzibati
orqana qərarın qəbulu zamanı diskresion səlahiyyət verilməsinə
baxmayaraq). Belə hallarda inzibati orqan məhz həmin qərarı
qəbul etməlidir. Başqa sözlə, qeyd olunan vəziyyətlərdə
onun diskresion səlahiyyəti «sıfır»a endirilir. Diskresion
səlahiyyətlə bağlı qərarın qüsursuz olmasını tələb etmək
hüququ İİQ-nin 14.1 və xüsusilə, 16.2-ci maddələrində
aşkar şəkildə təsbit edilmişdir.
177


İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə
yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən,
məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin
səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu
məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib-
keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion
səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın
gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş
faktlara əsaslanmalıdır. (Diskresion səlahiyyətin həyata keçir-
ilməsi ilə bağlı olan mübahisələndirmə və məcburetmə
haqqında iddialarda məhkəmə qərarlarına dair kitabın sonrakı
hissələrində daha ətraflı məlumat veriləcəkdir).
Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin
mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması
zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini
nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya,
həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-
ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması
(İİQ-nin 17-ci maddəsi) aiddir.
Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın
hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü
qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə
çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik
yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. 
Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-
mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq
üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin
məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması
səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən
178


məqsədə qeyri-mütənasib ola bilməz. Bu, hər bir kazusda
qarşıya çıxan sualdır və onun cavablandırılması zamanı
inzibati praktika da nəzərə alınmalıdır.
İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə
bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi
qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə
münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur.
Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir:
İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş ol-
malıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir
müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni
məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin
etməlidir. 
Misal:
Əgər qaz kəmərindən sakinləri təhlükəyə məruz
qoya biləcək zərərli qaz sızırsa, inzibati orqanın qüsurlu
qaz kəmərinin yaxınlığında həmin təhlükəyə işarə edən
bir lövhə yerləşdirməsi məqsədəuyğun olmazdı. Belə
bir tədbirin xüsusilə, uşaqlar, eləcə də oxumağı və
yazmağı bacarmayanlar üçün əhəmiyyəti olmazdı.
Bundan başqa, əhalinin həmin xəbərdarlığı oxuya
bilməsi üçün təhlükəli zonaya yaxınlaşması lazım
gələrdi.
Qaz kəmərinin məxsus olduğu müəssisəyə kəmərin
qəzalı hissəsini iki həftə ərzində təmir etmək tapşırığının
verilməsi də yararlı olmazdı. Çünki bu, həmin təhlükənin
qısa müddət ərzində aradan qaldırılmasını təmin etməzdi.
179


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə